| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Məmməd İbrahim (24 noyabr 1966, Yevlax) — azərbaycanlı ictimai-siyasi fəal; sabiq siyasi məhbus; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, AXCP Rəyasət heyətinin üzvü.
Həyatı
Məmməd İbrahim 1966-cı il noyabrın 24-də Yevlax şəhərində anadan olub. O, 1983-cü ildə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Bakı Maliyyə-Kredit texnikumuna daxil olub. 1985-1987-ci ildə Sovet Ordusu sıralarında Krosnayarsk diyarının Kansk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Maliyyə-İqtisad Kollecini bitirib. 1989-cu ildə Yevlax şəhər İctimai İaşə Birliyində təftişçi vəzifəsində çalışmışdır. Sovet İttifaqı dağıldıqdan sonra rəsmi iş yeri yoxdur.
Fəaliyyəti
1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin (indiki AXCP) üzvü olan Məmməd İbrahim, 2012-ci ildən AXCP sədrinin müşaviri, 2015-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvüdür.
Həbs edilməsi (2015)
2015-ci il sentyabrın 30-da Nərimanov rayon Polis İdarəsində barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi başlanıldı və şübhəli şəxs qismində saxlanıldı. Həmin vaxt Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) müavini Gözəl Bayramlı onun həbsini belə izah etdi: Cinayət işi bir müddət əvvəl AXCP sıralarından uzaqlaşan Razi Nurullayevin rəhbəri olduğu "AXCP Etimad Qurultayı" adlandırılan qurumun üzvü olan Mikayıl Quliyevin ərizəsi əsasında başlanılıb. M. Quliyev ərizəsində, M. İbrahimin ona qəfil hücum etdiyini və vurduğunu iddia edib.
M. İbrahim isə tam tərsi M. Quliyevin ona hücum etdiyini və təhqir etdiyini bildirdi.
Yeni cinayət işi və azadlığa buraxılması
2018-ci ildə azad olmağına bir gün qalmış, ona yeni cinayət işi açılaraq, həbs müddəti 5 ay 20 gün artırılıb. 2019-cu il fevralın 13-də Suraxanı rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qərarından verilən apelyasiya ərizəsinə baxılıb. Cəzası 1 ay 6 gün azaldılaraq azadlığa buraxılıb.[1]
Yenidən həbsi və məhkəmə qərarı
2020-ci ildə Qarabağa dəstək yürüşündə iştirak etmədiyi halda, törədilən təxribatın təşkilatçısı adı ilə ittiham edilərək 26.07.2020 tarixdə həbs edilib.[2] Belə ki, onun barəsində A.R. Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278.1-ci (hakimiyyəti zorla ələ keçirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib. Nəsimi rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə baş tutan iclasda barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.[3]
4 ay həbs[4] olunduqdan sonra ev dustaqlığına buraxılıb. İstintaq başa çatdıqdan sonra Səbail məhkəməsinin qərarı ilə 4 il 1 ay 13 gün şərti həbs cəzası verilib.
İstinadlar