Melani Martines[1][2] amerikalı müğənni-mahnı yazarıdır. Martines 2012-ci ildə ABŞ televiziya şousu The Voice istedad yarışmasına qatılmış və Adam komandasının üzvü olmuşdur. Yarışmanın beşinci həftəsində kənaraşdırıldıqdan sonra o, müstəqil şəkildə öz orijinal musiqisi üzərində işləməyə başlayıb.[3] O, 2014-cü ildə "Dollhouse" minialbomunu buraxıb. Mini-albomda yer alan "Carousel" treki "American Horror Story: Freak Show"[4] serialının treylerində nümayiş edilib. Martines 2015-ci ildə buraxdığı ilk albomu olan "Cry Baby" ilə daha çox uğur qazanmışdır.[5]