Keçmiş adı Kötüklü olmuşdur. Kəndin yeri əvvəllər meşəlik olmuş, XIX əsrdə mikayıllı nəslinə mənsub ailələr meşənin ağaclarını qıraraq, kötükləri çıxarmış və burada kənd salmışlar. Ona görə də bu kəndə əvvəlcə Kötüklü, sonra isə Mikayıllı adı verilmişdir.[mənbə göstərin]