Məzmun
Film öz sənət dünyası ilə yaşayan bir sənətkarın-sazbəndin yaşantıları haqqında hekayətdir. Belə ki, qurumuş ağac lətif bir saza çevrilir. Bunun rəmzi mənası vardır: həyatda gözəllik, rahatlıq, zövq bəxş edən nə varsa məhvə məhkum deyil, çünki bu yaradıcılıq məhsullarının hər birində insan qəlbinin hərarəti duyulur.
Festivallar və mükafatlar
- 1) 1991-ci ildə Bakıda "Şərqdən Baxış" devizi altında keçirilən Beynəlxalq Gənclər filmləri kinofestivalı
- Kinolent sənədli filmlər üzrə Baş Prizə layiq görülmüşdür.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Yavər Rzayev
- Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı
- Operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi)
- Bəstəkar: Cavanşir Quliyev
- Səs operatoru: Şamil Kərimov
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.