Marianna Viktoriya (isp. Mariana Victoria de Borbón; port. Mariana Vitória) (31 mart 1718[1], Madrid – 15 yanvar 1781[1][2], Ajuda sarayı[d]) — Portuqaliya kralı I Jozefin xanımı.
Atası İspaniya kralı V Filipp, anası isə onun ikinci xanımı Elizabet Farnesidir. Hələ 7 yaşında ikən Fransa kralı XV Lüdoviklə nişanlansa da, yaş etibarilə bu evlilik baş tutmadı. 1729-cu ildə Portuqaliya kralı V Conun varisi İnfant Jozeflə evləndirildi. Ərinin ömrünün son illərində və ardından taxta çıxan qızı Mariyaya naibə olaraq xidmət etdi.