Marko Van Basten 31 oktyabr 1961-ci ildə Utrext şəhərində anadan olmuşdur. Markonun atası Yol, 50-ci illərdə tanınmış futbolçu olub. Anası Lenni Van Der Borq isə gimnastika ilə məşğul olub. Gələcəyin futbol ulduzu 7 yaşında yerli EDO komandasında futbol öyrənməyə başlayıb. Bir il sonra Marko UVV komandasına keçir. Daha sonra Marko USV klubuna keçir.
Markonun 13 yaşı olanda o, RotterdamınFeyenoord klubunun skautlarının diqqətini cəlb edir və o Rotterdama dəvət edilir. Ancaq Markonun atası Yol, 13 yaşlı oğlunun başqa şəhərə getməsinə razılıq vermir. Bir il sonra 1978-ci ildə Van Basten ciddi zədələnir və həkimlər onun futbol oynamasını qadağan edirlər.
"Ayaks"
1981-ci ildə Van Basten AmsterdamınAyaks klubuna keçir və 3 aprel 1982-ci ildə, Ayaks ilə NEK oyununun 46-cı dəqiqəsində, əfsanəvi Yohan Kroyfu əvəz edərək "yəhudi"lərin heyətində debut edir. Bu oyunda komandasının vurduğu 5 qoldan birinə imza atan Marko Van Basten[4], peşəkar karyerasının debut oyununda vurduğu qol ilə yadda qalır. Ayaksın heyətində 6 mövsumdə meydana çıxdığı 133 oyuna 128 qol vurur. Bu illərdə Van Basten ardıcıl 4 dəfə Niderland çempionatının bombardiri olur.
"Milan"
19 noyabr 1986-cı ildə, Amsterdam restoranlarının birində Van Basten və Ruud QullitinSilvio Berluskoni ilə şam yeməyi baş tutur. Dövrunun ən uğurlu iş adamlarından biri olan Berluskoni hər iki futrbolçunu Milana keçməyə razı salır. 30 iyun 1987-ci ildə futbolçu Ayaks ilə vidalaşır və Milan Van Bastenə görə Ayaks klubuna 1 milyon ABŞdolları ödəyir. Futbolçu Milanda ilk mövsumdə 11 oyuna 2 dəfə fərqlənir. Bu qollardan birini Milanın çempionluq yarışında əsas rəqibi, Maradonalı Napolinin qapısına vurur. Furbolçu Milanda 8 mövsumdə ümumilikdə 147 oyunda 90 dəfə fərqlənir. Milanın heyətində 2 dəfə "Seria A"-nın bombardiri olur. Van Basten Milanda oynayarkən şəxsi 13, klub ilə isə 14 titul qazanır. Futboçu bu dövrdə 3 dəfə qızıl top qazanır. Ancaq hər şeyin əla getdiyi dövrdə, futbolçunun köhnə zədəsi təkrar üzə çıxır və 1992-ci ildən onun oynamasında problemlər yaranır. Ancaq Milan klubu onunla müqaviləni 2.5 illik uzadır. 30 iyun 1995-ci ildə onun klub ilə müqaviləsi bitsədə, Berluskoninin istəyi ilə ona məvacibi bir neçə ay ödənilir. Milan azarkeşləri onun geri qayıdacağına ümid eləslərdə, 17 avqust 1996-cı ildə Van Basten futbolçu karyerasını bitirdiyini açıqlayır. Van Bastenin Milanla son oyunu 26 may 1993-cü ildə baş tutur.
Milli karyerası
Van Bastenin Niderland Milli komandasında debutu 1983-cü ilin yayında baş tutub. Niderland millisi ilə 1988-ci ildə Avropa Çempionatının qalibi olur. Onun "AÇ-88" finalında SSRİ millisinə vurduğu qol turnir tarixinin ən gözəl qollarından biri sayılır.
Oyun Stili
Van Basten akrobatik qolları ilə tanınırdı.
Məşqçilik karyerası
Karyerasını bitirdikdən sonra müxtəlif klublarda və Niderland millisində məşqçi kimi çalışıb.
FİFA
2017-ci ildə Van Basten futbol qaydalarında bəzi dəyişikliklərin edilməsi təklifi ilə çıxış edir. Ancaq bunlar qəbul edilmir.
2018-ci ilin martında Van Basten İran futbolunun 100 illiyinin qeyd edilməsi tədbiri ilə əlaqədar olaraq, FİFA prezidenti ilə birlikdə İrana səfərə yollanır. İran prezdienti Həsən Ruhani və İran Futbol Federasiyası prezdienti ilə göruşdə Van Basten İranda qadınların stadiona buraxılması qadağasının aradan qaldırılması təklifini verir.