Mirzə Əli Musa oğlu Siqqətülislam Təbrizi (19 yanvar 1861, Təbriz – 30 dekabr 1911, Təbriz) — İran Məşrutə hərakatının fəal üzvü, tanınmış din xadimi, şair.
Mirzə Əli Musa oğlu Siqqətülislam 1277-ci ildə h. Q (1861 m.) ilində Təbriz şəhərində məşhur bir ruhani ailəsində anadan olmuşdur. Anası Telli xanım Təbrizin mötəbər ailələrindən biri olan Şalçılardan idi. Anası hələ cavan vaxtlardan vəfat etmiş Mirzə Əli öz uşaqlıq dövrünü çox ağır və əziyyətli keçirmişdir. Nəhayət, "Xanqızı" ləqəbli Nuşafərin adlı nənəsinin himayəsində yaşayaraq, hərtərəfli qayğı görür və ibtidai təhsil aldıqdan sonra Ətəbətda 9 il oxuyur və 1308-ci h.q (1880 m.) ildə vətəninə qayıdır. O, üsul, fiqh, hikmət, kəlam, ədəbiyyat, riyaziyyt, tarix və nücum elmlərinin mükəmməl öyərmişdi.
Mirzə Əli Siqqətülislam hərtərəfli biliyə malik idi, bir sıra elmi, bədii əsərlər yazmış və tərcümələr etmişdir. Onun yazıları aşağıdakı şəkildə təsnif edilibdir.
Gözlərim
Yaşında bir göz açmadı biçarə gözlərim, Yanında bir doyunca baxa yarə gözlərim, Çox baxca zülfüvə, ona eyb etmə, üzvü var, Af sinənə baxanda, düşüb qarə gözlərim. Bilməm ki, hansı üzvünə yarın nəzər salım, Bir çarə qıl gönül, qalıb avarə gözlərim, Yardan fələk sitəmlə ayırsa, həyatidən Göz örtmərəm ki, düşməyə əğyarə gözlərim.