Mişel Fransua Platini (fr.Michel François Platini; 21 iyun1955[1][2][…], Jyof[d]) — Fransa futbolçusu, məşqçi və futbol məmuru. 1984-cü il Avropa çempionatının qalibi. "France Football" dərgisinin versiyasına görə XX əsrdə ən yaxşı fransız futbolçu. Yeganə futbolçudur ki, 3 dəfə ardıcıl "Qızıl top" (1983, 1984 və 1985) mükafatının qalibi olmuşdur.
Mişel Fransua Platini 1955-ci il iyunun 21-də Fransanın Lotaringiya əyalətinin Jyof şəhərində anadan olub. Öz dövrünün ən istedadlı futbolçularından hesab edilir.
Klub karyerası
"Nansi" (Fransa, 1973–1979) – 175 oyun, 98 qol
"Sent-Etyen" (Fransa, 1979–1982) – 107 oyun, 58 qol
"Yuventus" (İtaliya, 1982–1987) – 147 oyun, 68 qol
Yığma komanda
Fransa milli futbol komandasının heyətində 72 oyun keçirib, 41 qol vurub.
Titulları
Fransa kubokunun qalibi – 1978
Fransa çempionu – 1981
Fransa kubokunun finalçısı – 1981, 1982
İtaliya kubokunun qalibi – 1983
İtaliya çempionu – 1984, 1986
Kuboklar Kubokunun qalibi – 1984
Avropa Superkubokunun qalibi – 1984
Avropa çempionu – 1984
Çempionlar Kubokunun qalibi – 1985
Qitələrarası kubokun qalibi – 1985
Dünya çempionatının bürünc mükafatçısı – 1986
Avropanın ən yaxşı futbolçusu – 1983, 1984, 1985
Kavaler ordeninin Fəxri legionu – Şevalye (1985), Zabit (1988)
1984-cü ildə keçirilən Avropa çempionatının bombardiri (9 qol) olub.
1983, 1984 və 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl top"a yiyələnib
Məşqçi karyerası
Fransa milli yığma komandasının baş məşqçisi – 1988–1992
Mişel Platini Fernando Sastre ilə birlikdə 1998-ci ildə Fransada keçirilən dünya çempionatının təşkilat komitəsinə rəhbərlik edib. O, 1988–1990-cı illərdə UEFA-nın texniki inkişaf komitəsində çalışıb. 2002-ci ildən UEFA-nın və FİFA-nın İcrayə Komitəsinin üzvü olub. Bu illər ərzində Platini UEFA və FİFA-da müxtəlif rəhbər vəzifələrdə işləyib. 2006-cı ildə FİFA-nın Texniki-Tərəqqi Komitəsinin sədri və Fransa Futbol Federasiyasının vitse-prezidenti vəzifələrində çalışıb.
Mişel Platini 2007-ci il yanvarın 26-da UEFA-nın Düsseldorf şəhərində keçirilən konfransında UEFA prezidenti seçilib. O, eyni zamanda FİFA-nın vitse-prezidentidir.