Mən evə qayıdıram

Mən evə qayıdıram
Janr Vətənpərvərlik
Rejissor Samir Kərimoğlu
Prodüser Nazim Hüseynov
Ssenari müəllifi İsmayıl Səfərəli
Baş rollarda Yaşar Nuri
Fuad Poladov
Operator Ayxan Salar
Bəstəkar Vüqar Camalzadə
Rəssam Əziz Məmmədov
İstehsalçı "Salnamə" sənədli filmlər studiyası
İlk baxış tarixi 2014
Müddət 85 dəqiqə
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
İl 2011–2014
Rəng Rəngli
Çəkiliş yeri Quba rayonu
Kürdəmir rayonu
Xızı rayonu
Sitalçay

Mən evə qayıdıram"Salnamə" sənədli filmlər studiyası tərəfindən çəkilişlərinə 2011-ci ildə başlanan və 2014-cü ildə təqdimatı olan rejissor Samir Kərimoğlunun filmi[1]. Yaşar Nurinin çəkildiyi son filmdir.[2]

Filmin çəkilişləri

"Mən evə qayıdıram" adlı filmin çəkilişlərinə 2011-ci ilin fevral ayının 26-da Samir Kərimoğlunun rejissorluğu ilə başlanılıb. Rejissor "Bu filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə" çəkdiyini bildirmişdir[3][4].

Bu film Xalq artisti Yaşar Nurinin rol aldığı son filmdir. Aktyor filmdə hərbi hissədə çalışan aşpaz obrazını canlandırmışdır[3].

Ekran əsərinin operatoru xüsusi olaraq Almaniyadan dəvət olunub[3].

Filmdə canlı səsyazma sistemindən istifadə olunub. Filmin çəkilişləri Quba rayonu, Kürdəmir rayonu, Xızı rayonuSitalçayda aparılıb[3].

Filmin məzmunu

"Mən evə qayıdıram" filmi 1990-cı illərədən bəhs edir. Film hərbi vətənpərvərlik mövzusunda, real hadisələr əsasında çəkilib. Film Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. 85 dəqiqə sürən "Mən evə qayıdıram" filmində ilk dəfə Azərbaycan hərbi hava qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin səmada düşmən texnikası ilə mübarizəsi əks olunub[3].

Filmin təqdimatı

2014-cü il fevralın 26-da saat 19:00-da Nizami Kino Mərkəzində "Mən evə qayıdıram" bədii filminin təqdimatı olmuşdur.[5] Hərbi vətənpərvərlik mövzusunda olan ekran işinin təqdimat mərasimində ziyalılar, sənət adamları iştirak edib. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev gecədə çıxış edərək filmin gözəl alındığını, onun mədəniyyətimizə böyük töhfə olduğunu vurğulayıb. Nazir çıxışında 26 fevral tarixinin Azərbaycan xalqı üçün faciəvi günlərdən biri olduğunu diqqətə çatdırmışdır: "22 il bundan öncə ermənilər Xocalı soyqırımını törətdilər. Dinc insanları vəhşicəsində qətlə yetirdilər. Bu soyqırım tarixdən heç vaxt silinə bilməz. Bax bu gündə vətənpərvərlik mövzusunda olan filmin təqdimat mərasiminin olması təsadüfi deyil"[3].

“Mən evə qayıdıram”ın təqdimat mərasimində filmdə əsas obrazlardan birini ifa edən Emil Bədəlov da iştirak etmişdir[3].

Filmdə əsas rollardan birini oynayan aktyor Elşən Hacıbabayev oynadığı obraz haqqında bunları bildirdi: “Mənim filmdə obrazını oynadığım şəxsin qardaşı şəhid olur və o da hərbi xidməti yarımçıq qoyur[3].

Aktyor Murad Abdullayevin sözlərinə görə, filmin sujet xətti olmuş hadisələrdən ibarətdir[3].

Filmin mükafatları

"Mən evə qayıdıram" layihəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunmuş vətənpərvərliklə bağlı elan olunmuş ssenarilər və layihələr müsabiqəsinin qaliblərindən biridir[3].

Filmin heyəti

Film üzərində işləyənlər

Rollarda

İstinadlar

  1. ""Mən evə qayıdıram" filmi ekranlara çıxır — Video". AZAD XƏBƏR (az.). azadxeber.net. 12:40, 06-08-2014. 2014-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-29.
  2. İbrahimov, R. Yaşar Nurinin son filmi...: “Mən evə qayıdıram” bədii filminin təqdimatı keçirildi: [Nizami Kino Mərkəzində rejissor Samir Kərimoğlunun eyniadlı filminin təqdimatı] //Bizim yol.- 2014.- 28 fevral.- S. 13.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Ramid İbrahimov. "Yaşar Nurinin son filmi…" (az.). bizimyol.info. 28/02/2014 [12:02]. 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-29.
  4. Kərimoğlu, S. Yeni film Qarabağda şəhid olmuş igid şahinlərimizə həsr edilib: [“Mən evə qayıdıram” filminin rejissoru Samir Kərimoğlu ilə müsahibə] /müsahibəni apardı Lalə Azəri //Mədəniyyət.- 2014.- 26 fevral.- S. 7.
  5. Azəri, L. “Mən evə qayıdıram”: [Nizami Kino Mərkəzində rejissor Samir Kərimoğlunun Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş eyniadlı filminin təqdimatı] //Mədəniyyət.- 2014.- 28 fevral.- S. 9.
  6. “Mən evə qayıdıram”: İgid şahinlərimiz haqqında film gənclərə təqdim olunub: [Nizami Kino Mərkəzində rejissor Samir Kərimoğlunun Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş eyniadlı filminin təqdimatı olmuşdur] //Mədəniyyət. — 2014. — 6 avqust. — S. 5.

Mənbə

  • “Əgər məqsədin varsa, getdiyin yol bəllidir” //Kaspi.- 2011.- 24 iyun.

Həmçinin bax

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!