Manqa

Manqa
"Manqa" sözünün kanci ilə yazılışı. 1798-ci ildə Santo KyodenKitao Şiqemasa tərəfindən yazılmış "Mövsümi gedən-gələnlər" kitabından.
NəşriyyatlarShueisha • Kodansha • Shogakukan • Square Enix • siyahı
NəşrlərWeekly Shōnen Jump • Weekly Shōnen Magazine • CoroCoro Comic • Monthly Shōnen Magazine • Weekly Young Magazine • Weekly Young Jump • Ciao • siyahı
SeriyalarDoraemon • One Piece • Dragon Ball • Naruto • Golgo 13 • Black Jack • Kochira Katsushika-ku Kameari Kōen-mae Hashutsujo • Case Closed • Crayon Shin-chan • Oishinbo • Slam Dunk • siyahılar
Dilləryapon
Əlaqəli məqalələr

Manqa (漫画, マンガ?) və ya kommiku (コミック?)Yaponiyada və ya yapon dilində istehsal olunan komikslər. Müasir manqaların stili XIX əsrin sonlarında ortaya çıxmışdır.[1] Manqaların uzun və mürəkkəb tarixi var.[2]

Yaponiyada "manqa" termini (kanci: yap. 漫画; hiraqana: yap. まんが; katakana: yap. マンガ; qulaq as) həm komiksləri, həm də karikaturaları bildirmək üçün işlədilir. Yaponiyadan xaricdə isə bu termindən Yaponiyada istehsal olunan komikslər üçün istifadə olunur.[3]

Yaponiyada hər yaşdan insan manqa oxuyur. Buna görə manqalar müxtəlif janrlarda və mövzularda ola bilər: döyüş-macəra, biznes və maliyyə, komediya, detektiv, tarixi, qorxu, romantika, elmi fantastikafentezi, cinsəllik, idman və s. Manqaların çoxu digər dillərə tərcümə olunur. 1950-ci illərdən başlayaraq manqalar Yaponiya nəşriyyat sənayesinin başlıca sahəsinə çevrilmişdir.[4] 2007-ci ilin məlumatına görə Yaponiyada manqa bazarının həcmi 406 milyard ¥, 2009-cu ildə isə 420 milyard ¥ təşkil etmişdir.[5] Manqaların ancaq Yaponiyada deyil, digər ölkələrdə də böyük oxuyucu kütləsi var.[6] 2012-ci ildə AvropadaOrta Şərqdə manqa bazarının həcmi 250 milyon $ ilə ölçülmüşdür.[7] 2008-ci ildə ABŞKanadada manqa bazarının həcmi 175 milyon $ təşkil etmişdir. Manqalar əsasən ağ-qara nəşr olunur.[8] Lakin rəngli manqalar da mövcuddur (məsələn, "Colorful"). Manqalar adətən böyük manqa jurnallarında serializasiya olunur. Əgər manqa uğur qazanarsa, fəsilləri toplanaraq tankobon cildlər şəklində buraxılır.[9] Manqa üzərində işləyən sənətçiyə manqaka deyilir. Manqaka əsasən bir neçə köməkçi ilə birlikdə işləyir və bir nəşriyyata bağlı olur.[10] Əgər manqa kifayət qədər populyarlıq əldə edərsə, əsasında anime serialı çəkilə bilər. Bu hətta manqanın serializasiyası zamanı da baş verə bilər.[11] Manqalar əsasında bəzən bədii filmlər və anime filmləri də çəkilə bilər.[12]

Manqalar Yaponiyaya yaxın ölkələrin komiks mədəniyyətlərinə də təsir etmişdir. Bu ölkələrə Çin, Honkonq, Tayvan ("manhua") və Cənubi Koreya ("manhva") aiddir.[13][14]

Etimologiya

"Manqa" sözünün yapon dilindəki qarşılığı 漫画 kanciləri ilə ifadə edilir.[15] Bu sözün birinci kancisi 漫 (man) "şıltaq və ya hazırlıqsız" mənasını, ikinci kancisi 画 (ga) isə "şəkillər" mənasını verir.[16]

"Manqa" sözü Santo Kyodennin "Shiji no yukikai" şəkilli kitabının (1798) çap olunmasında sonra[17][18] XVIII əsrdə[19] və Aykava Minvanın "Manga hyakujo" (1814) əsərinin və məşhur ukiyo-e rəssamı Katsuşika Hokusayın eskizlərindən ibarət məşhur "Hokusai Manga" kitablarının (1814–1834) nəşr olunmasından sonra XIX əsrin əvvəllərində geniş şəkildə istifadə olunmağa başlamışdır.[20] Sözdən müasir mənası ilə ilk dəfə Rakuten Kitazava (1876–1955) istifadə etmişdir.[21]

İlk dəfə, bu sözü "karikatura" mənasında gec Meyci dövründə (1868-1912) iştətməyə başladılar.[22] Müasir yapon dilində "manqa" sözü bütün komiks, karikatura və animasiya növləri üçün istifadə olunur. Xarici ölkələrdə "manqa" sözü əsasən "Yaponiya komiksləri" mənasında işlədilir. Animasiya rəsmlərindən istifadə edilərək istehsal olunmuş komiksləri təsvir etmək üçün "ani-manqa" terminindən istifadə olunur.[23]

Tarix

Müasir manqaların tarixi Yaponiyanın işğal dövründə (1945-1952) və işğaldan sonrakı illərdə (1952-1960-cı illərin əvvəlləri) formalaşmışdır.

Manqa tarixçiləri müasir manqaların yaranması prosesində iki amili qeyd edirlər. Birinci amil ABŞ-nin Yaponiya işğalı illərində (1946-1952) ABŞ-nin mədəni təsirləridir. Bu dövrdə hərbçilər tərəfindən Yaponiyaya gətirilmiş ABŞ televiziya, film və karikatura şəkilləri və mövzuları (xüsusilə Disney) manqaların formalaşması prosesinə təsir etmişdir. Frederik Şodt, Kinko İto və Adam Kern kimi yazıçılar tərəfindən dəstəklənən baxış isə Yaponiyanın mədəni və estetik ənənələrinin (müharibədən öncə, Meyci dövrü və Meyci dövründən əvvəl mədəniyyət və incəsənət) təsirlərini vurğulayır.

Manqa sənətinin inkişafının ən sürətli inkişafı müharibədən sonrakı dövrə təsadüf edir. Xüsusilə, Osamu Tezuka ("Astro Boy") və Maçiko Haseqava ("Sazae-san") kimi manqakalar bu dövrün ən parlaq simalarıdır. "Astro Boy" Yaponiyada böyük populyarlıq əldə etmişdir. "Sazae-san" yonkomasının anime adaptasiyası isə 1969-cu ildən fasiləsiz yayımlanmaqdadır. Tezuka və Haseqava manqa stilində yeniliklər gətirmişdilər.

Xüsusiyyətlər

Yaponiyada hər yaşdan insan manqa oxuyur,[24] ona həm təsviri incəsənət, həm də bədii ədəbiyyat nümunəsi kimi ehtiram göstərirlər, buna görə də ən müxtəlif janrlarda və müxtəlif mövzulara aid çoxlu sayda manqalar mövcuddur: macəra, romantika, idman, tarix, yumor, elmi fantastika, dəhşət, erotika, biznes və s.[24] Demək olar ki, bütün manqalar ağ-qara çəkilir, hərçənd az miqdarda rəngli manqalar da var. Populyar manqalar, xüsusilə uzun manqa seriyaları (bəzən bitməyən) əsasında anime çəkilir.

Yaponiyada nəşriyyat məhsularının 1/4-ni manqalar təşkil edir. Demək olar ki bütün Yaponiya nəşriyyat evləri manqa dərc edir. Qərb komikslərinin təsiri altında inkişaf etməsinə baxmayaraq manqalar qrafik və bədii cəhətdən onlardan kəskin fərqlənir. İlk dəfə Osamu Tezukanın "böyük gözlər" stilində" çəkdiyi baş qız qəhrəmanlar, sonradan digər bütün manqalara təsirsiz ötüşməyib və böyük gözlər yapon manqasının fərqləndirici cəhətlərindən birinə çevrilmişdir.

Digər ən mühüm cəhət manqaların sağdan sola oxunmasıdır, səbəb isə yapon məktublarında heroqlif sütunlarının məhz belə yazılmasıdır.

Yerliləşdirmə

ABŞ-də bir çox rəssamlar manqa stilində komikskarikatura çəkmişdirlər. İlk belə komiks nümunələrini ABŞ komiksçisi Vernon Qrant Yaponiyada yaşayarkən 1960-cı illərin sonlarında və 1970-ci illərin əvvəllərində yaratmışdır.[25] Manqa stilində çəkilmiş ən tanınmış ABŞ komiksləri Frank Millerin "Ronin" komiksi (1980-ci illərin ortaları), Adam Uorren və Toren Smitin "The Dirty Pair" komiksi (1988),[26] Ben Dunnun "Ninja High School" komiksi (1987) və Uilyam Tukkinin "Manga Shi 2000" (1997) komiksidir.

XXI əsrdə ABŞ-də manqa istehsalı sürətlənmişdir.[27] 2002-ci ildə I.C. Entertainment ABŞ rəssamları tərəfindən istehsal olunan amerimanqaları nəşr etməyə başlamışdır.[28] 2004-cü ildə eigoMANGA "Rumble Pak""Sakura Pakk" antologiya seriyalarını nəşr etmişdir. Manqa stilində çəkilmiş bu cür ABŞ komiksləri əsasən orijinal ingilisdilli manqa (OİD manqa) adı ilə tanınır.[29][30]

Fransa komiksçiləri manqa stilində komikslərin bir neçə versiyası yaratmışdırlar (manfra). Bunlardan biri banisi Frederik Bale olan novella manqadır. Bale FransaYaponiyada işləmiş, Yaponiya manqakaları ilə əməkdaşlıq etmişdir.[31]

Mükafatlar

Yaponiya manqa sənayesində bir çox mükafatlar təsis olunub. Mükafatların böyük hissəsi nəşriyyatların sponsorluğu ilə verilir. Bu cür mükafatlara nümunələr:

2007-ci ilin mayından Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Manqa Mükafatı verilir.[32]

Ədəbiyyat

İstinadlar

  1. Lent, 2001. səh. 3–4, Gravett, 2004. səh. 8
  2. Kern, 2006, Ito, 2005, Schodt, 1986
  3. Merriam-Webster, 2009
  4. Kinsella, 2000, Schodt, 1996
  5. Saira Syed. "Comic giants battle for readers". BBC News. BBC. 18 August 2011. 22 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2016.
  6. Wong, 2006, Patten, 2004
  7. Danica Davidson. "Manga grows in the heart of Europe". Geek Out! CNN. Turner Broadcasting System, Inc. 26 January 2012. 24 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2016.
  8. Katzenstein, Shiraishi, 1997
  9. Gravett, 2004. səh. 8, Schodt, 1986
  10. Kinsella, 2000
  11. Kittelson, 1998
  12. Johnston-O'Neill, 2007
  13. Webb, 2006
  14. Wong, 2002
  15. Rousmaniere, 2001. səh. 54, Thompson, 2007. səh. xvi, Prohl, Nelson, 2012. səh. 596,Fukushima, 2013. səh. 19
  16. Webb, 2006,Thompson, 2007. səh. xvi,Onoda, 2009. səh. 10,Petersen, 2011. səh. 120
  17. "Santō Kyōden's picturebooks". 2016-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-10.
  18. "Shiji no yukikai(Japanese National Diet Library)". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-10.
  19. Prohl, Nelson, 2012. səh. 596,McCarthy, 2014. səh. 6
  20. Bouquillard, Marquet, 2007
  21. Shimizu, 1985. səh. 53–54, 102–103
  22. Rei Okamoto Inouye Theorizing Manga: Nationalism and Discourse on the Role of Wartime Manga Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine, Mechademia, Vol. 4, War/Time (2009), pp. 20-37 (p. 21)
  23. "Inu Yasha Ani-MangaGraphic Novels". Animecornerstore.com. 1999-11-01. 4 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-01.
  24. 1 2 Gravett, Paul «Manga: Sixty Years of Japanese Comics». «Harper Design», 2004. — 8 s. ISBN 1-85669-391-0
  25. Stewart, 1984
  26. Crandol, 2002
  27. Tai, 2007
  28. ANN, 2002
  29. ANN, 10 May 2006
  30. ANN, 5 May 2006
  31. Boilet, 2001, Boilet, Takahama, 2004
  32. ANN, 2007, Ministry of Foreign Affairs of Japan, 2007

Xarici keçidlər

Read other articles:

Pour les articles homonymes, voir Allard et Jean-François Allard. Jean-François AllardFonctionsMaire d'Angers1771-1777Juge consulaire (d)Angersà partir de 1760BiographieNaissance 18 décembre 1724Château-du-LoirDécès 8 mai 1787 (à 62 ans)BouchemaineActivité Homme politiqueParentèle Jean Allard de GrandmaisonAutres informationsPropriétaire de Hôtel Allard (d)modifier - modifier le code - modifier Wikidata Jean-François Allard, sieur du Haut-Plessis, né le 18 décembre 1724 à...

 

JTG

JTG JTG em 2009. Informações pessoais Nascimento 10 de dezembro de 1984 (38 anos)[1]Harlem, Nova Iorque, New York Residência Louisville, Kentucky Carreira na luta livre profissional Nome(s)de ringue (The) Neighborhoodie[1]JTG[1]Jay-TG[1] Alturaanunciada 6 ft 2 in (1,88 m)[2] Pesoanunciado 232 lb (105 kg) Anunciadode Brooklyn, New York[2] Treinadopor OVW Estreia 2002[1] Jayson Anthony Paul[3] (Louisville, 10 de dezembro de 1984)[1] é um lutador ...

 

Placa que conmemora a las víctimas de la masacre en la calle Bracka Masacre en la calle Bracka en Varsovia fue una serie de asesinatos, incendios y otras violaciones graves del derecho internacional humanitario cometidos por soldados de la Wehrmacht alemana durante los intentos de desbloquear el tramo de Aleje Jerozolimskie, mantenido por los insurgentes de Varsovia. Durante los combates del 3-4 de agosto de 1944, los soldados del 4º Regimiento de Granaderos de Prusia Oriental utilizaron re...

Tetapan gravitasi G merupakan kunci hukum gravitasi universal Newton. Templat:Konstanta matematika Tetapan gravitasi disimbolkan dengan huruf G, merupakan sebuah tetapan empiris yang digunakan dalam perhitungan gaya gravitasi yang terjadi antara dua benda. Tetapan ini umumnya muncul dalam hukum gravitasi universal Newton dan teori relativitas Einstein. Tetapan ini sering juga disebut tetapan gravitasi umum atau tetapan Newton dan disimbolkan dengan G besar.[1] G Besar tidak sama denga...

 

Kaizer Chiefs Généralités Nom complet Kaizer Chiefs Football Club Surnoms Amakhosi (Les Chefs)[1] Glamour Boys Fondation 7 janvier 1970 Statut professionnel Professionnel Couleurs orange et noir Stade Rand Stadium (en)(25 000 places)Soccer City Stadium (94 700 places) Siège 5/6 Lena Road,Lenaron, Naturena Championnat actuel ABSA Premiership Président Bheki Shongwe Entraîneur Cavin Johnson Site web http://www.kaizerchiefs.com/kc_home.asp Palmarès principal National[2] Pre...

 

Human settlement in the United KingdomSulbyManx: SulbySulby Methodist Church, A14 Sulby CrossroadsSulbyLocation within the Isle of ManPopulation(2006 Census)OS grid referenceSC380944ParishLezayreSheadingAyreCrown dependencyIsle of ManPost townISLE OF MANPostcode districtIM7Dialling code01624PoliceIsle of ManFireIsle of ManAmbulanceIsle of Man House of KeysAyre List of places Isle of Man 54°19′08″N 4°29′24″W / 54.319°N 4.490°W...

Scientific study of the Earth's spheres and their natural integrated systems An ecological analysis of CO2 in an ecosystem. As systems biology, systems ecology seeks a holistic view of the interactions and transactions within and between biological and ecological systems. Earth system science (ESS) is the application of systems science to the Earth.[1][2][3][4] In particular, it considers interactions and 'feedbacks', through material and energy fluxes, between...

 

British attack on Dammam, 19th century Attack on DammamFort of DammamDate3-4 February 1866LocationDammamResult Saudi victoryBelligerents  United Kingdom Emirate of NejdCommanders and leaders Lieutenant Long Abdullah bin Faisal Al SaudStrength 1 ship UnknownCasualties and losses 3 killed5 wounded Unknown The Attack on Dammam was an 1866 military action by the British ship to destroy the fort in Dammam held by the Saudis; the attack, however, failed. Background In late 1865, the Saudis inv...

 

Là một mô hình kinh doanh kinh điển do Nhóm nghiên cứu Boston (BCG đưa ra nhằm xác định chu trình sống của một sản phẩm. Chu trình này được thể hiện bằng một ô hình chữ nhật có 4 phần; được biết đến dưới những cái tên nổi tiếng như BCG matrix (hay B.C.G. analysis, BCG-matrix, Boston Box, Boston Matrix). Ma trận này được đưa ra lần đầu bởi Bruce Henderson của Boston Consulting Group vào năm 1970 nh...

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (أكتوبر 2020) Journal of Educational Psychology عنوان مختصر (أيزو 4) J. Educ. Psychol. الموضوع علم النفس التربوي اللغة إنكليزية المحررون Steve Graham تفاصيل النشر الناشر جمعية علم النفس الأمريكية (...

 

2014 American supernatural horror film AnnabelleTheatrical release posterDirected byJohn R. LeonettiWritten byGary DaubermanProduced by Peter Safran James Wan Starring Annabelle Wallis Ward Horton Alfre Woodard CinematographyJames KniestEdited byTom ElkinsMusic byJoseph BisharaProductioncompanies New Line Cinema RatPac-Dune Entertainment Atomic Monster The Safran Company Distributed byWarner Bros. PicturesRelease dates September 29, 2014 (2014-09-29) (TCL Chinese Theatre) O...

 

Fictional character, mother of Bruce Wayne (Batman) Comics character Martha WayneMartha Wayne in Detective Comics #853(June 2009). Art by Andy Kubert.Publication informationPublisherDC ComicsFirst appearanceDetective Comics #33 (November 1939)Created byBill Finger (writer)Gardner Fox (writer)Bob Kane (artist)Jerry Robinson (artist)[1]In-story informationFull nameMartha KaneSupporting character ofThomas Wayne (husband)Bruce Wayne (son)Damian Wayne (grandson)Helena Wayne (granddaughter)...

Indian film director Duniya SuriSuri writing a script in 2017BornSuresh RamaswamyGottigere, Bangalore,IndiaOther namesSukka Suri, Suri/SooriOccupations Filmmaker Art director Years active2002–presentWorksFilmographyStyleCrimeDramaBlack ComedyActionChildren1 Duniya Suri, credited onscreen as Suri, is an Indian movie director. He became known as Duniya Suri in the wake of the success of his debut movie Duniya, for which he won the 2006–2007 Karnataka State Film Awards in the B...

 

Not to be confused with political insult. This article includes a list of general references, but it lacks sufficient corresponding inline citations. Please help to improve this article by introducing more precise citations. (February 2008) (Learn how and when to remove this template message) Criminology and penology Theory Anomie Biosocial criminology Broken windows Collective efficacy Crime analysis Criminalization Differential association Deviance Expressive function of law Labeling theory...

 

City in West Bengal, IndiaGobardangaCityGobardanga Zamindar HouseGobardangaLocation in West Bengal, IndiaShow map of West BengalGobardangaGobardanga (India)Show map of IndiaCoordinates: 22°52′N 88°46′E / 22.87°N 88.76°E / 22.87; 88.76[1]Country IndiaStateWest BengalDistrictNorth 24 ParganasGovernment • TypeMunicipality • BodyGobardanga Municipality • Municipality ChairmanSankar Dutta[2]Area[3]...

Halaman ini berisi artikel tentang kabupaten di Kalimantan Selatan. Untuk kegunaan lain, lihat Kota Banjar. Kabupaten BanjarKabupatenTranskripsi bahasa daerah • JawiبنجرTaman Hutan Raya Sultan Adam LambangJulukan: Melayu MartapuraMotto: Barakat(Banjar) BerkahPetaKabupaten BanjarPetaKoordinat: 3°24′29″S 114°50′55″E / 3.40813134°S 114.84854166°E / -3.40813134; 114.84854166Negara IndonesiaProvinsiKalimantan SelatanTanggal be...

 

Ewa ZasadaEwa Goworowska Data i miejsce urodzenia 7 lipca 1930 Łuck Data i miejsce śmierci 19 sierpnia 2021 Kraków Miejsce spoczynku cmentarz Rakowicki w Krakowie Zawód, zajęcie automobilistka Małżeństwo Sobiesław Zasada Odznaczenia Multimedia w Wikimedia Commons Ewa Zasada jako pilot Sobiesława Zasady podczas Rajdu Polski 1971 Ewa Zasada, z d. Goworowska (ur. 7 lipca 1930 w Łucku, zm. 19 sierpnia 2021 w Krakowie[1]) – polska automobilistka, żona Sobiesława Zasady, z ...

 

2007 Lebanese filmUn homme perdu - رجل ضائعPoster used in Cannes 2007Directed byDanielle ArbidWritten byDanielle ArbidProduced byCharles Gilibert Nathanaël KarmitzStarringMelvil Poupaud Yasmine Lafitte Carol Abboud Alexander Siddig Sarah WardeCinematographyCéline BozonRelease date 19 September 2007 (2007-09-19) Running time97 minutesCountryLebanonLanguagesArabic, French A Lost Man (French: Un homme perdu, Arabic: رجل ضائع rajulun ḍāˀyiˁ, Levantine Arabic ra...

This article is part of a series aboutVladimir Putin Political offices President of Russia (2000–2008; 2012–present)Prime Minister of Russia (1999–2000; 2008–2012) Policies Domestic policy legislation and programs military reform constitutional reform national champions priority projects stabilization fund Foreign policy 2014 annexation of Crimea 2014 war in Donbas 2015 intervention in Syria 2022 invasion of Ukraine 2022 annexation of four Ukrainian regions Putin's Plan Elections Elec...

 

Recording KingProduct typeMusical instrumentsOwnerMusic Link Corporation (c. 2010–)[1]CountryUnited StatesIntroduced1930s [2]Discontinued1939 (1940); then revived in 2007MarketsWorldwide [3]Previous ownersMontgomery Ward (1930s)Registered as a trademark in12 April 2011 (latest), United States [1]Websiterecordingking.com 1940 Recording King archtop by GibsonRecording King Tricone (after 2007)Singer songwriter Caitlin Canty writes and plays her songs with ...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!