Utrext — Niderland Krallığının mərkəzində yerləşən Utrext əyalətinin paytaxtı. Niderland Krallığının dördüncü ən böyük şəhəri olsa da, Amsterdamdan sonra Niderland Krallığının mədəni tədbirlərin ən çox keçirildiyi ikinci şəhəridir.[4]
Əhalisi
2007-ci ilə olan məlumata görə əhalisi 300 030 nəfər olmuşdur.[4]
Turizm
Bu şəhəri "Avropaya açılan qapı" adlandırırlar.[4]
Şəhərin əsas xüsusiyyətləri çoxsaylı körpülər, əvvəllər anbar rolunu oynayan bir-birinə birləşmiş evlər və ikiyaruslu kanallardır. Hal-hazırda birinci yarusun terrasları restoran, kafe, kanalın özü isə əyləncəli gəzinti üçün fəaliyyət göstərir.[4]
Orta əsrlər şəhəri olan Utrext tarixi abidələri və qədim kilsələri ilə məşhurdur.[4]
Tarixi
Utrext qədim universitet şəhəridir. Burada 1636-cı ildə yaradılmış Utrext Universiteti yerləşir.
İstinadlar