Miqel de Unamuno

Miqel de Unamuno
isp. Miguel de Unamuno y Jugo
isp. Miguel de Unamuno
Doğum adı Miguel de Unamuno
Təxəllüsü Exóristo[5], Miguel de Unamuno
Doğum tarixi 29 sentyabr 1864(1864-09-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 31 dekabr 1936(1936-12-31)[3][1][…] (72 yaşında)
Vəfat yeri
Milliyyəti ispan
Uşaqları 9[4]
Fəaliyyəti şair, filosof, yazıçı, esseist, romançı, ədəbiyyat tənqidçisi, universitet müəllimi[d], dramaturq, siyasətçi
Əsərlərinin dili ispan dili
İstiqamət 98 Nəsli
Janrlar poeziya, dramaturgiya
Üzvlüyü
  • İspan dili Krallıq Akademiyası[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miqel de Unamuno (isp. Miguel de Unamuno y Jugo, 29 sentyabr 1864[1][2][…], Bilbao, İspaniya[3][6]31 dekabr 1936[3][1][…], Salamanka, İkinci İspan Respublikası[d][3][6]) — İspan yazıçı, publisist, filosof.

Bioqrafiyası

Yazıçı, filosof, ictimai xadim Miqel de Unamuno i Xuqo 1864-cü ildə İspaniyanın Bilbao şəhərində dünyaya gəlmişdir. Madrid Komplutense Universitetininin Fəlsəfə və Ədəbiyyat bölümündən məzun olduqdan sonra Salamanka Universitetində yunan filologiyası kafedrasında dekan (1891–1901), daha sonra Universitetin rektoru vəzifəsinə təyin edilmişdir (1901–1914). Monarxiya əleyhinə fikirlərinə görə bu vəzifəsindən istefa etdirilən Unamuno, universitet idarəsi tərəfindən dekanlıq, rektorluq vəzifəsinin icraçısı statuslarına gətirilsə də, 1923-cü ildə Primo de Riveranın hərbi çevrilişindən sonra siyasi təzyiqlərlə bütün vəzifələrindən yenidən istifa etməli olur, ardınca isə sürgünə göndərilir (1924). Bir müddət Kanarya adalarında, daha sonra Parisdə, sürgün həyatı yaşayan don Miqel, Fransa-İspaniya sərhəddində yerləşən Endaya şəhərinə köçür və 1930-cu ilə qədər orada yaşayır.

1931-ci ildə İspaniyada II Respublikanın qurulmasından sonra, Miqel de Unamuno yenidən Salamanka Universitetinin rəhbəri təyin olunur. Yeni qurulan hökumətdə ona təklif edilən Mədəniyyət nazirliyi vəzifəsini bir müddət icra etsə də, sonradan ideoloji səbəblərdən bundan imtina edir. Ölkədəki sosial-ideoloji vəziyətdən ciddi narahatlıq keçirən Unamuno, hökumətin anti-demokratik siyasətini də tənqid etməkdən qalmır. 1936-cı ildə General Frankonun başçılığındakı üsyanın ilkin mərhələsində üsyana dəstək versə də, daha sonra bu fikrindən daşınır. Frankistləri nəzərdə tutaraq açıqca "Siz qalib gələcəksiniz, lakin ürəyimiz fəth edə bilməyəcəksiniz" deyərək ziyalı mövqeyini qorumuşdur.

Bütün bunlardan sonra yaşlı filosof üsyançılar tərəfindən ev həbsində saxlanılmış, qısa müddətdən sonra isə Miqel de Unamuno vəfat etmişdir. (1936)[7]

Fəaliyəti

Ədəbi fəaliyətinə esselər yazaraq başlayan Unamunonun əsərlərində ispan cəmiyətinə hakim olmuş ictimai durğunluq tənqid edilir, ölkənin çevrilişin astanasında olduğunu tipik bir "98 Nəsli" yazıçısı kimi ortaya qoyulurdu. İspaniyanın çoxəsrlik tarixinə yaxından bələd olan yazıçı, "iki tarix" konsepsiyasını ortaya qoyurdu: Rəsmi tarix və "intrahistoria" olaraq adlandırdığı, bilinən tarixin ardındakı, insanların, xalqın ənənəvi həyatının tarixçəsi. Unamunonun əsərlərində, xalq tarixin, əsl milli ənənələrin daşıyıcıları idisə, feodallar, burjua və monarxiya üzvləri isə saxtakar, rəsmi tarixin təmsilçiləri idi.

Unamuno, "intrahistoria" anlayışını ilk dəfə bədii olaraq "Müharibədə sülh" (Paz en la guerra, 1897) əsərində ortaya qoymuşdur. Əsərin adından da göründüyü kimi, müəllif bu əsərində L. Tolstoyun "Müharibə və Sülh" epopeyasından təsirlənmişdir. Qeyd etmək lazımdır ki, Unamuno ömrünün sonuna qədər Tolstoyun fikirlərinə daima müraciət etmişdir. 2-ci Karlist Müharibə dövründə (1873–1876) Bilbaonun karlistlər tərəfindən işğal günlərindən bəsh edən bu əsər müasir ispan ədəbiyatının inkişafında mühüm yer tutur. Unamunonun həmin dövrə 9 yaşında ikən canlı şahid olması artıq uşaq yaşlarından İspaniyanın düşdüyü vəziyətin ağırlığını və ondan çıxış yollarını düşünməyə başladığını deməyə əsas verir. Qardaş qanının axıdılması; öz qanunları ilə yaşayan xalqın ali ispan cəmiyətində baş verən hadisələrdən təcridi əsərin əsas mövzularındandır. Unamuno fəlsəfəsinə görə tarix və "gizli tarix" (intrahistoria) hər addımda qarşı-qarşıya gəlir, yolları kəsişir.

İspan xalqının düşdüyü acınacaqlı vəziyətdən çıxış yolunun sosializmdə olacağına ümid edərək, Unamuno bir müddət K. Marks fikirləriylə yaxından tanış olur. Marksizmin bütün həyati problemlərin kökündə sanki iqtisadiyatın durduğu fikrinə qarşı, o, sosializmdən imtina edir, çünki onun fikrincə problemlərin kökündə daha çox mənəviyat dayanırdı. Bütün bu fikirlərdən sonra onun ədəbi həyatında yeni bir səhifə açılmağa başlanır və "Həyat bir röyadır. İspaniyanın dirçəlişi haqqında mülahizələr" (1898) essesində ilk dəfə bu yöndəki fikirlərini açıqlayır.

Bu dövrlədə Miqel de Unamuno həyata dair şəxsi düşüncələri ilə bağlı mənəvi böhran da yaşamağa, dini, Tanrı inancını sorğulamağa başlayır, hətta intihara doğru sürüklənir, lakin himayəsindəki uşaqları, ailəsini fikirləşərək bu fikrindən daşınır. Əslində, Unamuno inanc burulğanına hələ Madriddə tələbə ikən düşmüş, və həmin mənəvi çalxantılardan aqnostik olaraq çıxmışdı, lakin yaşının 40-a yaxınlaşdığı vaxtlarda yaşadığı həmin böhran onu gah dinə yönəldir, gah da "Tanrı dinsizdir" deyərək dindən uzaqlaşdırırdı. Həmin dövrdə yazdığı məqalələrdə, esselərdə də Unamuno ölümsüzlük, Tanrı, insan iradəsi, özünütəsdiq kimi mövzular işlənmişdir.

Salamankadakı ilk illərində olduqca monoton bir həyat ritmi olsa da, illər keçdikcə, Unamuno əsələrini yayır, fəlsəfi və siyasi düşüncələrini açıqca bəyan edir və beləcə bir çox kəsimin diqqətini üzərinə çəkməyi bacarır, lakin fərdiyətçiliyə olan meyli hərhansı siyasi qrupun içində yer almağa ona imkan vermirdi. Unamunonun siyasi partiyalara məsafəli olması, ətrafındakı insanlar tərəfindən onun bütünləşdirici bir fiqur kimi qəbul edilməsinə səbəb olur. Bəlkə də elə bu səbəbdən, akademiklərdən də güclü dəstək alaraq uzun müddət Salamanka Universitetinin əfsanəvi rektoruna çevrilməyi bacarır.

Salamanka Universitetinin rektoru olduqdan sonra yazdığı "Üç esse" (Tres ensayos), "Hamı bir nəfər" (Todo un hombre), "Mənzərələr" (Paisajes) vs. publisistik əsərlərində, "Sevgi və pedaqogika" (Amor y pedagogía) romanında cəmiyətin tənqidi açıq şəkildə ortaya qoyulmuşdur.

1905-ci ildə, Unamuno, onun ən parlaq fəlsəfi romanlarından biri sayılan "Don Kixot və Sançonun Həyatı" romanını nəşr edir. "Milli İncilimiz" dediyi, Miqel de Servantesin "La Mançalı Don Kixot" romanının müxtəlif bölümlərinə yazdığı fəlsəfi şərhlərlə Servantesin ölümsüz əsərinə olan heyranlığını da ortaya qoymuşdur.

Tənqidçilərin onun romanlarına qarşı üslub baxımından xoş rəylər almadığından xəbərdar olan Miqel de Unamuno, öz romanlarına "nivola" deməyə başlayır və ilk nivolasını 1914-cü ildə yayımlayır. "Duman" adlı əsərində eksiztensialist nöqteyi nəzərini roman qəhrəmanları vasitəsiylə oxuculara çatdıran müəllif, əsərin sonunda özünü də romanın içinə qataraq, oxucularda Tanrıya, insana, həyata, ölümə, ali iradəyə vs dair bir çox sualların yaranmasına səbəb olur.

1917-ci ildə Miqel de Unamuno, digər məşhur əsəri "Abel Sançes" romanını yayımlayır. Abel və Xuakin adlı iki dost arasında baş verən çəkişmə, rəqabət, paxıllıq, ambisiya, hərislik, özünütəsdiq kimi mövzunu, bir çox dinlərdə də mövcud olan "Habil və Qabil" qardaşlarının hekayəsi, xeyir və şərin mübarizəsi, ilə paralelləşdirərək, Unamuno mükəmməl bir əsər ortaya qoymuşdur.

Unamuno öz yaradıcılığına bənzər məsələlər ilə "Tula xala" (Tía Tula) əsərində yenidən müraciət etmiş və bu əsərini 1920-ci ildə yayımlamışdır.[7]

Əsərləri

  • Duman (1914)
  • Abel Sançes: bir iztirabın tarixçəsi (1917)
  • Tulio Montalbán (1920)
  • Tula Xala (1921)
  • Don Sandalio, şahmat oyunçusu (1930)
  • Gizli Gündəlik (1897-ci ildə tamamlansa da, ölümündən sonra 1970-ci ildə dərc edilmişdir)

İstinad

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Miguel de Unamuno // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 5 6 Унамуно Мигель де // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. https://www.buscabiografias.com/biografia/verDetalle/1299/Miguel%20de%20Unamuno.
  5. Çex Milli Hakimiyyət Məlumat bazası.
  6. 1 2 3 4 http://www.congreso.es/portal/page/portal/Congreso/Congreso/Iniciativas?_piref73_2148295_73_1335437_1335437.next_page=/wc/servidorCGI&CMD=VERLST&BASE=DIPH&FMT=DIPHXD1S.fmt&DOCS=1-1&DOCORDER=FIFO&OPDEF=Y&NUM1=&DES1=&QUERY=%28115520%29.NDIP..
  7. 1 2 ""Miqel de Unamuno", Əfqan Xəlilli". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-02.

Read other articles:

Gambar sistem biner Sirius dari Teleskop Hubble, Sirius B tampak dalam gambar (kiri bawah). Bintang biner adalah sistem bintang yang terdiri dari dua komponen bintang yang mengorbit disekitar pusat massa. Sistem yang terdiri dua atau lebih bintang disebut sistem bintang ganda. Sistem ini jika berjarak sangat jauh, maka akan tampak dengan mata telanjang sebagai satu titik cahaya, dan kemudian terungkap sebagai bintang ganda dengan cara lain. Istilah bintang ganda sering digunakan secara sinoni...

 

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (ديسمبر 2015) اس ام اس كروسر كيرفيرستمعلومات عامةفئة السفينة بارجة فئة كونيغ الصراعات الحرب العالمية الأولى البلد المملكة المتحدة تقع في التقسيم الإداري جزر أوركني مقا...

 

Магомедов Магомедхан Магомедовичазерб. Məhəmmədxan MəhəmmədovЗагальна інформаціяГромадянство  Росія АзербайджанНародження 27 січня 1998(1998-01-27) (25 років)Aleksandriyskayad, РосіяСпортКраїна  Росія і  АзербайджанВид спорту вільна боротьбаКоманда Динамо (спортивне товарист...

Cet article est une ébauche concernant le Portugal. Vous pouvez partager vos connaissances en l’améliorant (comment ?) selon les recommandations des projets correspondants. La bibliothèque Joanina. La bibliothèque Joanina (en portugais : Biblioteca Joanina) une bibliothèque baroque située sur le site historique du campus de l'université de l'université de Coimbra, au centre historique de la ville de Coimbra. Construite au XVIIIe siècle sous le règne du roi portugais...

 

1961 Arab Gamesfootball tournamentTournament detailsHost country MoroccoCityCasablancaDates3–10 September 1961Teams6 (from 2 confederations)Venue(s)2 (in 1 host city)Final positionsChampions Morocco (1st title)Runners-up United Arab RepublicThird place LibyaFourth place LebanonTournament statisticsMatches played15Goals scored88 (5.87 per match)Top scorer(s) Moulay Lahcen Zidane(13 goals)← 1957 1965 → International football competition...

 

VR Class Ds1VR Class Ds1 railcar at the Finnish Railway MuseumIn service1928–1955ManufacturerVR Pasilan KonepajaConstructed1928, 1930Number built3Number preserved1 (in the Finnish Railway Museum)Fleet numbers1, 4 and 5Operator(s)VR GroupSpecificationsCar length16.330 m (53 ft 7 in)Wheel diameter960 mm (3 ft 2 in)Weight33.2 tonnes (32.7 long tons; 36.6 short tons)Axle load11.4 tonnes (11.2 long tons; 12.6 short tons)Prime mover(s)DieselPower output90 kW (12...

Winnie WaldronBiographieNationalité américaineActivités Actrice, animatrice de radiomodifier - modifier le code - modifier Wikidata Winnie Waldron est une productrice américaine de radio et de musique de jeux vidéo. Ludographie 2005 : Charlie et la Chocolaterie 2005 : God of War 2006 : Da Vinci Code 2007 : Shrek le troisième 2008 : Speed Racer, le jeu vidéo 2009 : The Maw 2009 : SimAnimals 2009 : Spore Hero 2010 : Le Royaume de Ga'hoole 2012...

 

Esports World FederationAbbreviationESWFFormation2018TypeSports federationHeadquartersManila, PhilippinesOfficial language EnglishPresidentArniel GutierrezMain organGeneral AssemblyWebsitehttps://eswf.games The Esports World Federation (EWSF) is a Philippine-based international organization that serves as an umbrella body for international federations in electronic sports (esports) and digital sports and other game genres across the world. Founded in 2018, the federation's mission is to decla...

 

Taiwan Relations Act Affirmation and Naval Vessel Transfer Act of 2014Long titleTo provide for the transfer of naval vessels to certain foreign countries, and for other purposes.Announced inthe 113th United States CongressSponsored byRep. Edward R. Royce (R, CA-39)Number of co-sponsors1CodificationActs affectedArms Export Control Act, Foreign Assistance Act of 1961, International Emergency Economic Powers Act, Taiwan Relations ActU.S.C. sections affected22 U.S.C. § 2321j,...

New York City Council Member Oswald FelizMember of the New York City Councilfrom the 15th districtIncumbentAssumed office April 15, 2021Preceded byRitchie Torres Personal detailsBorn (1990-10-29) October 29, 1990 (age 33)Political partyDemocraticEducationLehman College (BA)City University of New York (JD) Oswald Feliz (born October 29, 1990) is an American politician and attorney serving as a member of the New York City Council from the 15th district. He assumed office on April 15, 2...

 

2003 US dance drama film by Bille Woodruff HoneyTheatrical release posterDirected byBille WoodruffWritten by Alonzo Brown Kim Watson Produced by Marc Platt Andre Harrell Starring Jessica Alba Mekhi Phifer Joy Bryant Lil' Romeo CinematographyJohn R. LeonettiEdited by Mark Helfrich Emma E. Hickox Music byMervyn WarrenProductioncompanyNuAmerica EntertainmentDistributed byUniversal PicturesRelease date December 5, 2003 (2003-12-05) Running time94 minutesCountryUnited StatesLanguage...

 

2007 single by Bump of ChickenHana no Na花の名Single by Bump of Chickenfrom the album Orbital Period B-sideTokyo SankaReleasedOctober 24, 2007 (2007-10-24)RecordedOctober 24, 2007GenreRockLength9:49LabelToy's FactoryTFCC-89227Songwriter(s)Fujiwara MotooProducer(s)???Bump of Chicken singles chronology Namida no Furusato (2006) Hana no Na花の名 (2007) Mayday (2007) Hana no Na (花の名) is the thirteenth single by Bump of Chicken, released on October 24, 2007. The title tr...

Book by Ernest Hemingway Winner Take Nothing First EditionAuthorErnest HemingwayCountryUnited StatesLanguageEnglishGenreShort storiesPublisherCharles Scribner's SonsPublication date27 October 1933Media typePrint (hardback & paperback)OCLC256703 Winner Take Nothing is a 1933 collection of short stories by Ernest Hemingway. Hemingway's third and final collection of stories, it was published four years after A Farewell to Arms (1929), and a year after his non-fiction book about bullfigh...

 

Dutch politician Hayke VeldmanHayke VeldmanMember of the House of Representatives of the NetherlandsIncumbentAssumed office 25 June 2014In office25 June 2014 – 30 March 2021 Personal detailsBorn (1969-11-05) 5 November 1969 (age 54)Zoetermeer, NetherlandsPolitical partyPeople's Party for Freedom and Democracy Habbo Siebold Hayke Veldman (born 5 November 1969) is a Dutch politician, he was a member of the House of Representatives of the Netherlands for the People's Party fo...

 

United States general This biographical article is written like a résumé. Please help improve it by revising it to be neutral and encyclopedic. (September 2010)This article includes a list of references, related reading, or external links, but its sources remain unclear because it lacks inline citations. Please help to improve this article by introducing more precise citations. (November 2020) (Learn how and when to remove this template message)Brigadier General Michael A. Ryan Brigadier Ge...

Tumbatu IslandTumbatu Island locationTumbatu IslandGeographyLocationIndian OceanCoordinates5°49′07″S 39°13′23″E / 5.81861°S 39.2231°E / -5.81861; 39.2231Total islands3Major islands1Length8 km (5 mi)Width2 km (1.2 mi)Highest elevation12 m (39 ft)Administration TanzaniaRegionUnguja North RegionDemographicsEthnic groupsHadimu and Swahili Tumabatu Island is an island located in Kaskazini A District of Lindi Region in Tanz...

 

Solo musical project of Lindsey Jordan Snail MailLindsey Jordan of Snail Mail performing in 2019Background informationBirth nameLindsey Erin JordanBorn (1999-06-16) June 16, 1999 (age 24)[1]OriginEllicott City, Maryland, U.S.GenresIndie rockYears active2015 (2015)–presentLabelsSister PolygonMatadorWebsitesnailmail.bandMusical artist Snail Mail is the American indie rock solo project of guitarist and singer-songwriter Lindsey Erin Jordan (born June 16, 1999). Originally fro...

 

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Austria–Germany relations – news · newspapers · books · scholar · JSTOR (December 2023) (Learn how and when to remove this template message) This article may require copy editing for grammar, style, cohesion, tone, or spelling. You can assist by editing it. (...

Japanese hentai mangaF³: Frantic, Frustrated & FemaleCover of the DVD release of F³: Frantic, Frustrated & Female嘆きの健康優良児(Nageki no Kenkō Yūryōji)GenreComedy, Futanari, hentai[1] Original video animationDirected byMasakazu AkanWritten byWanyan AgudaStudioAICLicensed byNA: Critical MassSoftCel Pictures (original licensee)Released1994Runtime90 minutesEpisodes3 F³: Frantic, Frustrated & Female (嘆きの健康優良児, Nageki no Kenkō Y...

 

Chinese synchronized swimmer Jiang WenwenJiang Tingting and Jiang Wenwen in 2013Personal informationBorn25 September 1986 (1986-09-25) (age 37)Chengdu, Sichuan, ChinaSportCountry ChinaSportSynchronized swimming Medal record Olympic Games 2012 London Team 2008 Beijing Team World Championships 2009 Rome Free routine combination 2011 Shanghai Team technical routine 2011 Shanghai Duet free routine 2011 Shanghai Team free routine 2013 Barcelona Duet technical routine 2013 Barcelona ...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!