Mikloş Roja

MİKLOŞ ROJA
mac. Rózsa Miklós
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Budapeşt, Avstriya-Macarıstan
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Los-Anceles, Kaliforniya, ABŞ
Dəfn yeri
  • Hollivud-Hillz qəbiristanlığı[d]
Milliyyəti macar
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 1918-1989
Janr klassik musiqi
Təhsili
  • Leypsiq Musiqi və Teatr Universiteti[d] (–1929)[1]
Mükafatları Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı
mrs.miklosrozsa.info
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mikloş Roja (mac. Rózsa Miklós; 18 aprel 1907[2][3][…], Budapeşt, Macarıstan krallığı[d], Avstriya-Macarıstan[4]27 iyul 1995[2][3][…], Los-Anceles, Kaliforniya, ABŞ[4]) — macarABŞ bəstəkarı, bir çox kinofilmlərin musiqisinin müəllifi, "Oskar" (1946, 1948, 1960), "Saturn" (1976, 1980) və "Sezar" (1978) mükafatları laureatı.

Həyatı

Macar əsilli bəstəkar Mikloş Roja 18 aprel 1907-ci ildə anadan olmuşdur. 5 yaşından skripkada ifa etmişdir. 1925-ci ildə Macarıstanı tərk etmişdir. Leypsiq Universitetinə daxil olsa da, tezliklə təhsilini Leypsiq konservatoriyasında almağa qərar verir. Roja orada Hermann Qrabnerin tələbəsi olur. 1927-ci ildə konservatoriyanın tələbəsi olarkən ilk böyük uğuru olan "Opus 1, A String Trio" əsərini bəstələyir[5]. Bundan sonra o, Fransada (1931-1935) və Böyük Britaniyada (1935-1940) yaşayıb yaratmışdır. 1940-cı ildə isə ABŞ-yə köçmüş, 1946-cı ildən Amerika vətəndaşı olmuşdur.

Rojanı Avropada ilk dəfə onun simfonik əsərləri ilə tanıdılar. Lakin artıq 1930-cu illərdən başlayaraq kino musiqisi sahəsində fəaliyyətə başlamışdır. 1940-cı ildə çəkilən "Bağdad oğrusu" filminin uğurundan sonra Roja bir çox Hollivud filmlərinə musiqi yazdı. Ümumi hesabla, Mikloş Roja 100-dən artıq filmə musiqi yazmışdır. "Ovsunlanmış" (1945), "İkili həyat" (1947) və "Ben-Hur" (1959) filmlərinə yazdığı musiqilərə görə nüfuzlu "Oskar" mükafatına layiq görülmüşdür. Rojanın musiqi yazdığı filmlər sırasında "İkiqat sığorta", "İtirilmiş həftəsonu", "Qatillər", "Asfalt cəngəllik" kimi filmlər də var.

Roja bütün həyatı boyu bir çox akademik musiqilər də yazmışdır. Onun musiqinin bu sahəsində bəstələdiyi ən məşhur əsərlər "Skripka və orkestr üçün konsert" (1954) və "Violonçel və orkestr üçün konsert" (1968) hesab olunur.

Mikloş Roja 27 iyul 1995-ci ildə Los-Ancelesdə vəfat etmişdir.

Filmoqrafiya

  1. Bağdad oğrusu (film, 1940) / The Thief of Bagdad
  2. İtirilmiş həftəsonu (film, 1945) / The Lost Weekend
  3. Yaşamaq yanğısı (film, 1956) / Lust for Life
  4. Ben-Hur (film, 1959) / Ben-Hur

İstinadlar

  1. 1 2 http://www.origo.hu/kultura/figaro/20160418-rozsa-miklos.html.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Miklós Rózsa // filmportal.de. 2005.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118603523 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. "TIME AFTER TIME: THE LIFE OF MIKLOS ROZSA". 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-23.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!