Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biridir. Avropaklassik musiqisindəklassisizmdənromantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır.
Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olmuşdur. AlmaniyanınBonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir. Bethoven abunəli konsertlər təşkil etməklə, yazdığı əsərləri naşirlərə satmışdır. Bir sıra zəngin insanlardan maliyyə dəstəyi almaqla tam asudə bir şəkildə yazıb yaratmış, heç vaxt saray və ya kilsədə işləməli olmamışdır.
Bethovenin ilk müəllimi atası, Bonn hakiminin saray tenoru Yohan van Bethoven olmuşdur. Sonralar atası Tobias Pifer adlı dostundan oğluna musiqi dərsləri verməsini xahiş etmişdir. Deyilənə görə, atası və müəllimi evə gecə yarı içkili vəziyyətdə dönər və balaca Bethoveni yataqdan durğuzaraq səhər sübhə qədər məşq etməyə məcbur edirdilər.
Bethovenin musiqi istedadı özünü çox erkən yaşlarından göstərməyə başlayır. Bethoven artıq səkkiz yaşında piano ilə yanaşı, orqan və skripka dərsləri də alır. Bonnda Bethovenin formalaşmasında ən böyük rol oynamış şəxs, saray orqan ifaçısı Kristian Gotleb Nife olmuşdur. Nifenin köməkliyi ilə Bethoven özünün ilk əsərini — pianoda variyasiyalarını nəşr etdirir. 1787-ci ildə gənc Bethoven ilk dəfə olaraq dahi Volfqanq Amadey Motsartdan dərs almaq ümidi ilə Vyanaya yollanır. Lakin Bethovenin Motsartla görüşüb-görüşməməsi dəqiq məlum deyildir. Vyanaya gəlişindən cəmi iki həftə sonra anasının xəstələnməsi onu vətənə dönməyə məcbur edir, Bethovenin anası 1787-ci ilin 17 iyulunda vərəm xəstəliyindən vəfat edir. Belə ki, atasının getdikcə içkiyə aludəçiliyi səbəbindən o iki körpə qardaşının qayğılarını öz üzərinə götürür.
1792-ci ildə Bethoven yenidən Vyanaya qayıdır və burada bir müddət Yozef Haydndan musiqi dərsləri alır. Bethoven Motsartla görüşmək, ondan musiqi dərsləri almaq istəsə də, Motsartın bir il öncə vəfatı Bethovenə bu arzusunu həyata keçirməyə imkan vermir. Bu müddətdə Bethoven Yohan Georg Albrextsbergerden (Vyananın tanınmış kontrapunkt ifaçısı və pedaqoqu) və Antonio Salyeridən musiqi dərsləri alır. 1793-cu ildə Bethoven Vyanada mahir pianoçu kimi ad qazanır. Bethoven tədricən o vaxtlar hamının üz tutduğu kilsə və kral saraylarından tamamilə uzaqlaşıb müstəqil fəaliyyətə başlayır. Yaşayışını isə illik təqaüd və ayrı-ayrı əyanların təltif etdiyi mükafatlar, konsert və verdiyi dərslərdən gələn gəlirlə təmin edə bilir.
Bethovenin hamiləri onun musiqisinin vurğunları olsalar da, dahi bəstəkarın qayğılarına çox vaxt etinasızlıq göstərirdilər. Bethoven daha çox qraf Franz Jozef Kinski, Şahzadə Jozef Franz Maksimilian Lobkovits və Karl Aloiz Yohann-Nepomuk Vinsenzlərin himayəsinə bel bağlayırdı. Hamiləri həyatdan köçdükcə və ya sözlərinə dönük çıxdıqca Bethoven borclara düşürdü.
1807-ci ildə şahzadə Lobkovits Bethovenə Kral Teatrında yenicə açılmış bəstəkar postuna müraciət etməsini məsləhət görür, lakin teatr rəhbərliyi dahi bəstəkara cavab məktubu belə yazmır. Bu vaxtlarda Bethoven Vyananı tərk etmək barədə düşünür. 1808-ci ilin payızında ona Vestfaliya kralı Jerom Bonapartın sarayında xor kapellasına rəhbər vəzifə təklif olunur və o bu təklifi qəbul edir.
Dahi bəstəkarın Vyanadan gedişinin qarşısını almaq üçün bəstəkarın dostları Hersoq Rudolfu, Qraf Kinskini və Şahzadə Lobkovitsi bəstəkarı 4000 florin illik təqaüdlə təmin etməyə razı sala bilirlər. Lakin bəstəkara vəd edilmiş təqaüd lazımınca ödənilmir, yalnız Hersoq Rudolf öhdəsinə düşən məbləği sona qədər ödəyir. Qraf Kinski sonralar orduya çağrılır və təqaüdün ödənişini dayandırır və bir qədər sonra həlak olur. Lobkovits isə təqaüdü yalnız 1811-ci ilin sentyabrına qədər ödəyir, bu əyanların xələfləri isə təqaüdün ödənilməsindən tamamilə imtina edirlər. Bethoven əsərlərinin müəlliflik hüquqlarını satmaq və 1815-ci ildən onun üçün ayrılmış cüzi təqaüdlə dolanmalı olur.
Təxminən 1796-ci ildən etibarən Bethoven eşitmə qabiliyyətini yavaş-yavaş itirməyə başlayır. Qulaqlarındakı kəskin cingilti səsləri ona musiqi səslərini ayırd etməkdə maneçilik törətməyə başlayır. Bethoven tədricən insanlardan ünsiyyətdən də yayınmağa başlayır. O bir müddət Vyananı tərk edib Heylingestad adlı şəhərcikdə yaşayır və burada eyniadlı əsərini — "Heylingestad vəsiyyəti" əsərini yazır. O tezliklə bütün çətinliklərə baxmayaraq sənəti üçün yaşamağa qərar verir. Bəstəkarın eşitmə qabiliyəti vaxtaşırı kəskin pisləşir, hətta bununla bağlı mötəbər bir məlumatda bir qeydə də rast gəlmək olar. Doqquzuncu simfoniyasının premyerasının sonunda Bethoven tamaşaçıların atəşli alqışlarını görmək üçün geriyə dönür. Lakin heç nə eşitmədiyini anlayıb hönkür-hönkür ağlamağa başlayır. Eşitmə qabilliyəti onun istedadına heç cür təsir edə bilməsə də, əsas gəlir mənbəyi olan konsertlərinin təşkilini həddən artıq mürrəkkəbləşdirir.
Bethoven konsertləri zamanı səsləri ayırmaq üçün pianosunun səs lövhəsindən asdığı xüsusi çubuqdan istifadə edirdi. Bəstəkarın konsertlərində istifadə etdiyi bu cür köməkçi vasitələr onun Bonn şəhərindəki ev muzeyində nümayiş olunmaqdadır. 1814-cü ildə Bethoven eşitmə qabiliyyətini tamamilə itirir. Tamaşaçılar bəstəkarın uca səslə ifa etdiyi arpesiosunu eşidib biri birlərinə "Ist es nicht schön?" ("Gözəl deyilmi?") deyə heyrətlərini və dahi Bethovenə dərin məhəbbətlərini ifadə edir, onun cəsarət və yumor hissinə heyran qalırdılar.
Bethovenin eşitmə qabiliyyətinin itməsi günümüzə olduqca qiymətli tarixi yazıların gəlib çıxmasına səbəb olmuşdur. Bu danışıq kitablarında bəstəkarın dostları ilə musiqi və başqa mövzularda apardığı müzakirələr əks olunmaqla bəstəkarın düşüncələrini duymaq baxımından olduqca qiymətli mənbə hesab olunur. Müasir günümüzdə belə, bu danışıq kitabları bəstəkarın musiqini necə ifadə etmək və onun sənətə münasibətini öyrənmək baxımından baza-material rolunu oynayır. Bu kitablardan bəziləri sonralar Anton Sindler adlı şəxs tərəfindən ya təhrif edilmiş, ya da tamamilə məhv edilmişdir.
Xəstəlik və vəfatı
Qardaşı oğlu üzərindəki qəyyumluq hüququnu itirdikdən sonra Bethovenin səhhəti pisləşməyə başlayır və bu bəstəkarın 26 mart, 1827-ci il tarixində vəfatı ilə nəticələnir.
Vyana patoloqu və məhkəmə eksperti Kristian Röyter (Vyana Tibb Universitetinin məhkəmə ekspertizası fakültəsinin rəhbəri) bəstəkarın ölümünə Andreas Varvux adlı həkimin diqqətsizliyini əsas səbəb kimi gətirmişdir. Röyterin fikirincə Varvux qurğuşundan zəhərlənmiş Bethovenə qarın boşluğunun yuyulması əməliyyatından sonra qarın nahiyəsi üzərinə isti qurğuşun qoymaqla vəziyyəti daha da ağırlaşdırmışdır. Bethovenin qurğuşundan necə zəhərlənməsi faktını isə müəyyən etmək uçün saysız-hesabsız cəhdlər edilmişdir.
Xarakteri
Bethovenin insanlarla tez-tez pis rəftar etməsi məlumdur. Tədqiqatçılar bəstəkarın zəhərlənmədən qaynaqlanan qarın ağrılarının törətdiyi əsəbi gərginlikdən də əziyyət çəkə bilməsi ehtimalını irəli sürürlər. Bununla belə dahi bəstəkar heç də tamamilə dost əhatəsindən məhrum olmamış, əksinə bəstəkarın şəxsiyyətinin əzəməti ona həddən artıq yaxın və sədaqətli dost qazandırmışdır. Ömrünün sonlarına yaxın dostları onun məruz qaldığı bir çox məhrumiyyətlərin qismən də olsa, aradan qaldırılması üçün böyük səylər göstərmiş, ölümündən sonra isə dahi bəstəkarın ad-sanına xələl gətirə biləcək bütün danışıq kitablarını məhv etmişlər.
Mənbələr Bethovenin hakim təbəqəyə və sosial rütbəcə özündən üstün olan şəxslərə nifrət etdiyini göstərir. O, konsert zamanı tamaşaçıların musiqiyə qulaq asmaq əvəzinə aralarında söhbət etdiyini və ya konsertə lazımı diqqət yetirmədiyini gördükdə musiqini yarımçıq saxlayıb konserti tərk edərdi. Ziyafətlərdə isə birisinin ona gözlənilmədən nə isə ifa etmək sifarişini dərhal rədd edərdi. Tədricən, bu kimi bir çox qarşıdurmalardan sonra hersoq Rudolf sarayetika qaydalarından bəzilərinin Bethovenə tətbiq olunmaması haqqında fərman verməli olur.
Sevgi münasibətlərində yaşadığı mürəkkəbliklər
Bethovenin şəxsi həyatı olduqca ağır keçmişdir. Karlığının günü-gündən ağırlaşması onu intihara belə sürükləmişdir. Qadınlarla münasibətlərinə gəldikdə isə, onu həmişə "əlçatmaz" qadınlar (evli və ya zadəgan) cəlb etmişdir. Culiyyetta Quiçiardi adlı qadınla nişanlansa da, onunla evlənməmişdir. Bu izdivaca əsas maneə doğma atası olmuşdur.
Culiyyeta sonradan bir əsilzadə ilə evlənsə də heç vaxt xoşbəxt olmamış və 1822-ci ildə həyat yoldaşından ayrılmışdır. Qadın uğursuz səylər göstərərək Bethovenə qayıtmaq istəsədə bu baş tutmamışdır. Onun son eşq macərası 1805-ci ildə Qraf von Deym adlı zadəganın gənc dul qadını Jozefina von Brunzviklə olmuşdur. Bu münasibətlərin 1807-ci ildə Bethovenin şəxsi qərarasızlığı və Jozefinanın zadəgan ailəsinin bu münasibətə mənfi yanaşması səbəbindən sonuclanması ehtimal olunur.
1812-ci ildə Bethoven yalnız "Əbədi sevgim" kimi təqdim etdiyi qadına uzun məhəbbətməktubu yazmışdır. Bir neçə qadın namizəd bu məktubun potensial alıcısı kimi irəli sürülsə də onun kimliyi sübuta yetirilməmişdir. 1994-cü ildə çəkilmiş "Əbədi sevgim" filmi məhz bu məktubun süjeti əsasında hazırlanmışdır.
Bethoven bu dövrdə yaxın qohumları və tanışları ilə olduqca pis münasibətdə olmuşdur.
Qəyyumluq uğrunda mübarizə
1815-ci ilin 15 noyabrında Bethovenin qardaşı Karl van Bethoven vərəm xəstəliyindən vəfat edir. Qardaşının yetim qalmış Karl adlı oğluna Bethoven bir əmi kimi əvvəllər çox az maraq göstərdi. Lakin qardaşının ölümündən sonra Bethovendə 9 yaşlı uşağı öz himayəsi altına götürmək arzusu baş qaldırır və Bethoven tamamilə bu istəyinin əsirinə çevrilir. Belə ki, qardaşı oğlunu ələ keçirmək uğrunda mübarizəsi Bethovenin xarakterindəki ən pis cəhətləri büruzə verir və uzun çəkən məhkəmə proseslərində Bethoveni istəyinə çatmaqdan heç nə saxlaya bilmir. Uzun müddətə Bethoven musiqi bəstələməkdən də uzaq düşür.
Bu dövrdə Avstriya məhkəmə sitemi zadəganlar (The Landsrexte) və ümumi palatadan (Tha Magistracy) ibarət idi. Bethoven məhkəmədə bilərəkdən soyadındakı holland mənşəli "van" sözünün onun zadəgan nəslinə aid olmasına dəlalət etmədiyini gizlədir (almansoyadlarında istifadə olunan "von" sözü şəxsin zadəgan nəslinə mənsubluğunu göstərir). Bununla da o, işə Zadəganlar palatasında baxılmasına nail olur və məhkəmədə malik olduğu yaxşı əlaqə və təsir sayəsində sərfəli nəticəni əvvəlcədən təmin edir. Bethoven uşağın yeganə hamisi elan olunur. Uşağın anası, sıravi alman və varlı olmayan dul qadın, Yohannaya isə nəinki oğlunu görmək (bəzi müstəsna hallar istisna olunmaqla), hətta Bethovenin ondan oğlunun təhsilpulunu da verməsi tələbi ilə qarşılaşır. Lakin zadənganlar palatasına verdiyi ifadələrdən birində özü də bilmədən əsilzadə mənsubiyyəti olmadığını etiraf edir və nəticədə iş aşağı palataya göndərilir və Bethoven burada uşağın müstəsna hamisi statusundan məhrum olunur.
Lakin Bethoven appelyasiya məhkəməsinə yenidən müraciət edir və yenidən Karlın yeganə hamisi hüququnu bərpa edir. Ədalət və insan hüquqlarının "hamisi" olan imperator ali həzrətlərinə ediləcək müraciət belə ana və balasını bir birinə qovuşdura bilməyəcəkdi. Ana və balaca Karl uzun illər ərzində nəinki ayrılıqdan, həm də ad-sanlarına dəymiş ləkədən əziyyət çəkməli oldular. Bethoven isə onların ad-sanını hər cür yollarla ləkələməyə çalışırdı. Sonda zülmkar əmisinin rəftarına dözməyən kiçik Karl 182-ci il 31 iyul tarixində başına güllə çaxmaqla özünə qəsd etməyə cəhd göstərir. Lakin o, möcüzə sayəsində xilas edilə bilir və arzusu ilə anasının yanına götürülür. Yalnız bu dəhşətli hadisə Karlı əmisinin caynaqlarından xilas edə bilir.
Etiqad və bunun yaradıcılığına təsiri
Bethoven maariflənmə və həmin dövr Avropada yüksəlməkdə olan romantizm ideallarına inanırdı. Özünün üçüncü simfoniyası olan "Eroica"nı (italyanca "Qəhrəmanlıq") Napoleona həsr etmişdi. Buna səbəb bəstəkarın Napoleonun Fransa inqilabınındemokratiya və respublika kimi dəyərlərini qoruyacağına inamı idi. Lakin 1804-cü ildə Napoleonun imperialistik ambisiyaları məlum olduqdan sonra Bethoven Napoleonun titul vərəqindəki adını o dərəcədə qəzəblə silir ki, vərəqin ortasında dəlik əmələ gəlir. Sonralar Bethoven bu simfoniyanın adını dəyişərək "Sinfonia Eroica, composta per festeggiare il sovvenire di un grand Uomo", yəni "Böyük insanların xatirəsinə ithaf olunan Qəhramanlıq Simfoniyasi" qoyur. Doqquzuncu simfoniyanın dördüncü hissəsini Fridrix Şillerin "Şadlığa mədhiyyə" əsərinin süjeti üzərində yazmaqla bəşəriyyəti qardaşlıq uğrunda mübarizəyə çağıran himn yazır. 1972-ci ildən etibarən dördüncü hissəsinin orkestrləşdirilmiş versiyası Avropa Birliyinin rəsmi himnidir.
Tədqiqatçılar Bethovenin dini görüşləri və bunun onun musiqi fəaliyyətinə təsiri ilə bağlı razılığa gələ bilmirlər. Bethovenin mason olduğu irəli sürülsə də, bu hələ təsdiqini tapmayıb.
Digər dahi alman bəstəkarı Georq Fridrix Hendel kimi Bethoven də abunə konsertlər təşkil etməklə, bəstələrini naşirlərə satmaqla və varlı şəxslərdən aldığı maliyyə dəstəyi ilə sərbəst, heç kimdən asılı olmayan yaradıcılıqla məşğul olmuşdur. O, heç vaxt kilsədə və ya zadəgan saraylarında daimi işlə maraqlanmamışdır.
Yaradıcılığı
Bethoven Qərb klassik musiqisinin nəhəng simalarından biri kimi anılır. Bəzən "üç B-lərdən biri" də (Bax və Bramsla birlikdə) kimi də tanınır. O, həmçinin XVIII əsr klassik musiqisindən XIX əsr romantik musiqisinə keçidin əsas fiquru sayılır. Bethovenin özündən sonra gələn musiqiçilər nəslinin yetişməsinə güclü təsir göstərmişdir.
Bethoven musiqi tərtibatinin ən böyük ustalarından biri sayılır. Bəzən o, mövzu seçimindən əvvəl simfoniyalarının ayrı-ayrı parçalarının quruluşunu müəyyən edirdi. O, uzun kompozisiyalarda parçalar arası vahid süjet xəttini gözləmək üçün bir-birinə bağlı tematik alətlərin və ya "rüşeym-motivlərin"dən sistematik ve davamlı şəkildə istifadə edən ilk bəstəkarlardan biri olmuşdur. Eynilə heyrət doğuran cəhətlərdən biri də bir çox əsərlərində də rast gəlinən və bütün əsərlərinə vahid xətt bəxş etmiş mənbə "motivlərdən" istifadə etmişdir. O, toxunduğu bütün musiqi janrlarında bir yeniliyə imza atmişdır. Məsələn, o, artıq o dövrdə konkret tərtibata salınmış rondo janrını daha da elastik və həcmli etməklə onu sonata formasına yaxınlaşdırmışdır.
Bethoven rəngarəng janrlarda: simfoniya, konsert, piano və digər alətlər üçün sonatalar, simli alətlər və digər kamera musiqiləri, opera musiqisi, romanslar və s. əsərlər yaratmışdır. Bu əsərləri ilə Bethoven dünya musiqi tarixində klassik musiqidən romantik musiqi mərhələsinə keçid, körpü rolunu oynamışdır.
Yaradıcılığının orta mərhələsi Bethovenin şiddətlənməkdə olan karlıq iztirablarından bir qədər sonrakı dövrdə başlayır. Bu dönəm qəhrəmanlıq və mübarizə haqqında böyük həcmli əsərlərlə xarakterizə olunur. Bu dövrə altı simfoniya, dördüncü və beşinci piano üçün konsertlər, üçlü və violonçel üçün konsertlər, 5 simli kvartet, növbəti yeddi piano sonataları ("Valdşteyn" və "Appassionata" sonataları da bu dövrdə yazılmışdır) və Bethovenin yeganə operası olan "Fidelio" aiddir.
1815-ci ildən 1827-ci ilə qədərki dövr ərzində miqyas və hədəflərini də genişləndirmişdir. Bu dövrə aid olan mühüm əsərlərindən birinci və ikinci simfoniyaları, ilk altı simli kvartetlərini, ilk üç piano konsertinin və ilk iyirmi piano üçün sonatalarını (buraya məşhur "Ay işığı" və "Potetik" sonataları da daxildir).
Bethovenin yaradıcılığının son mərhələsi 1815-ci ildən başlayır. Bu dövrdə yaratdığı əsərlərində dərin intellekti, intensiv, yüksək ifadələri, yenilikləri ilə səciyyələnirdi (məsələn, Simli Kvarteti, Op. 131 əsərində yeddi birləşmiş parçadan istifadə etmiş və doqquzuncu simfoniyasında sonunucu səhnədə orkestri xorla gücləndirmişdir). Sonunucu dövr əsərləri seriyasına "Missa Solemnis" , "Grosse Fuge" adlı nəhəng kvarteti də daxil olmaqla beş simli kvarteti və sonunucu beş piano sonataları (məşhur "Grobe Sonate fur das Hammerklavier" sonatası da daxil omaqla) daxildir.
Chicken dish from Hainan, China Wenchang chickenWenchang chicken after cooking, before being cut into piecesRegion or stateHainan, ChinaCreated byHainaneseMain ingredientsChicken Wenchang chicken (simplified Chinese: 文昌鸡; traditional Chinese: 文昌雞; pinyin: Wénchāng Jī) is a type of chicken breed and a chicken dish from the Wenchang city area in the island province of Hainan, China. The chicken This variety of small, fleshy[1] free-range chicken is fed coconut...
Alfons Janssens Volledige naam Alfons Joseph Marie Janssens Geboren Sint-Niklaas, 16 oktober 1841 Overleden Luzern, 1 september 1906 Kieskring Sint-Niklaas Land België Functie PoliticusOndernemerAuteur Partij Kath. Partij Functies 1885 - 1904 Gemeenteraadslid Sint-Niklaas 1892 - 1900 Volksvertegenwoordiger Portaal Politiek Economie Literatuur Alfons Joseph Marie Janssens (Sint-Niklaas, 16 oktober 1841 - Luzern, 1 september 1906) was een Belgisch ondernemer en politicu...
هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (مارس 2021) صامويل سيتا معلومات شخصية الميلاد 18 ديسمبر 1942 إقليم تنجانيقا [لغات أخرى] الوفاة 7 نوفمبر 2016 (73 سنة) ميونخ مواطنة تنزانيا مناصب ال...
7-ма церемонія вручення премії «Оскар» Дата 27 лютого 1935 Місце проведення Готель «Балтимор», Лос-Анджелес, США Ведучий Ірвін Кобб Найважливіші Найкращий фільм «Це сталося якось вночі» Найбільше нагород «Це сталося якось вночі» (5) Найбільше номінацій «Одна ніч кохан...
Railway station in Tōin, Mie Prefecture, Japan Tōin Station東員駅Tōin StationGeneral informationLocation1953-1 Yamada, Tōin-cho, Inabe-gun, Mie-ken 511-0251JapanCoordinates35°04′41″N 136°35′15″E / 35.0781°N 136.5875°E / 35.0781; 136.5875Operated by Sangi RailwayLine(s)■ Hokusei Line Distance9.7 km from Nishi-KuwanaPlatforms1 island platformHistoryOpenedMarch 26, 2005PassengersFY2019504 daily LocationTōin StationLocation within Mie PrefectureS...
United States Army officer and astronaut Anne McClainBornAnne Charlotte McClain (1979-06-07) June 7, 1979 (age 44)Spokane, Washington, U.S.StatusActiveAlma materU.S. Military AcademyUniversity of BathUniversity of BristolOccupationTest pilotAwardsDefense Superior Service MedalSpace careerNASA AstronautRankColonel, United States ArmyTime in space203 days 15 hours 16 minutes[1]Selection2013 NASA GroupTotal EVAs2Total EVA time13h 09mMissionsSoyuz MS-11 (Expedition 58/59)Mission...
Опис Емблема ФК Система-Борекс Джерело значок Час створення 1990-ті Автор зображення ФК Система-Борекс Ліцензія Відповідно до статті 8 Закону України про авторське право і суміжні права, наступні об'єкти не охороняються авторським правом: 1) повідомлення про новини або інш...
Field hockey has been played by men in Australia since 1901. By 1907, there were clubs in several states including New South Wales, South Australia, Tasmania, and Victoria. Women's field hockey was eventually represented by the Australian Institute of Sport, though the amount of support it received was less than the support the men received. The All Australian Women's Hockey Association was established in 1910 to govern the sport in Australia. in 2000, Women's Hockey Australia merged with the...
Public secondary school in Lemont, Illinois, United StatesLemont High SchoolAddress800 Porter StreetLemont, Illinois 60439United StatesCoordinates41°40′27″N 87°59′28″W / 41.6742°N 87.991°W / 41.6742; -87.991InformationSchool typePublic SecondaryEstablished1906School districtLemont HS 210SuperintendentDr. Mary Ticknor[1]CEEB code142590[3]PrincipalMr. Eric Michaelsen[1]Teaching staff94.18 (FTE)[2]Grades9–12GendercoedEnrollmen...
Untuk kegunaan lain, lihat Cempedak (disambiguasi). Cempedak Artocarpus integer TaksonomiDivisiTracheophytaSubdivisiSpermatophytesKladAngiospermaeKladmesangiospermsKladeudicotsKladcore eudicotsKladSuperrosidaeKladrosidsKladfabidsOrdoRosalesFamiliMoraceaeTribusArtocarpeaeGenusArtocarpusSpesiesArtocarpus integer Merr. Tata namaBasionimRadermachia integra (en) lbs Cempedak adalah tanaman buah-buahan dari famili Moraceae. Bentuk buah, rasa, dan keharumannya seperti nangka, meski aromanya kerap ka...
2005 post-apocalyptic horror film by George A. Romero For other uses, see Land of the Dead (disambiguation). Land of the DeadTheatrical release posterDirected byGeorge A. RomeroWritten byGeorge A. RomeroProduced by Mark Canton Bernie Goldmann Peter Grunwald Starring Simon Baker Dennis Hopper Asia Argento Robert Joy John Leguizamo Eugene Clark CinematographyMirosław BaszakEdited byMichael DohertyMusic by Reinhold Heil Johnny Klimek Productioncompanies Atmosphere Entertainment MM Romero-Grunwa...
6th-century Anglo-Saxon king, perhaps of Mercia CreodaImaginary depiction of Creoda from John Speed's 1611 Saxon Heptarchy.King of MerciaReignc. 585 – 593 AD?PredecessorCynewaldSuccessorPybbaDiedc. 593 ADIssuePybbaHouseIcelingasFatherCynewald Creoda (Cryda[1] or Crida,[2] 6th century) may have been one of the first kings of the Anglo-Saxon kingdom of Mercia, ruling toward the end of the 6th century. Although he is mentioned in a pedigree found in the Anglo-Saxon Chronic...
КоммунаМедиMédis Герб 45°39′00″ с. ш. 0°58′00″ з. д.HGЯO Страна Франция Регион Пуату — Шаранта Департамент Приморская Шаранта Кантон Сожон История и география Площадь 23,46 км²[1] Часовой пояс UTC+1:00, летом UTC+2:00 Население Население 2739 человек (2010) Цифровые иде...
1970 studio album by the Incredible String BandUStudio album by the Incredible String BandReleasedOctober 1970RecordedMay 1970Genre Psychedelic folk folk rock folk Length107:07LabelElektra / WEAProducerJoe BoydThe Incredible String Band chronology I Looked Up(1970) U(1970) Be Glad for the Song Has No Ending(1971) Professional ratingsReview scoresSourceRatingAllMusic[1] U is a double album, the seventh studio album overall, by the British psychedelic folk group the Incredible S...
Binary tree representing a mathematical expression A binary expression tree is a specific kind of a binary tree used to represent expressions. Two common types of expressions that a binary expression tree can represent are algebraic[1] and boolean. These trees can represent expressions that contain both unary and binary operators.[1] Like any binary tree, each node of a binary expression tree has zero, one, or two children. This restricted structure simplifies the processing o...
Style of music that originated in Trinidad and Tobago CalypsoStylistic originsKaisoCanboulayCultural originsEarly 19th century, Trinidad and TobagoDerivative formsSocaSubgenresExtempobennamentoFusion genresChutneychutney socarapsogospelypsocadence-lypsoskaspougereggaetonreggaeOther topicsCaribbean Carnivalcalypsonianslist of Caribbean music genrescalypso tentspicongShangoObeahcalypso de El Callao Music of Trinidad and Tobago General topics Related articles Genres Calinda Cariso Kaiso Calypso ...
Iodine monobromide Names IUPAC name Iodine monobromide Other names Iodine bromide Identifiers CAS Number 7789-33-5 Y 3D model (JSmol) Interactive image ChemSpider 74216 N ECHA InfoCard 100.029.236 PubChem CID 82238 UNII G0K622RD9N Y CompTox Dashboard (EPA) DTXSID2064862 InChI InChI=1S/BrI/c1-2 NKey: CBEQRNSPHCCXSH-UHFFFAOYSA-N NInChI=1/BrI/c1-2Key: CBEQRNSPHCCXSH-UHFFFAOYAO SMILES BrI Properties Chemical formula IBr Molar mass 206.904 g/mol ...
Mark M. LowenthalLowenthal's Government Executive portraitBorn (1948-09-05) September 5, 1948 (age 75)United StatesNationalityAmericanAlma materBrooklyn CollegeHarvard UniversityOccupationNational Security ExpertTitleFormer Assistant Director of Central Intelligence for Analysis & ProductionSuccessorMark Roth[1] Mark M. Lowenthal (born September 5, 1948) is an author and Adjunct Professor at the Krieger School of Arts and Sciences at Johns Hopkins University in Baltimore...
Enzyme that cleaves other proteins into smaller peptides The structure of a protease (TEV protease) complexed with its peptide substrate in black with catalytic residues in red.(PDB: 1LVB) A protease (also called a peptidase, proteinase, or proteolytic enzyme)[1] is an enzyme that catalyzes proteolysis, breaking down proteins into smaller polypeptides or single amino acids, and spurring the formation of new protein products.[2] They do this by cleaving the peptide bonds...