Meksika 2018 Qış Olimpiya Oyunlarında xizəklə yürüş olmaqla 3 idman növündə 4 idmançı ilə təmsil olunacaqdır.
Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il[1] reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər[2]. Top-500 daxil olmayan ölkələrin idmançıları "B" kateqoriyasında iştirak edirlər[2]. Nəticələrə əsasən Meksika "A" kateqoriyası üzrə 1 qadın və "B" kateqoriyası üzrə 1 kişi idmançı ilə təmsil olunacaqdır[3]. Kişilər
Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il[4] reytinqinə əsasən iştirak edə bilər. "A" kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır[5]. Bununla belə MOK-ləri "B" kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər[5]. Təsnifata əasən Meksika "B" kateqoriyası üzrə bir kişi idmançı ilə təmsil olunmaq hüququ əldə etmişdir. Ölkəni təmsil etmək hüququ Xerman Madrasoya məxsusdur[6].
Kecən dəfəki olimpiya yarışmaları ilə müayisədə hafpaype və sloupstylda dəyişiklik baş vermişdir. İndi fristaylçılar artıq üç cəhd etmək hüququ əldə edirlər[7][8]. Əvvəl kimi idmançı göstərdiyi ən yaxşı nəticəyə yarışda iştirak edir. Təsnifat mərhələsində idmançılar Beynəlxalq xizək idmanı Federasiyasının 21 yanvar 2018-ci il[9] reytinqinə əsasən yarışmada iştirak edirlər. Hər idman növü üçün ayrıca qaydalar mövcuddur[10]. Təsnifat turunujn nəticəsinə görə Meksika yarışmada 1 idmançı ilə təmsil olunmaq hüququ əldə etmişdir[11]