Nərgiz Əliyeva (22 mart 2002[1], Mingəçevir) — azərbaycanlı peşəkar qadın futbolçu. "Karadeniz Ereğli Belediyespor" klubunun və Azərbaycanın qadınlardan ibarət A Milli komandasının qapıçısı. Azərbaycanın qadınlardan ibarət milli yığmasının digər futbolçusu Coşqunə Əliyevanın bacısı
22 mart 2002-ci ildə anadan olub.[3]
2013-cü ildən futbolla məşğul olur. Məşqçi İlqar Hüseynovun başlığı altında, öz doğma şəhərində futbolun dərinliklərini öyrəndi.[4]İlk klubu "Mingəçevir" olub.[5] 2016-cı ilə qədər "Mingəçevir"in heyətində çıxış edib.[5]
2018-ci ildə "Baku City" klubunda çıxış edib.[6]
2019-cu ildə "Keşlə"də çıxış edib.[7]
2020-ci ildə Gürcüstanın "Nike" klubundan çıxış edib.[8] Orda 1 sezon oynadıqdan sonra, legioner həyatına Türkiyədə davam edib. 2021-ci ildən etibarən "Karadeniz Ereğli Belediyespor" klubunda çıxış edir.[9][3][5]
Azərbaycan Millisinin qapıçısıdır.[5] 2020-ci ildən etibarən Azərbaycan Millisinin futbolçuları arasında yer alır.[10]