Makalu–Barun Milli Parkı

Makalu Barun Milli Parkı
nep. मकालु-बरूण राष्ट्रिय निकुञ्ज
Milli parkdan mənzərə
Milli parkdan mənzərə
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 1.500 km2 ha
Yaradılma tarixi 1992
İdarəetmə orqanı Nepal Milli Park və Vəhşi Təbiət Qoruğu Departamenti, Nepal Torpaq və Meşə Mühafizəsi Nazirliyi
Yerləşməsi
27°45′25″ şm. e. 87°06′49″ ş. u.HGYO
Ölkə  Nepal
Rayon Solukhumbu və Sankxuvasabxa
dnpwc.gov.np/protected_a…
Makalu Barun Milli Parkı xəritədə
Makalu Barun Milli Parkı
Makalu Barun Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Makalu–Barun Milli Parkı (nep. मकालु-बरूण राष्ट्रिय निकुञ्ज) — Nepalın səkkizinci milli parkı. 1992-ci ildə Himalay dağlarında, Saqarmatxa Milli Parkının şərq ardı kimi təsis olunmuşdur.

Coğrafiya

Milli parkın sahəsi 1.500 km2 olub, Nepalın Solukhumbu və Sankxuvasabxa rayonlarını əhatə edir. Makalu–Barun dünyada yeganə milli parkdır ki, dəniz səviyyəsindən 8.000 metr yüksəklikdə yerləşir. Milli parkda tropik meşələr və başı qarlı uca zirvələr yerləşir. Bufer zonası milli parkın cənub və cənub-şərq yamaclarındadır və sahəsi 820 2-dır.[1]

Milli parkdakı əsas zirvələr bunlardır: dünyanın ən hündür beşinci zirvəsi olan Makalu dağı (8.463 metr), Çamalanq dağı (7.314 metr), Baruntse dağı (7.129 metr) və Mera dağıdır (6.654 metr). Milli park qərbdən şərqə 66 km, cənubdan şimala 44 km qədər uzanır. Dəniz səviyyəsindən 314–377 metr yüksəklikdə yerləşən, cənub-şərqdəki Arun dərəsindən hündürlük getdikcə artır.[2] Milli park şimalda yerləşən Tibet muxtar regionundakı Comolunqma Milli Təbiət Qoruğu ilə beynəlxalq sərhədə malikdir.[3]

Qoruq ərazisi Müqəddəs Himalay landşaftının bir hissəsidir.[4]

Flora

Qırmızı panda.

Qoruq ərazisinin zəngin faunası var. Burada 315 kəpənək növü, 43 növ sürünən və 16 növ suda-quruda yaşayan qeydə alınmışdır. Çaylarda, göllərdə və gölməçələrdə 78 növ balıq yaşayır.[3] Ornitoloqlar milli parkda 440 quş növü aşkarlamışdırlar. Bu quş növləri arasında qartallar, digər yırtıcı quşlar, Ciconia episcopus, Nectariniidae fəsiləsi aiddir. Milli parkda 16 çox nadir quş növü yaşayır: Psittacula krameri, Alcedo hercules, Alcedo meninting, Hydrornis nipalensis, Cyornis unicolor, Melanochlora sultanea, Leiothrix argentauris, Turdoides nipalensis və Yuhina bakeri.

Burada 88 məməli növü qeydə alınmışdır: irbis, bəbir, adi boz bəbir, qamışlıq pişiyi, benqal pişiyi, çaqqal, Canis himalayensis, qırmızı tülkü, qırmızı panda, Asiya qara ayısı, qulmanlar, Macaca assamensis, Hemitragus jemlahicus, Naemorhedus goral, muntjak, müşk maralı, Capricornis thar, çöldonuzu, uçan sincab, susamuru, Prionodon pardicolor, dağ gəliciyi, marmot və s.[3] 2009-cu ilin mayında 2.517 metr yüksəklikdə zooloqlar ilk dəfə Asiya qızıl pişiyinin şəklini əldə etmişdilər.[5]

İstinadlar

  1. Bhuju, U. R., Shakya, P. R., Basnet, T. B., Shrestha, S. (2007). Nepal Biodiversity Resource Book. Protected Areas, Ramsar Sites, and World Heritage Sites Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine. International Centre for Integrated Mountain Development, Ministry of Environment, Science and Technology, in cooperation with United Nations Environment Programme, Regional Office for Asia and the Pacific. Kathmandu, Nepal. ISBN 978-92-9115-033-5
  2. Carpenter, C. and R. Zomer (1996). Forest ecology of the Makalu-Barun National Park and Conservation Area, Nepal. Mountain Research and Development 16 (2): 135–148.
  3. 1 2 3 Jha, S. G. (2003). Linkages between biological and cultural diversity for participatory management: Nepal’s experiences with Makalu-Barun National Park and buffer zone Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine. Journal of the National Science Foundation of Sri Lanka 31 (1&2): 41–56.
  4. DNPWC. "Sacred Himalayan Landscape". Kathmandu: Department of National Parks and Wildlife Conservation, Government of Nepal. 2012. 2013-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
  5. Ghimirey, Y., Pal, P. (2009). First camera trap image of Asiatic golden cat in Nepal Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine. Cat News 51: 17.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!