San-Xose — Kosta-Rikanın paytaxtı və ən böyük şəhəri, eyni zamanda San-Xose vilayətinin mərkəzi. Kosta-Rikanın mərkəzi hissəsində , dəniz səviyyəsindən 1170 metr hündürlükdə yerləşir. Əhalisi 350 min nəfər (2008), 1950-ci ildə əhali sayı 86 900 nəfər idi. San-Xose şəhər aqlomerasiyasında 1 milyondan yuxarı əhali var.