Marvelin yüksəlişi: Gizli döyüşçülər- Marvel tərəfindən hazırlanmış super qəhrəmanlar haqqında cizgi filmi. Baş rolunda Hörümçək-qadın (digər adı- Ruh Hörümçək),Sincab Qız, Patriot kimi super qəhrəmanları vardır.[1] Film 2018-ci ildə bir müddət təxirə salındı və gələcəkdə Marvel Animasiya Studiyası tərəfindən hazırlanacaq.[2]
Gizli döyüşçülər Marvelin yüksəlişikimi böyük bir layihənin tərkib hissəsidir.[3] O Hörümçək Qven və onun yeni şəxsiyyəti Ruh Hörümçək haqqında qısa seriyalardan ibarət olacaq.