Mirzə Cəlal Yusifzadə

Mirzə Cəlal Yusifzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1862
Doğum yeri
Vəfat tarixi 1931
Vəfat yeri
Partiya
Fəaliyyəti şair, yazıçı, redaktor[d]

Mirzə Cəlal Yusifzadə (1862, Şuşa1931, Şuşa, DQMV) — azərbaycanlı şair, yazıçı, redaktor. "Fərhad və Şirin" operasının müəlliflərindən biri, tacik dilində nəşr edilmiş ilk qəzetin naşiri və redaktoru[1], Azərbaycan Cümhuriyyəti Milli Şurasının[2]Difai Partiyasının üzvü.

Həyatı

Mirzə Cəlal Yusifzadə 1862-ci ildə ildə Şuşada anadan olub. İlk təhsilini burada alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Sonradan təhsilini Təbriz şəhərində mədrəsədə davam etdirib.[3]

Fəaliyyəti

Ölkəyə qayıtdıqdan sonra bir müddət pedaqoji fəaliyyətlə məşğul olur. Həmçinin bədii yaradıcılığa maraq göstərir, qəzəl və mənzum hekayələr qələmə alır."Həyat", "İrşad", "Tazə həyat", "İttifaq", "Hilal", "Asari-həqiqət", "Sədayi-həqq" və digər qəzetlərdə "C. C. Y", "Cəlal Qarabaği", "Cəlal Yusifi", "Mirzə Cəlal Yusifzadə" və digər imzalarla çıxış edib.[4]

6 mart 1911-ci ildə Mirzə Cəlalın librettosunu yazdığı, müsiqisini tarçalan Mirzə Zeynal hazırladığı "Fərhad və Şirin" operası[5] Bakıda Nikitin qardaşlarının sirkində tamaşaya qoyulub. Bakıda ana dilində "Həqiqəti-əfkar" (Fikirlərin həqiqəti) qəzetini nəşr etməyə başlayıb. Operanın librettosu Mirzə Cəlal Yusifzadə tərəfindən "Mərhum Şeyx Nizaminin asari-nəzmiyyəsindən intixab və təlxis olunmuş bir hekayəyi aşiqanə əsəri" adı ilə yazılmış və 31 səhifəlik kitabça şəklində nəşr edilmişdir.

Daha sonra onu Yeni Buxara şəhərində nəşr ediləcək ilk tacik qəzeti "Buxarayi-şərif"ə (Şərəfli Buxara) redaktor kimi dəvət edirlər.[1] O, 1912-ci ilin martından 1913-cü ilin yanvarınadək 153 sayı işıq üzü görən "Buxarayi-şərif" qəzetinə redaktorluq edir və qəzetin özbək türkcəsində "Turan" adlı, dörd səhifəlik, həftədə 3 dəfə çıxan əlavəsini çap etdirir.[6] O, bununla tacik milli mətbuatının əsasını qoyub. "Buxarayi-şərif"in ilk sayının işıq üzü gördüyü gün — 11 mart tarixi Tacikistanda "Milli mətbuat günü" kimi qeyd edilir.[3]

1913-cü ildə Bakıya dönən Mirzə Cəlal Yusifzadə "Sədayi-həqq" (1912–1915) və "İqbal" (1914–1915) qəzetlərində işləyib "Fərhad və Şirin" operasının "Səfa" dram cəmiyyəti tərəfindən yenidən tamaşaya qoyulmasına nail olub. 1918-ci ilin əvvəllərində Zaqafqaziya Seyminə üzv seçilib. Azərbaycan Milli Şurasının tərkibində "Müsavat" və demokratik bitərəflər qrupunda təmsil olunub.[2]Azərbaycan Cümhuriyyəti dövründə "Azərbaycan" qəzeti ilə fəal əməkdaşlıq edib. Cümhuriyyətin süqutundan sonra Cəbrayıl qəzasında və Bakıda müəllim kimi fəaliyyət göstərib. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda oğlu Əli Yusif katib kimi özü isə tərcüməçi kimi iştirak edib.[3]

Mirzə Camal Yusifzadə Difai Partiyasının Qaryagin şöbəsinin üzvü idi. Erməni silahlılarına qarşı camaatın müdafiəsini təşkil etmişdi.

Mirzə Cəlal Yusifzadə 1931-ci ildə Bakıda vəfat edib.[3]

Haqqında

Mirzə Cəlal Yusifzadə haqqında ilk dəfə yığcam və səhih məlumata Azərbaycan ədəbiyyatında Mir Möhsün Nəvvabın 1892-ci ildə hazırladığı "Təzkireyi-Nəvvab" kitabında rast gəlirik. Onun doğum tarixi, məşğuliyyəti və xarakteri haqqında M. M. Nəvvab yazırdı[4]:

" Cənab Axund Mirzə Cəlal Axund Hacı Mirzə Ələkbər oğlu Qarabağ vilayətinin əhalisindəndir. 1277-ci ildə anadan olmuş, hal-hazırda 33 yaşı var. Xoşqamət, xoşxasiyyət və xoştəbiət bir cavandır. Özünəməxsus gözəl xasiyyəti var. Qarabağ üləmalarındandır. Kirmanda cənab Hacı Məhəmməd xan bin Hacı Kərim xan bin Zəhir əd-dövlət İbrahim xan Qacarın hüzurunda on il elmləri təhsil etmişdir. Bəzən türkcə və farsca şeirlər yazır. Şeirləri, pərakəndədir, divanı yoxdur. Aşağıda yazılmış şeirlər o cənabın təbindəndir. 1310-cu ilin rəbbi-ül-əvvəl ayında öz dəsti-xətti ilə yazmışdır. "

M. Ə. Rəsulzadə 20 yanvar 1914-cü ildə "Fərhad və Şirin" operası haqqında "İqbal" qəzetində dərc etdirdiyi resenziyasında M. C. Yusifzadəni "münəvvər bir alim və vazeh məlumata sahib bir şərqşünas" adlandırıb.[4]

Ailəsi

Mirzə Cəlal Yusifzadənin ilk həyat yoldaşı Leyla dünyasını dəyişdikdən sonra ikinci dəfə Ziba xanımla ailə qurub. Onun ilk evlilikdən Əli Yusif adlı bir oğlu, Səhba və Şəhla adlı iki qızı olub. İkinci evlilikdən isə Alim Yusifzadə adlı oğlu dünyaya gəlib.[7]

Oğlu Əli Yusif Cümhuriyyət tələbələrindəndir, 1919-cu ildə Parisdə hüquq təhsili almağa göndərilib. 1937-ci ildə repressiya olunub.[8]

İstinadlar

  1. 1 2 "Издана первая таджикская газета «Священная Бухара»" (rus). eurasia.expert. 2022-03-11. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
  2. 1 2 "Azərbaycan Milli Şurası" (az.). axc.preslib.az. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
  3. 1 2 3 4 Savalan Fərəcov. "Bir maarifçinin ömür yolu və yaradıcılığı" (az.). Mədəniyyət . 2016-11-11. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  4. 1 2 3 Asif Rüstəmli. "Milli mətbuatda Mirzə Cəlal Yusifzadənin rolu və "Həqiqəti-əfkar" qəzetinin yeri" (az.). 525-ci qəzet. 2015-09-30. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  5. Sarabski, Hüseynqulu. Köhnə Bakı (az.). Bakı: Qanun nəşriyyatı. 2019. 126.
  6. İlk tacik qəzetinin baş redaktoru olmuş şuşalı Mirzə Cəlal Yusifzadə — MƏQALƏ
  7. Ənvər Çingizoğlu. "Mirzə Cəlal Yusifzadə: mövhumatdan maarifə" (az.). xudaferin.eu. 27 may 2020. 9 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2022.
  8. М.Зейналова. "Алиага Юсифзаде: репрессии за образование и последнее пристанище в Узбекистане" (rus). azerhistory.com. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2022.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!