Nadir Əliyev (film sənətçisi)
Nadir Əliyev |
---|
Nadir Məmmədağa oğlu Əliyev |
Doğum tarixi |
5 avqust 1952(1952-08-05) (72 yaş) |
Doğum yeri |
|
Atası |
Məmmədağa Əliyev |
Fəaliyyəti |
Film direktoru kinorejissor |
Fəaliyyət illəri |
1970–h.h. |
IMDb |
ID1979539 |
Nadir Əliyev (5 avqust 1952, Bakı) — film direktoru, direktor müavini, icraçı prodüser, inzibatçı, ikinci rejissor.
Həyatı
Nadir Əliyev 1952-ci ildə Bakıda anadan olub. 1970-ci ildən kino sahəsində fəaliyyət göstərən Əliyev, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino direktor fakültəsində təhsil alıb. Kinoya olan marağı uşaqlıq illərinə təsadüf edən direktorun izlədiyi "Uzaq sahillərdə" filmi onu bu sahəyə yönəlməyə sövq etmişdir. Uzun müddətdir "Azərbaycanfilm" kinostudiyasında çalışır. Xarici film istehsalçılarının "Qafqaz rəsmləri" (2000, rejissor Ştefan Tolts / Almaniya) filminin direktoru, "Yaz ərəfəsi" (2001, rejissor Filip Bayon / Polşa, Fransa) filminin direktoru, "Dronqo" (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialının icraçı prodüseri, "Rus tərcüməsi" (2006, rejissor Aleksandr Çernyayev) serialının direktoru, "Sovet dövrünün parkı" (2006, rejissor Yuli Qusman / Rusiya) filminin icraçı prodüseri və aktyoru, "Vəsiyyət ilə nikah" (2009, rejissor Vasili Serikov) serialının direktoru kimi çalışıb. 2005-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür.
Filmoqrafiya
- 1001-ci qastrol (film, 1974)
- Axınla aşağı (film, 2014)
- Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — film direktorunun müavini
- Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
- Bəyin oğurlanması (film, 1985)
- Bir ailəlik bağ evi (film, 1978)
- Bircəciyim (film, 1986)
- De ki, məni sevirsən! (film, 1977)
- Dəvətnamə (film, 1989)
- Dolu (film, 2012)
- Dronqo (serial, 2002)
- Günaydın, mələyim! (film, 2008)
- Günlərin bir günü... (film, 1976)
- Həm ziyarət, həm ticarət... (film, 1995)
- Həmyerli (film, 1989)
- Həyat bizi sınayır (film, 1972)
- Hücum (film, 1989)
- İşgüzar səfər (film, 1982)
- Kabusun gözüylə
- Qorxma, mən səninləyəm
- Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
- Məhkumlar (film, 2007)
- Məkanın melodiyası (film, 2004)
- Otel otağı (film, 1998)
- Oxuyur Müslüm Maqomayev (film, 1971)
- Şahid qız (film, 1990)
- Şəhərli biçinçilər (film, 1986)
- Şeytan göz qabağında (film, 1987)
- Təhminə (film, 1993)
- Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
- Tilsim (film, 2005)
- Ürək... Ürək... (film, 1976)
- "Yapon" və yaponiyalı (film, 1990)
- Yaramaz (film, 1988)
- Yaşa, qızıl balıq (film, 1988)
- Yeni evlənənlər (film, 1983)
|
|