Şəhər Şalinski rayonunun mərkəzi hissəsində, Çeçen düzənliyinin ətəklərindən keçən meşə silsiləsini kəsən Bass çayının hər iki sahilində yerləşir. Arqun dəmiryol stansiyasından 18 km cənubda və Qroznı şəhərindən 36 km cənub-şərqdə, regional avtomobil magistralı qovşağının keçdiyi yerdədir.
Şəhərin sahəsi 2009-cu ilin məlumatlarına görə 27,02 km²-dir.
XIX əsrin ortalarında Şali Böyük Çeçenistanın ən böyük kəndlərindən biri idi. Strateji mövqeyinə görə, aulQafqaz müharibəsi illərində çar qoşunlarına hücum etmək üçün yola çıxan İmam Şamil qoşunlarını toplanma nöqtəsi kimi xidmət edirdi.
1994-1996-cı illərdəki hərbi əməliyyatlar şəhərə və onun sakinlərinə böyük ziyan vurdu: yüzlərlə insan öldürüldü, evlər, sənaye, nəqliyyat, rabitə və aqrar-sənaye kompleksi dağıdıldı. Xüsusilə, 3 yanvar1995-ci ildəki bombardman zamanı ən az 55 nəfər həlak oldu.
İkinci Çeçenistan müharibəsi zamanı şəhər şiddətli döyüş meydanına çevrildi. 2000-ci ilin yanvarında silahlılar və onlara rəğbət bəsləyən mülki şəxsləri bir araya gətirən mitinqə Toçka U taktiki raketi atıldı, nəticədə yüzlərlə insan həlak oldu. Bir neçə gün sonra şəhər tamamilə federal qoşunların nəzarəti altına keçdi.[1]
2000-ci ildən bəri şəhər fəal inkişaf edir. Yeni yaşayış binaları, sosial-mədəni və idman obyektləri tikilir.
2012-ci ildən etibarən şəhər mərkəzindəki 5 hektar ərazidə, Şali şəhər yüksək mərtəbəli kompleksinin yanında yeni bir məscidin inşası sürətlə davam edirdi. Özbəkistan memarları dünyada analoqu olmayan bənzərsiz bir layihə üzərində işlədiklərini deyirdilər. 23 avqust2019-cu ildə respublikanın ilk prezidenti - Əhməd Kadırovun doğum gününə həsr olunmuş məscidin təntənəli açılışı oldu. Avropada ən böyük halına gələn yeni "Müsəlmanların qüruru" məscidi içərisində 30 min, ətraf ərazilə ilə birlikdə isə 70 min müsəlman ibadət edə bilər. 43 metr hündürlüyündə günbəz və 63 metr hündürlüyündə minarələrə sahib olan bina işığın düzgün əks etdirilməsi və temperaturun normal saxlanılması üçün Yunanıstanın Thassos adasından gətirilən ağ mərmərlə örtülüdur. İki yarım tondan çox ağırlığı olan səkkiz metrlik bir çilçıraq və 395 lampa svarovski daşlar və qızıllarla bəzədilib. 5 hektar ərazisi olan 12 fəvvarəli parkdao 2 minə yaxın ağac və əsl gül vadisi əkilmişdir. Əvvəlcə, məscidin respublikanın başçısı Ramzan Kadırovun adının veriləcəyi planlaşdırılırdı. Açılış mərasimində isə məscidə Məhəmməd peyğəmbərin adı verildi.[2][3]
Şəhərin 1991-1993-cü illərdə fəaliyyət göstərən Vaynax FC futbol komandasının ən böyük uğuru Rusiya ikinci diviziyasında 1-ci Zona üzrə 20-ci yeri tutması olmuşdur.