Vüqar Camalzadə |
---|
Camalzadə Vüqar Vaqif oğlu |
|
Doğum tarixi |
9 oktyabr 1974(1974-10-09) (50 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti |
bəstəkar, aktyor |
Musiqi aləti |
piano |
Təhsili |
|
Mükafatları |
2015 |
Vüqar Vaqif oğlu Camalzadə (9 oktyabr 1974, Bakı) — Bəstəkar, Azərbaycanın əməkdar artisti (2015).
Həyatı
Vüqar Camalzadə 1974-ci il oktyabr 9-da Bakıda doğulub. Ailəlidir 2 övladı var.3 saylı orta ixtisas məktəbinə daxil olub. 1983-cü ildə, 23 saylı 7 illik musiqi məktəbinin piano sinifinə daxil olub. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə daxil olub və 1996-cı ildə bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə (müəllim proefessor İsmayıl Hacıbəyov). 2004-cü ildə Musiqi Akademiyasının magistr dərəcəsini qazanıb. Azərbaycan Musiqi Akademisyasında bakalavr dərəcəsi üçün -diplom işi böyük sinfonik orkestr üçün 3 hissəli sinfoniya. Magistr dərəcəsinin - diplom işi kamança və sinfonik orkestr üçün 2 hissəli konsert.Əsərləri: F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə (1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata (1997); BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert (2001); Onun ürəyi - nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı -müzikl (2013); Dədə Qorqud baleti (2019); eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər.
Azərbaycan Milli Konservatoriyasının dosentidir.
30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Mükafatları
Əsərləri
Filmoqrafiya
- Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)-musiqi tərtibatçısı, rol: Vüqar
- Atama deyərəm (film, 2006)
- Çətin yol (film, 2006)
- Dəvətnamə (film, 2003)
- Əlamət (film, 2006)
- Əziz dost (film, 2006)
- Hesab (film, 2006)
- İstanbul tətili (film, 2007)
- Koma 0,1 saniyədə (film, 2007)
- Qonşular (film, 2006)
- Mən evə qayıdıram (film, 2014)
- Məşədi İbad-94 (film, 2005)
- Məzə (film, 2006)
- Milçək (film, 2006)
- Nümunəvi şagird (film, 2006)
- Peşə (film, 2006)
- Rüşvət (film, 2006)
- Vərdiş (film, 2006)
- Aramızda qalsın (film, 2011-2013)(bədii serial)
- Qayınana (film, 2011)
- Bakı, mən səni sevirəm (film, 2015)
- Mən evə qayıdıram (film, 2013)
- Bəxt üzüyü 2 (film, 2017)
- Köhnə çamadanlar (film, 2022)
Teatr tamaşalarına musiqi
Kukla teatrı üçün
“7 nar çubuğu”-2019
“Don ki Xot Abşeronskiy”- 2019
“Məlikməmmədin nağılı”-2018
“Tıqtıq və Taqtakın nağılı”-2014
“Qırmızı Papağın nağılı”-2016
“Turpun nağılı”- 2017
Milli dram teatrı üçün
“Qatarın altına atılmış qadın” tamaşasının musiqisi-2012
Heydər Əliyev Fondu üçün
- Uşaqların himni-2008
- “Qış nağılı” tamaşası-2012
Fəlsəfə elmləri doktoru mövzusu
“Azərbaycan bəstəkarlarının əsərlərində mərasim mövzusu”
Kitabları
- “Estrada-caz ansambl və orkestrləri üçün aranjiman”
Diskoqrafiya
- “One day”-Narkomaniyaya qarşı proje-2014
- Roya Ayxanla bigə 11 mahnı-2009
- “Vüqar Camalzadənin mahnıları”-2002
- “Klassiklərim”-2000
- “Lirika”-1997
Proyektlər
- 2002-2011 illər “Yeni ulduz” musiqi yarışması
- 2008 Azərbaycan ve Fransalı musiqiçilərlə birgə çalışma
- 2012 “Eurovision” mahnı yarışmasının musiqi rəhbəri
- 2013-Fransanın Kann şəhərində Azərbaycan günləri üçün Simfonik popuri
- 2015 “The Voice” beynəlxalq proyektinin musiqi rəhbəri
- 2019-2020 “The Voice Kids” beynəlxalq musiqi yarışmasının musiqi rəhbəri
- 2020 Sosial müdafiə nazirliyinin “Bərabərik” əlil və populyar müğənni layihəsinin musiqi rəhbəri
İstinadlar