Müqəddəs Georgi kafedralı — Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən kafedral. Kafedral səkkizguşəli forma şəklindədir. Şəhərin Çörçil yolu yaxınlığında yerləşir.
Kafedral memar Sebastyon Kastaynanın layihəsi və 1896-cı ildə Adova döyüşündə ələ keçirilmiş italyan əsirlərin qüvvəsi əsasında ucaldılmışdır. Kafedral bir çox Avropa memarlığı elementlərini özündə saxlayır. 1937-ci ildə İkinci İtaliya-Efiopiya müharibəsində kafedral yandırılmişdır. 1941-ci ildə müstəqilliyini yenidən qazanan Efiopiyanın imperatoru Hayle Selasiyye tərəfindən bərpa edilmişdir. 1917-ci ildə Efiopiya imperatriçası I Zevditu, 1941-ci ildə imperatoru Hayle Selasiyyenin tacqoyma mərasimləri bu kafedralda keçirilmişdir.
Hazırda kafedralda muzey fəaliyyət göstərir.