Məhəmməd peyğəmbər adına Müsəlmanların fəxri məscidi (çeç. Мухьаммад Пайхамаран цӀарах маьждиг) — Çeçenistan Respublikasının Şali şəhərinin mərkəzində XXI əsrdə tikilmiş Avropada ən iri dini ibadətgah. Avropanın ən böyük məscidində 30 minə qədər, ətraf ərazilərdə isə 70 minə qədər adam yerləşə bilər. Müsəlmanların fəxri məscidi cümə məscidi ststusuna malikdir.
Tarixi
2012-ci ildən şəhərin mərkəzində, Şali-Siti çoxmərtəbəli kompleksinin yanında 5 hektar sahədə layihə üzrə analoqu olmayan yeni məscidin tikintisi fəal şəkildə aparılmağa başlandı. Məscidin layihəsi üzərində Özbəkistandan memarları çalışırdılar. 23 avqust 2019-cu il tarixində respublikanın ilk prezidenti Əhməd Kadırovun doğum gününə təsadüf edən məscidin təntənəli açılışı oldu.
Memarlığı
Hündürlüyü 43 metr olan günbəzi və 63 metr hündürlüyündə minarələri olan bina, istidə işığı əks etdirməsi və sərinlik verməsi ilə seçilən Yunanıstanın Tasos adasından alınan qar kimi ağ mərmərlə örtülmüşdür. Çəkisi iki ton yarımdan çox olan səkkiz metrlik mərkəzi çilçıraq və 395 lampa "Svarovski" daşları və qızılı ilə bəzədilib.[1]
Müsəlmanların fəxri məscidinin ətrafında geniş əraziyə malik park salınıb. Park 5 hektar əraziyə malikdir. Parkda 12 fəvvarədən ibarət kompleks yaradılıb. Burada 2000-ə yaxın dekoraitv və nadir ağaclar əkilib. Parkda güllərdən ibarət xüsusi hissə düzəldilib ki, bu da əsl qızılgül dərəsini xatırladır.
Məscid Məhəmməd Peyğəmbərin adını daşıyır. Qeyd edək ki, əvvəlcə məscidlərə respublika rəhbəri Ramzan Kadırovun adının veriləcəyi planlaşdırılırdı. Lakin rəsmi açılış mərasimində məscidin adı Məhəmməd peyğəmbərin adına olacağı elan edilmişdir.[2][3]
Müsəlmanların fəxri cümə məscidinin memarlığı iki üslubu — klassik İslam memarlığı və Mərkəzi Asiya xüsusəndə Buxara üslubunu birləşdirir. Məscidin layihəsinin müəllifi Özbəkistanda məscidlərin yaradılmasında iştirak etmiş özbək memar Abdukaxar Turdiyevdir. O, məscidin layihəsində Səmərqənd və Buxara memarlığının elementlərindən istifadə edib.
Məscidin istiqaməti müsəlmanların əsas ziyarətgahı olan Məscidül-Hərama (ehtiyat məscidi) tərəf yönəlib. Şali şəhər cümə məscidi içərisi də geniş şəkildə ağ mərmərlə bəzədilib. Məscidin divarında mərmərdən həkk olunmuş minbər və dua taxçası tikilmişdir. Qeyd edək ki, ağ mərmərdən hazırlanmış mehrab Məkkəyə yönəlib, namaz zamanı möminlərə istiqamət göstərir. Məscid hündürlüyü iyirmidən çox və diametri 43 metr olan böyük günbəzlə taclanır. Əsas günbəzin ətrafında əlavə üç günbəz də vardır. Məscidin ümumi sahəsi 6000 kvadratmetrdən artıqdır. İnsan tutumu isə 30 min nəfərdir. Məscid ətrafında dəstəmaz almaq üçün ayrıca bina var. Məscidin künclərində azan oxumaq üçün hər birində 2 eyvan olan 4 minarə yüksəlir.[4]
Məscidin tikintisində ən müasir tikinti texnologitalardan istifadə olunub. Onun memarlıq-bədii işıqlandırmasını məşhur "Griven" şirkəti həyata keçirib.
İstinadlar
Xarici keçidlər