Montevideo — Uruqvayın paytaxtı və ən böyük şəhəri.
Şəhərin etnonimi
Montevideo sözü ispan dilindən tərcümədə "görünən dağ" mənasını verir.
Təbii şəraiti
Montevideo, 540 km² sahəyə malik olmaqla, Atlantik okeanının La-Plata körfəzinin sahilində yerləşmişdir. Şəhərin daxilində Cənub konusunun ən böyük təbii limanlarından biri yerləşir. Şəhər ərazisinin relyefi təpəlidir, ən yüksək nöqtəsi şəhərin qərbində 136 metrlik Serro-de-Montevideo dağıdır. Bu dağın zirvəsində mayak yerləşir. Təbii bitkiləri savanna zonası üçün tipik otlarla və kollarla təmsil edilmişdir. Şəhər ərazisində əsasən Avropadan gətirilmiş ağaclar palıd, şam, evkalipt, çinar bitir. Sahil suları yüksək duzluluqla və güclü qabarmalarla səciyyələnir. Əsas çayı qərbdən şəhəri əhatə edən Santa-Lusiya çayıdır.
Montevideonun iqlimi Lənkəranın rütubətli subtropik iqlimini uzaqdan xatırladan iqlimdir. Yayı rütubətli və istidir. Qış rütubətli, küləkli və tutqun keçir. Antarktikadan soyuq güclü küləklərin ("pampero") müdaxiləsi zamanı şaxtalar və qırovun düşməsi mümkündür. Bəzən tufanlar olur, amma tropik siklonlar baş vermir.
Tarixi
Şəhərin əsası 1726-cı ildə Müqəddəs Filip günündə qoyulub və Syudad-de San-Felipe-del-Puerto-del-Montevideo — "Montevideo buxtasında müqəddəs Filip şəhəri" adlandırılıb. 1680-ci ildə portuqaliyalılar La-Plata körfəzinin sol sahilində Koloniya-del-Sakramento şəhər-qalasını tikdilər. Bu istehkam qaçaqmalçıların bazası idi, hansılar ki, Buenos-Ayresə malları qeyri-leqal idxal edirdilər. 1726-cı ildə qaçaqmalçılarla mübarizə üçün ispanlar körfəzə girişində Montevideo qalasının əsasını qoydular. Beləliklə, onlar La-Platanın hər iki sahilinə nəzarət etmək imkanını əldə etdilər. Tezliklə Montevideo Şərq sahili əyalətinin əhəmiyyətli ticarət mərkəzi oldu. 1750-ci ildə tam olaraq İspaniyanın tərkibinə daxil edildi. 1766-cı ildə o paytaxtı Buenos-Ayres şəhəri olan La-Plata vitse-krallığının tərkibinə girdi.
Zəngin təbii bitki örtüyü ilə və yabanı mal-qaraların böyük sürüləriylə step çölləri XVIII əsrdə Avropa mühacirlərinin Şərq sahilinə axınına imkan yaradırdılar. İspan müstəmləkə hakimiyyəti böyük heyvandarlıq təsərrüfatlarının (estansiyalar) yaradılmasını bu rayonda öz hakimiyyətini bərkitmək ümidi ilə həvəsləndirirdi ki, portuqaliyalıların və ingilislərin bu ərazilərə malik olmaq iddialarına əks-təsir göstərsin. Müstəmləkə dövrünün (1800-cü il) sonuna Şərq sahili əyalətində əhalinin sayı təxminən 30 min nəfər təşkil edirdi, onlardan üçdə bir onun əsas şəhəri olmuş Montevideoda yaşayırdı.
Qardaş şəhərlər
- Barselona, İspaniya
- Boqota, Kolumbiya
- Buenos-Ayres, Argentina
- San-Paulu, Braziliya
- Kadis, İspaniya
- Kvebek, Kanada
- Kordova, Argentina
- Kuritiba, Braziliya
- La Plata, Argentina
- Madrid, İspaniya
- Melilya, İspaniya
- Montevideo, ABŞ
- Porto Aleqre, Braziliya
- Rosario, Argentina
- Sankt Peterburq, Rusiya
- Tyantszin, Çin
- Sindao, Çin
- San-Xose, Kosta Rika
- Paris, Fransa
- Esmeraldas, Ekvador
- Əl-Əyun, Qərbi Saxara
Həmçinin bax
Xarici keçidlər