Dadaşov Məhərrəm (tam adı: Dadaşov Məhərrəm Əkbər oğlu; 15 fevral 1912, Salyan, Cavad qəzası – 17 sentyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı.[1]
Həyatı
1912-ci ildə Salyan rayonunun Beştalı kəndində anadan olmuşdur. 1941-ci ildə xidmətə traktorçu peşəsindən çağırılmışdır.
233-cü tank briqadasında xidmət edən baş serjant Məhərrəm Dadaşov 1942-ci ildən döyüş cəbhələrində olmuşdur. 1942-ci ilin oktyabrından 1943-cü ilin yanvarınadək 223-cü atıcı diviziyanın tərkibində döyüşmüşdür.[2] Rumıniyanın Vasluy şəhəri ətrəfında 1944-cü ilin avqustunda aparılan döyüşdə fərqlənmişdir. Onun conrakı döyüşləri Çexoslovakiyada olmuşdur.
Baş serjant M. Dadaşovun tank heyəti avqustun 28-də düşmən ordusunun yerləşdiyi məntəqəyə daxil olaraq düşmənin 6 tank vuran topunu və bir neçə pulemyotunu şəxsi heyətləri ilə məhv etmişdir. Bu döyüşdə yaralanan M. Dadaşov tankını idarə etməkdə davam etmiş və tankın atəş nəqtələrinin mərmiləri qurtardıqdan sonra şəxsi silahla döyüşü davam etdirmişdir.
Cəsur tankçı M. Dadaşov aldığı yaralardan sentyabrın 17-də hospitalda dünyasını dəyişmişdir.
Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 24 martında verilmişdir.
Mənbə
9 may.az. Qəhrəmanlar. Arxivləşdirilib 2010-01-18 at the Wayback Machine
Həmçinin bax
İstinadlar