Mariya Tek

Mariya Tek
ing. Victoria Mary Augusta Louise Olga Pauline Claudine Agnes of Teck
Şəxsi məlumatlar
Doğum adı Princess Victoria Mary Augusta Louise Olga Pauline Claudine Agnes of Teck
Doğum tarixi 26 may 1867(1867-05-26)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 mart 1953(1953-03-24)[1][2][…] (85 yaşında)
Vəfat yeri
  • Marlboro-haus[d]
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
  • Müqəddəs Corc kilsəsi[d]
Həyat yoldaşı
Uşaqları

Təltifləri Kral Qırmızı Xaç "Britaniya imperiyası" ordeni daması Dame Grand Cross of the Royal Victorian Order Order of the Crown of India Order of Saint John Knight Grand Commander of the Order of the Indian Empire Dame Grand Cross of the Order of Saint John Müqəddəs Sava ordeni "Rumıniya Ulduzu" ordeni Order of Louise Grand Cross of the Order of the Crown (Romania) Order of Saints Olga and Sophia "Fəxri legion" ordeninin Böyük xaçı Royal Order of Victoria and Albert Royal Family Order of King Edward VII Royal Family Order of George VI Royal Family Order of Elizabeth II "Qiymətli tac" ordeni Order of the Virtues Order of the Queen of Sheba Order of the Star of Ethiopia Royal Victorian Chain Order of Aftab
Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mariya Tek (ing. Mary of Teck ; kraliça Mariya, ing. Queen Mary, tam adı — Victoria Mary Augusta Louise Olga Pauline Claudine Agnes — Viktoriya Mariya Avqusta Luiza Olqa Paulina Klodina Aqnessa; 26 may 1867 – 24 mart 1953) — kral V Georqun həyat yoldaşı, krallar VIII EduardVI Georqun anası. O həmçinin Hindistanın imperatriçası və İrlandiyanın kraliçası olub (1910-cu ildən).

Ümumi məlumat

Mariyanın atası, şahzadə Frans, alman knyaz ailəsinin nümayəndəsi idi. Anadan olandan " şahzadə Mey " İngiltərə ilə sıx bağlı olub. O Londonda dünyaya gəlib, onun anası Böyük Britaniya kralı III Georqun nəvəsi, Kembric hersoqu Adolf Frederikin qızı olub.

1891-ci ildə o kraliça Viktoriyanın böyük nəvəsi Albert Viktorla nişanlanır. Ancaq toya ay yarım qalmış 1892-ci ilin yanvarında Albert qripdən qəflətən vəfat edir. Yas mərasimlərində onun Albertin kiçik qardaşı Georqla yaxın münasibətləri yaranır və onlar növbəti il evlənirlər. Əri taxta çıxana qədər isə o Uels şahzadəsi və Kornuol hersoginyası (1901–1910) və York hersoginyası (1893–1901) titullarını daşıyırdı.

Onun şərəfinə gəmilər adlandırılmışlar: Queen Mary, Queen Mary 2 gəmiləri və Queen Mary freqatı.

Övladları

Mariya tek və V Georqun övladları:

  • VIII Eduard (23 iyun 1894 – 28 may 1972), Uollia Simpsonla kəbindən sonra taxt-tacdan əl çəkib.
  • VI Georq (14 dekabr 1895 – 6 fevral 1952), 1936–1952-ci il tarixdə Böyük Britaniyanın kralı, 1923-cüildə Yelizaveta Bouz-Layonla evləndi.
  • Şahzadə Matiya (25 aprel 1897 – 28 mart 1965).
  • Hersoq Qenri (31 mart 1900 – 10 iyun 1974).
  • Georq (20 dekabr 1902 – 25 avqust 1942).
  • Con (12 iyul 1905 – 18 yanvar 1919), epilepsiyadan vəfat edib.

İstinadlar

  1. 1 2 Mary of Teck // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Lundy D. R. Mary Prinzessin von Teck // The Peerage (ing.).
  3. 1 2 3 4 5 Kindred Britain.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!