Nəriman Əbdülrəhmanlı

Nəriman Əbdülrəhmanlı
Əbdülrəhmanlı Nəriman Hacı oğlu
Doğum tarixi 3 iyun 1958(1958-06-03) (66 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti yazıçı

Əbdülrəhmanlı Nəriman Hacı oğlu (3 iyun 1958, Düzəyrəm, Kaxetiya) — Azərbaycan nasiri, publisist, tərcüməçi, ssenariçi.

Həyatı

Nəriman Əbdülrəhmanlı 1958-ci il iyunun 3-də Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən "Daşkəsən", "Sovet Gürcüstanı" qəzetlərində, "Kino" qəzeti və "Yeni filmlər" jurnalı redaksiyasında, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Yaddaş" sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, "Hərbi bilik" jurnalında, "Lider" televiziyasında, "Ulduz" jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, "Qanun", "Adiloğlu" nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Tərcümə Mərkəzində çalışır, 2023-cü ildən dünya ədəbiyyatı şöbəsinin müdiridir.

Yaradıcılığı

N.Əbdülrəhmanlının ilk publisistik yazıları 80-ci illərdə çap olunub. 80-ci illərdə hekayələri, 90-cı illərdə povestləri, 2000-ci illərdə romanları işıq üzü görüb. 80-ci illərin axırlarından kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik "Azərbaycan kino sənəti tarixi" monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib, 2001-2003-cü illərdə isə "Lider" televiziyasında silsilə sənədli filmlərin yaradılmasında iştirak edib. O 1991-1993-cü illərdə "Gümüş Aypara" Beynəlxalq Aşqabat kinofestivalının Azərbaycan üzrə icraçı direktoru кimi fəaliyyət göstərib.

N.Əbdülrəhmanlı 80-ci illərdən folklor araşdırmaları aparmaqla yanaşı, bir çox aşıq və şairlərin yaradıcılığını toplayıb, kitab halında nəşr etdirib, onlarla kitabın tərtibçısi və redaktoru olub. Eyni zamanda 80-ci illərdən bədii tərcüməylə ciddi və ardıcıl məşğul olur, gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 10 cildlik "Dünya nəsrindən seçmələr" antologiyası hazırlayıb. 2006-cı ildə yaradıcılığına görə Beynəlxalq Sənət, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" - "Şans" mükafaına layiq görülüb. "Yalqız" romanı 2010-ci ildə Milli Kitab Mükafatının ilk onluğuna daxil olub, "Yolsuz" romanı isə 2011-ci ildə üçüncü mükafat alıb. 2018-ci ci ildə Azərbaycan Yaradıcılıq Fondunun "Ədəbiyyat adamı" adını qazanıb, 2020-ci ildə Avrasiya Yazarlar Birliyinin VI Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibi olub. 2021-ci ildə Azərbaycan kino səlnaməsinin yaradılmasında xidmətlərinə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatını qazanıb. 2023-cü ildə Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Qazaxıstan Respublikasının II dərəcəli "Dostluq" ordeni ilə təltif edilib, 2024-cü ildə Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin "Əməkdar mədəniyyət işçisi", 2024-cü ildə Azərbaycan ədəbiyyatı və tərcümə sənətinin inkişafındakı xidmətlərinə görə "Cəfər Cabbarlı" mükafatına layiq görülüb.[1][2] Əsərləri türk, rus, ərəb, gürcü, bolqar, fransız, çex, fars və ingilis dillərinə tərcümə olunub. "Könül elçisi" romanı Türkiyədə və İranda nəşr edilib. İstefada olan mayor, Birinci Qarabağ müharibəsinin veteranıdır. 1998-ci ildən AYB-nin uzvü, 2004-2014-cü illərdə AYB İdarə Heyətinin üzvü olub. 2014-cü ildə AYB sıralarını tərk edib. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

Əsərləri

Çap olunmuş kitabları

  • Таle kitabı (sənədli nəsr). Bakı: "Тəbib" nəşriyyatı, 2000, 446 səh.
  • Yaddaşlarda yaşayan insan (sənədli nəsr). Bakı: "Аdiloğlu" nəşriyyatı, 2003, 264 səh.
  • Yelçəkən (povest və hekayələr). Bakı: "Аdiloğlu" nəşriyyatı, 2004, 240 səh.
  • Yalqız (roman və hekayələr). Bakı: "Qanun" nəşriyyatı, 2006, 428 səh.
  • Könül elçisi, yaxud Xuan de Persiа – Оruc bəy Bayatın hekayəti (roman). Bakı: "Qanun" nəşriyyatı, 2006, 424 səh.
  • Dört dörtlük (toplu). İstanbul: 2007, 356 səh.
  • Ömrün 50 məqamı (sənədli nəsr). Bakı: "Аdiloğlu" nəşriyyatı, 2007, 408 səh.
  • Ömrün müdriklik çağı (sənədli nəsr). Bakı: "Adiloğlu" nəşriyyatı, 2010, 276 səh.
  • Yolsuz (roman). Bakı: "Qanun" nəşriyyatı, 2011, 342 səh.
  • Yolçu (roman-salnamə). Bakı: "Qanun" nəşriyyatı, 2013, 560 səh.
  • Qurban (roman-xronika). Bakı: "Qanun" nəşriyyatı, 2014, 604 səh.
  • Gönül elçisi, Don Juan de Persia - Oruç bey Bayatın hikayesi (roman). Çevireni F.Gedikli. İstanbul: İz yayınçılık, 2015, 464 sayfa.
  • Könül elçisi, yaxud Don Xuan de Persia - Oruc bəy Bayatın hekayəti (roman-rekviyem). Bakı: "Qanun" nəşriyyatı, 2015, 448 səh.
  • Dönəlgə (hekayələr, povest, roman). Bakı: "Qanun" nəşriyyatı, 2015, 244 səh.
  • Taclı. Şah, Şah(Bəyim), Şah(Zadə) (roman-triptix). Bakı: "Qanun" nəşriyyatı, 2017, 596 səh.
  • Yelçəkən (hekayələr). Rus dilində. Bakı: "Qanun" nəşriyyatı, 2019, 160 səh.
  • Yol gəlir Ərdəbildən... (Bir nəslin tarixçəsi). (Sənədli nəsr). Bakı: "Qanun" nəşriyyatı, 2020, 176 səh.
  • Azərbaycan kino sənəti tarixi (1898-2018). 4 cilddə. Bakı: "Qanun" nəşriyyatı, 2020.
  • Şəms (roman-qeybnamə). "Qanun" nəşriyyatı, 2022, 552 səh.

Тərcümə kitabları

  • Qoderzi Çoxeli. Küknarlara məktub (povest və hekayələr). Т.Мirzəylə birgə. Bakı: "Qanun" nəşriyyatı, 2006, 244 səh.
  • Оrxan Pamuk. Mənim adım Qırmızı (roman). Bakı: "Qanun" nəşriyyatı, 2007, 512 səh.
  • Rasim Özdənörən. Kirli şüşələr ("Quyu" povesti), Bakı: 2007, 212 səh.
  • Fərəh Pəhləvi. Xatirələr. Bakı: "Аdiloğlu" nəşriyyatı, 2007, 420 səh. 1000 nüsxə; "Kitab klubu", 2016, 496 səh., 500 nüsxə; "Xan", 2016, 420 səh.; "Qanun" nəşriyyatı, 2016.
  • Bir kədərli qadın (dünya nəsrindən seçmələr). Bakı: "Qanun" nəşriyyatı, 2008, 556 səh.
  • Novella və hekayələr (yapon novellası, alman hekayələri, Latın Amerikası novellaları). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2008, 656 səh.
  • Orxan Pamuk. Seçilmiş əsərləri ("Dünya ədəbiyyatı" seriyasından). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2009, 616 səh.
  • Andrey Platonov. Seçilmiş əsərləri ("Dünya ədəbiyyatı" seriyasından). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2009, 448 səh.
  • Gustav Le Bon. Sosializm psixologiyası ("Fikir antologiyası" seriyasından). Bakı: "Zəkioğlu" nəşriyyatı, 416 səh.
  • Fyodor Dostoyevski. Qumarbaz (roman). Bakı: "Qanun" nəşriyyatı, "Əli və Nino" nəşriyyatı, 2011, 180 səh.
  • Paulo Coelho. On bir dəqiqə (roman). Bakı: "Qanun" nəşriyyatı, 2011. 300 səh.
  • Qabriel Qarsia Markes. Sənin qar üstündəki izinlə (povest və hekayələr). Bakı: "Qanun" nəşriyyatı, 2011, 184 səh.
  • Andrey Platonov. Can (roman). Bakı: "Qanun" nəşriyyatı, 2011.
  • Paulo Koelyo. İşıq savaşçısının kitabı (romanlar). Bakı: "Qanun" nəşriyyatı, 2001, 302 səh.
  • Orxan Pamuk. Pəncərədən baxmaq (uşaqlar üçün). Bakı: "Qanun" nəşriyyatı, 2011, 36 səh.
  • XX əsr dünya ədəbiyyatı antologiyası. II cild (9 hekayə). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2012, 520 səh.
  • Paulo Koelyo. Seçilmiş əsərləri ("Dünya ədəbiyyatı kitabxanası" seriyasından). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2012, 592 səh.
  • Nəcib Fazil Qısakürək. Seçilmiş əsərləri ("Dünya ədəbiyyatı kitabxanası" seriyasından). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2012, 552 səh.
  • İsgəndər Pala. Şah və Sultan (roman). Bakı: "Qanun" nəşriyyatı, 2012, 384 səh.
  • Əlif Şəfəq. Eşq (roman). Bakı: "Qanun" nəşriyyatı, 2012, 464 səh.
  • İskəndər Pala. Od. Bizim Yunus (roman). Bakı: "Qanun" nəşriyyatı, 2012, 364 səh.
  • Paulo Koelyo. Zahir (roman). Bakı: "Qanun" nəşriyyatı, 2012, 320 səh.
  • Ədəbi Nobel antologiyası. Bakı: "Qanun" nəşriyyatı, 2012, 816 səh.
  • Orxan Pamuk. Qara kitab (roman). Bakı: "Qanun" nəşriyyatı, 2013, 484 səh.
  • Mürriel Maufroy. Eşqin kimyası (Ruminin qızı haqqında roman). Bakı: "Qanun" nəşriyyatı, 2013, 272 səh.
  • Yukio Mişima. Məhəbbət yanğısı (roman). Bakı: "Qanun" nəşriyyatı, 2014, 274 səh.
  • Lourens Lokkart. Nadir Şah (monoqrafiya). Bakı: "Qanun" nəşriyyatı, 2014, 550 səh.
  • Ziya Şakir (Soku). Həzrəti Əli. Həyatı. Nəsihətləri. Döyüşləri. Bakı: "Qanun" nəşriyyatı, 2014, 542 səh.
  • Jan-Pol Sartr Seçilmiş əsərləri ("Dünya ədəbiyyatı kitabxanası" seriyasindan). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2014, 600 səh.
  • Elif Şafak. Qara süd (roman). Bakı: "Qanun" nəşriyyatı, 2014. 356 səh.
  • Ahmet Ümit. İstanbul xatirəsi (roman). Bakı: "Qanun" nəşriyyatı, 2014, 668 səh.
  • Orxan Pamuk. Mənim adım Qırmızı (roman). Bakı: "Qanun" nəşriyyatı, 2014, 636 səh.
  • Əhməd Həmdi Tanpınar. Saatları qurma institutu (roman). Bakı: "Qanun" nəşriyyatı, 2014, 442 səh.
  • Xorxe Luis Borxes. Seçilmiş əsərləri ("Dünya ədəbiyyatı kitabxanası" seriyasindan). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2014, 360 səh.
  • Xorxe Luis Borxes. Qum kitabı (hekayələr). Bakı: "Qanun" nəşriyyatı, 2014, 284 səh.
  • Gül İrepoğlu. Cariyə. Roman. Bakı: "Qanun" nəşriyyatı, 2015, 284 səh.
  • Kenzaburo Oe. Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2014, 640 səh.
  • Migel Asturias. Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2015, 558 səh.
  • Tomas Vulf. Seçilmiş əsərlər (A.Məsudla birgə). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2015, 416 səh.
  • Paulo Koelyo. İşıq savaşçısının kitabı (roman). Bakı: "Qanun" nəşriyyatı, 2015, 190 səh.
  • Paulo Koelyo. Maktub (roman). Bakı: "Qanun" nəşriyyatı, 2015, 256 səh.
  • Orxan Pamuk. Beynimdə qəribəlik (roman). Bakı: "Qanun" nəşriyyatı, 2015, 564 səh.
  • Vladimir Varava. İyul işığı (hekayələr). Bakı: "Qanun" nəşriyyatı, 2016. 200 səh.
  • Ahmet Hamdi Tanpınar. Beş şəhər. Xatirə. Bakı: "Qanun" nəşriyyatı, 2016, 232 səh.
  • Gül İrepoğlu. Kölgəmi qoydum zanbaq bağçalarında. Bakı: "Qanun" nəşriyyatı, 2016, 342 səh.
  • Mehmet Mollaosmanoğlu. Cənnət Ayrıcı (roman). Bakı: "Qanun" nəşriyyatı, 2016, 288 səh.
  • Vaqif Rəhmanov. Müdrik sözlər. Bakı: "Qanun" nəşriyyatı, 2017, 288 səh.
  • Elif Şafak. Eşq (roman, Azərbaycan türkcəsində). Təbriz, 2017, 436 səh.
  • Elif Şafak. Qara süd (roman, Azərbaycan türkcəsində), Təbriz, 2017, 302 səh.
  • Kilimancaro qarları (Nobel mükafatçılarının seçilmiş hekayələrı). Mahir Qarayevlə birgə, Binab, “İşıq”, 2018, 472 səh.
  • İbrahim Saryal. Bakı rüzgarı (sənədli roman). Bakı: "Xan" nəşriyyatı, 2018, 384 səh.
  • Tomas Vulf. Dünyanın hörümçək toru. Romanlar və hekayələr. (A.Məsudla birgə). ATM, 2018, 356 səh.
  • Lourens Lokkart. Nadir Şah (monoqrafiya). Bakı: "Qanun" nəşriyyatı, 2018, 456 səh.
  • Qurban Səid. Qızılbuuynuzdan olan qız (roman). Bakı: "Qanun" nəşriyyatı, 2018, 288 səh.
  • Virciniya Vulf. Mayaka doğru (roman). Bakı: "Qanun" nəşriyyatı, 2018, 192 səh.
  • Gürcü ədəbiyyatı antologiyası (tərtib edənlərdən və tərcüməçilərdən biri). Azərbaycan Tərcümə Mərkəzi. Bakı: "Təhsil" nəşriyyatı, 2018, 400 səh.
  • Elif Şafak. Ustam və mən (roman). Bakı: "Qanun" nəşriyyatı, 2018, 448 səh.
  • Tomas Vulf. Ölüm - məğrur qardaş (povest). Bakı: "Qanun" nəşriyyatı, 2018, 80 səh.
  • Məhəmməd Əsəd Bəy. Şərqdə neft və qan (tarixi publisistik roman). Bakı: "Qanun" nəşriyyatı, 2018, 320 səh.
  • Orhan Pamuk. Mənim adım Qırmızı (roman). Təbriz, 2019, 733 sayfa,
  • Abay Kunanbayev. Qara söz (fəlsəfi traktat). Bakı: "Qanun" nəşriyyatı, 2020, 144 səh.
  • Sol Bellou.Özüm haqqında xatirə. Bakı, "Qanun" nəşriyyatı, 2021, 80 səh.
  • Jan-Pol Sartr. Sahibin uşaqlığı. Bakı, "Qanun" nəşriyyatı, 2021, 128 səh.
  • Qabriel Qarsia Markes. Seçilmiş əsərləri, 2 cilldə, (tərcüməçilərdən biri), Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 2021.
  • Rollan Seysenbayev. Dünyanın çökdüyü gün (romanlar və esse), Bakı, "Qanun" nəşriyyatı, 2021, 328 səh.
  • Kobo Abe. Qumluqdakı qadın (roman), Bakı, "Qanun" nəşriyyatı, 2021, 208 səh.
  • Orhan Pamuk. Qara kitab (roman), Təbriz, “Parlaq qələm”, 2021, 774 səh.
  • .Orhan Pamuk. Atamın çamadanı (esselər). Təbriz, 2022,108 səh.
  • Elif Şafak. Ustam və mən (roman). Təbriz, “Azartoran”, 2022, 580 səh.
  • Qazax nəsri (antologiya). Bakı, "Qanun" nəşriyyatı, 2022, 608 səh.
  • Kemel Tokayev. Gecə açlan atəş. Povestlər. K.-J.Tokayevin müqəddiməsi ilə. Bakı, "Qanun" nəşriyyatı, 2022, 456 səh.
  • Virciniya Vulf. Orlando (roman). Bakı, "Qanun" nəşriyyatı, 2023, 240 səh.
  • Çingiz Aytmatov. Dağlar yıxılanda (Əbədi gəlin). (Roman, povest və hekayələr). Bakı, "Qanun" nəşriyyatı, 2023, 504 səh.
  • Afanasi Mamedov. "Babelon" gəmisi. Roman. Bakı, ADTM, 2023, 412 səh.
  • Yazı sənəti. Yazı və yazmağın sirləri haqqında. Toplu, Bakı, "Qanun" nəşriyyatı, 2023, 230 səh.
  • İsveç ədəbiyyatı antologiyası. Tərtibçi və 30 hekayə. ADTM, 2024, 436 səh.

Tərtib edib nəşrə hazırladığı kitablar

  • Qaraçöp (ədəbi-etnoqrafik toplu). Bakı: "Dünya" nəşriyyatı, 1996.
  • Aşıq Teymur Qurbanov. Мəndən bir nişanə qala-qalmaya... Bakı: 1998.
  • Qaraçöplü Aşıq Musa. Мusa eldən aralanmaz... Bakı: "Qanun" nəşriyyatı, 2006, 2011.
  • İsa İsmayılzadə. Gözləyin, dünyaya qayıtmağım var... Bakı: "Qanun" nəşriyyatı, 2006.
  • Natiq Səfərov. Ən gözəl uçuş. Bakı: "Qanun" nəşriyyatı, 2005.
  • Vidadi Məmmədov. Çarpaz bucaqlar arasında. Bakı: "Qanun" nəşriyyatı, 2006
  • Təhlədənəm özüm, dağlar. Təhlə şökəyi ədəbi antologiyası. Bakı: "Qanun" nəşriyyatı, 2012, 520 səh.
  • Ədəbi Nobel antologiyası. Bakı: "Qanun" nəşriyyatı, 2012, 816 səh.
  • Ulu Qoşqarın nəğmələri. Daşkəsən ədəbi anyologiyası. Bakı: "Qanun" nəşriyyatı, 2014, 488 səh.
  • Nurafiz: İşıqdan keçən adam. Toplu. Bakı: "Qanun" nəşriyyatı, 2015, 304 səh.
  • Aydın Məmmədov: Sözün Aydını. Bakı: "Təhsil", 2015, 528 səh.
  • Fərhad Xubanlı. Söz ömrü. Bakı: "Qanun" nəşriyyatı, 2016, 400 səh.
  • Xanəli Kərimli. Bir ömrün işığı. Bakı: "Qanun" nəşriyyatı, 2016, 384 səh.
  • Nizami Zöhrabi. İşığa doğru gedən adam. Bakı: "Qanun" nəşriyyatı, 2016, 296 səh.
  • Qalım Mutanov. Nura boya dünyanı. Bakı: "Qanun" nəşriyyatı, 2016, 104 səh.
  • Nəriman Əbdülrəhmanlı. Sözlə keçilən yol. Bakı: "Qanun" nəşriyyatı, 2018, 648 səh.
  • Qaraçöp (ensiklopedik toplu). Bakı: "Qanun" nəşriyyatı, 2019, 880 səh.
  • Ş.Rustaveli. Pələng dərisi geymiş cəngavər (poema). Tərcümə edən R.Sadıqlı. Bakı: "Qanun" nəşriyyatı, 2020, 384 səh.
  • Həsən Seyidbəyli: Şəxsiyyət və yaradıcı (məqalələr toplusu). Bakı: "Qanun" nəşriyyatı, 2020, 312 səh.
  • Əhməd Oğuz. Var olsun ayrılıqları. Bakı: "Qanun" nəşriyyatı, 2022, 224 səh.

Çapa hazır kitablar

  • İşığın portreti (qələm adamlarının portretləri).
  • İşığa doğru (sənət adamlarının portretləri).
  • Şərqlə Qərb arasında (xarici sənət adamlarının portretləri).
  • Çarpaz duyğular (esselər).
  • Sözün yeddi çaları (Qaraçöp sözlüyü).
  • Ümiddən o yana (məqalələr toplusu).
  • Кönül müsahibləri (müsahibələr).
  • Тənqidçi olmasam da... (ressenziyalar).

Çapa hazır tərcümə kitabları

  • ANTOLOGİYALAR
  • 1.Türk xalqları nəsri (Antologiya) – 2 cilddə 2.Gürcü nəsri (Antologiya) – 2 cilddə 3.Ədəbi Nobel (Antologiya) – 2 ciddə 4.Ədəbi Nobel gürsüsü (nitqlər və mühazirələr) – 2 ciddə 5.Almandilli nəsr (Antologiya) – 1 cilddə 6.Asiya ölkələri nəsri (Antologiya) – 1 cilddə 7.İngilisdilli nəsr (Antolgiya) – 1 cilddə 8.Latın Amerikası ölkələri nəsri (Antologiya) – 1 cilddə 9.Qərbi Avropa ölkələri nəsri (Antologiya) – 1 cilddə 10.Şərqi Avropa ölkələri nəsri (Antologiya) – 1 cilddə 11.Skandinavia ölkələri nəsri (Antologiya) – 1 cilddə 12.Slavyan xalqları nəsri (Antologiya) – 1 cilddə 13.İnsanlar və heyvannlar (Antologiya) – 1 cilddə 14.Yurt (Qazax hekayələri antologiyası) – 1 cilddə 15.Böyük İpək Yolu ölkələri nəsri (Antologiya) - 1 cilddə
  • SEÇİLMİŞ ƏSƏRLƏR
  • 1.Kobo Abe (Yaponiya). Seçilmiş əsərləri 2.Kenzi Maruyama (Yaponiya). Seçilmiş əsərləri 3.Tomas Bernhardt (Avstriya). Seçilmiş əsərləri 4.Robert Müzil (Avstriya). Seçilmiş əsərləri 5.Antonio Tabukki (İtaliya). Seçilmiş əsərləri
  • BİRGƏ TƏRCÜMƏLƏR
  • 1.Tomas Vulf (ABŞ). Seçilmiş əsərləri 2.Yukio Mişima (Yaponiya). Seçilmiş əsərləri 3.Revaz İnanişvili (Gürcüstan). Seçilmiş əsərləri 4.Qoderzi Çoxeli (Gürcüstan). Seçilmiş əsərləri AYRICA KİTABLAR 1.Şəms Təbrizi. Eşq qapısı (Məqalat) 2.Otar Çiladze. Uğruma çıxan adam (Roman) 3. XIX əsrin axırı – XX əsrin əvvəllərində rus fəlsəfi fikri (toplu)

Filmoqrafiya

Ssenarisi əsasında çəkilən sənədli və bədii filmlər

Redaktoru olduğu sənədli və bədii filmlər

Ssenarisi üzrə "Lider" TV-də çəkilmiş sənədli filmlər

  • Paris kədəri (film, 2001) (Ceyhun bəy Hacıbəyli haqqında).
  • İşıq ömrü (film, 2001) (Həsən bəy Ağayev haqqında).
  • Tökülən yarpaqların qoxusu (film, 2001) (Vidadi Paşayev haqqında).
  • Yaddaş sınağı (film, 2002) (20 yanvar faciəsi haqqında).
  • Vaxtın o üzündə (film, 2002) (Caz ustası Pərviz Rüstəmbəyov haqqında).
  • Тuran sevgisi (film, 2002) (Əli bəy Hüseynzadə haqqında).
  • Yeddi duyum (film, 2002) (Əli Kərim haqqında).
  • Таnrı adamı (film, 2002) (Хudadat bəy Rəfibəyov haqqında).
  • Qürbət eskizləri (film, 2002) (rəssam Səlim Turan haqqında).
  • Tale yolları (film, 2002) (Əhməd bəy Ağaoğluhaqqında).
  • Düma ömrünün qırx günü (film, 2002) (Aleksandr Dümanın Azərbaycan səfəri).
  • Bütün qadağaların fövqündə (film, 2002) (kinorejissor Hüseyn Seyidzadə haqqında).
  • Çarpaz bucaqlar arasında (film, 2002) (Vidadi Məmmədov haqqında).
  • Gündoğar ölkəyə sevgilərlə (film, 2002) (Yapon mədəniyyəti haqqında).
  • Qəlbin ay işığı (film, 2002) (bəstəkar Qənbər Hüseynli haqqında).
  • Şöhrət, yaxud unudulan adam (film, 2002) (Əlisəttar Atakişiyev haqqında).
  • Аy duman gəl-get... (film, 2002) (еtüd).
  • Yarımçıq triptix (film, 2003) (rəssam Yalçın Əfəndiyev haqqında).
  • İşığın rapsodiyası (film, 2003) (rəssam Nailə Seyfi haqqında).
  • Bahar ömürlü insan (film, 2003) (geoloq Faiq Bağırzadə haqqında).
  • Günorta qatarı (film, 2003) (bəstəkar Rafiq Babayev haqqında).
  • Naxışlı hekayət (film, 2003) (Gəncə muzeyi haqqında).
  • Nikanın nağılları (film, 2002) (sənətçi Nigar Babayeva haqqında).
  • Şimşəklər kimi (film, 2003) (kinorejissor Lətif Səfərov haqqında).
  • Qərib bir səs (film, 2003) (müğənnı Nərminə Məmmədova haqqında).
  • Ömürdən uzun yol (film, 2003) (Аxısqa türkləri haqqında).

Çəkilməmiş bədii və sənədli film ssenariləri

  • Burulğan ("Əli və Nino" romanının motivləri üzrə, 2 ser.).
  • Çevrilmə (tammetrajlı).
  • Zədə (tammetrajlı).
  • Qurd qapısı (tammetrajlı).
  • Noktürn (qısametrajlı).
  • Аdsız (qısametrajlı).
  • Qəbir daşları (qısametrajlı).
  • Aşıq (qısametrajlı).

İstinadlar

  1. Azərbaycan Milli Elmlər Akademiyası. "Cəfər Cabbarlı Mükafatının qaliblərinin adları açıqlanıb" (az.). AMEA. 14.10.2024. İstifadə tarixi: 2024-10-14.
  2. AzərTAc. "Cəfər Cabbarlı Mükafatının qaliblərinin adları açıqlanıb" (az.). AzərTAc. 14.10.2024. İstifadə tarixi: 2024-10-14.

Mənbə

  • Sabir Bəşirov. Nəriman Əbdülrəhmanlı. İşıq adamı. Monoqrafiya. Bakı: 2010
  • Yeqzar Cəfərli. Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığı. Monoqrafiya, Bakı: "Qanun" nəşriyyatı, 2017.
  • Nəriman Əbdülrəhmanlı: Sözlə keçilən yol. Məqalələr toplusu, Bakı: "Qanun" nəşriyyatı, 2018,
  • Nəriman Əbdülrəhmanlı nəsri araşdırmalarda. Monoqrafiyalar. Bakı: "Qanun" nəşriyyatı, 2022.
  • Bədirxan Əhmədli. Nəriman Əbdülrəhmanlının nəsri: tarixilik və müasirliyin vəhdəti. Monoqrafiya. Bakı, "Qanun", 2023.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!