Müzəffərəddin şah Qacar

Müzəffərəddin şah Qacar
fars. مظفرالدين شاه قاجار
1 may 1896 – 3 yanvar 1907
ƏvvəlkiNasirəddin şah Qacar
SonrakıMəhəmməd Əli şah Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 23 mart 1853(1853-03-23)
Doğum yeri
Vəfat tarixi 3 yanvar 1907(1907-01-03) (53 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Atası Nasirəddin şah Qacar
Uşaqları

Təltifləri Bant ordeni Grand Cross of the Imperial Order of Leopold "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Knight of the Order of St. Alexander Nevsky Ağ Qartal ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni "Rumıniya Ulduzu" ordeni Knight of the Order of the Golden Fleece Qara Qartal ordeni Order of the Most Holy Annunciation
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacar (23 mart 1853, Tehran3 yanvar 1907, Tehran) — İran şahı (1896–1907). Nəsrəddin şahın oğlu. Qacarlar sülaləsindəndir. Uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Müzəffərəddin şahın dövründə İranın xarici ölkələrdən asılılığı daha da güclənmiş, aclıq və narazılıq artmış, inqilabi hərəkatın başlanmasına zəmin yaranmışdı. Xalq kütlələrinin təzyiqi ilə 1906-cı ildə İran tarixində ilk dəfə olaraq məclis çağırılması haqqında qərar verməyə məcbur olmuşdu. Yerinə oğlu Məhəmmədəli şah hakimiyyətə keçmişdi.[1]

Həyatı

Müzəffərəddin şah Nasirəddin şah oğlu 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu. Atasının qətlindən sonra, 1896-cı ildə İran imperiyasının şahlıq taxtına əyləşmişdi.

Müzəffərəddin şah Qacar 1900-cü ildə Osmanlıya rəsmi səfər edib.[2]

Müzəffərəddin şah 1907-ci ildə vəfat edib.

Müzəffərəddin şah Qacar

Övladları

Oğulları:

  • Şahzadə Məhəmmədəli mirzə Etizadəssəltənə, sonra Məhəmmədəli şah (1872–1925)
  • Şahzadə Məlikmənsur mirzə Qovanlı-Qacar (1880–1920)
  • Şahzadə Əbülfət mirzə Qovanlı-Qacar (1881–1961)
  • Şahzadə Əbülfəzl mirzə Qovanlı-Qacar (1882–1970)
  • Şahzadə Hüseynqulu mirzə Qovanlı-Qacar (1884–1945)
  • Şahzadə Nasirəddin mirzə Qovanlı-Qacar (1897–1977)

Qızları:

  • Şahzadə Fəxrəssəltənə (1870-?)
  • Şahzadə Ehtiraməssəltənə (1871-?)
  • Şahzadə İzzətəddövlə (1873-?) əri Əbdülhüseyn Mirzə Fərmanfərma
  • Şahzadə Şükuhəssəltənə (1880-?)
  • Şahzadə Şükuhəddövlə (1883-?)
  • Şahzadə Fəxrəddövlə (1883-?)
  • Şahzadə Əqdəsəddövlə (1891-?)
  • Şahzadə Ənvərəddövlə (1896-?) Kamran Mirzə Qovanlı-Qacarın oğlu İqtidarəssəltənə ilə evli idi.

İstinadlar

  1. Мүзәффәрәддин шаһ // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 122.
  2. "II Abdülhamid Zamani Ve Şahsiyeti. Səh. 81". 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-18.

Xarici keçidlər

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!