Moxave telefon köşkü

Moxave telefon köşkü
Xəritə
Ümumi məlumatlar
Ölkə
Koordinatlar 35°17′09″ şm. e. 115°41′05″ q. u.HGYO

Moxave telefon köşküKaliforniyada, Moxave səhrasında yaxınlıqda işləyən yerli geoloqlar və şaxtaçılar üçün quraşdırılan telefon köşkü. Ən yaxın şose yolundan 24 km, ən yaxın yaşayış məntəqəsindən isə onlarla km məsafədə yerləşirdi. İlk vaxtlar onun nömrəsi +1-714-733-9969 idi, sonra kod 619-a, daha sonra isə 760-a dəyişdirildi.

Tarixi

Köşk 1948-ci ildə yaxınlıqda işləyən şaxtaçılar üçün quraşdırılmışdır. 1997-ci ildə Dyuis (Deuce) adlı bir şəxs köşk haqqında öyrənir və ona cavab verilənə qədər köşkə zəng etməyə başlayır. Hər səhər Dyuis üzünü qırxarkən güzgünün kənarına yapışdırdığı və üzərində "Sən bu gün Moxavenin ortasında yerləşən köşkə zəng etməyi unutmamısan?" cümləsini yazdığı yapışqanı görürdü. O, zəngləri ta ki Lorin (Lorene) adlı birisi ona cavab verənə qədər düz bir ay müddətində davam etdirir.

Öz əhvalatını öz saytında paylaşandan sonra Moxavedəki köşk qısa bir zamanda məşhurluq qazanır. Köşkün həvəskarları cavab almaq ümidiylə ora zəng edir, zənglərə cavab vermək üçün ora gedir, həmçinin ismarış qoyurdular. Zamanla köşk bütünlüklə qraffitilərlə örtüldü.

Məşhurluğu

Köşklə bağlı olan və 51 yaşlı Rik Karr tərəfindən iddia olunan bir hadisə Los Angeles Times qəzetinin müxbiri tərəfindən sənədləşdirilmişdir. Rik bildirirdi ki, o, Müqəddəs Ruhun təhrikiylə telefon köşkünün yanında 32 gün yaşamış və bu müddət ərzində 500-dən artıq zəngə cavab vermişdir. Bundan sonra səhranın ortasında yerləşən köşk ünsiyyət axtaran insanların ziyarət yerinə çevrilmişdir. Burada həmçinin yığıncaqlar da təşkil olunurdu. Köşkə gələn zənglərin ardı kəsilmirdi, belə ki insanları tanımadıqları bir yerə zəng etmək və təsadüfi insandan cavab almaq imkanı cəlb edirdi.

Sökülməsi

Köşk 17 may 2000-ci ildə Moxave səhrasının da balasında olduğu ABŞ milli parkları xidmətinin sorğusuna əsasən Pacific Bell şirkəti tərəfindən sökülmüşdür.[1] Rəsmi səbəb olaraq insan axının səbəb olduğu arzuolunmaz ekoloji vəziyyət göstərilirdi. Köşkün tərəfdarları tərəfindən xatirə lövhəsi qurulsa da bu da xidmət tərəfindən sökülmüşdür. Telefon köşkünün tarixçəsi əsasında "Moxavedə telefon köşkü" adlı film də çəkilmişdir.

İstinadlar

  1. Martin, Mary G. "NPS Correspondence". June 9, 2000. 2012-03-01 tarixində orijinalından arxivləşdirilib.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!