Violonçel

Violonçel
Hornbostel–Zaks təsnifatı 321.322-71
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Violonçel — yaylı ailəsindən dört simli musiqi aləti.

Növü

Bu çalğının atası viola da Gamba adı verilən 7 ədəd teli olan pərdəli bir çalğıdır. Violonçel; skripka, alt və kontrabas ilə eyni ailədəndir. Skripka ilə violonçelin görünüşü bir-birini xatırlatsa da ölçüləri çox fərqlidir.

Tarixi

XVI əsrdə ilk nümunələri Fransada ortaya çıxan bu çalğının şəkli qadın bədənini xatırladır. Başlanğıcda beş telli olaraq tərtib edilən bu çalğı, əvvəllər orkestrdə bas səsləri dəstəkləmək üçün istifadə edilmişdir. Təkbaşına diqqətə çarpan bir çalğı olaraq ortaya çıxması isə XVIII əsrdə olmuşdur.

Xüsusiyyətləri

Violonçel, ümumiyyətlə, akustik olaraq istifadə edilən bir alətdir. Hər məkanda (açıq alan, konsert salonu və s.) ifa oluna bilər. Qarşıdan baxıldığında gövdəsinin orta hissəsində olan və əl yazısı ilə f hərfini xatırladan 2 səs dəliyi, və eşik (körpü) olaraq adlandırılan bir dəstək olur. Birbaşa yayım məftillərə təması ilə titrəşən tellərdən çıxan səs eşik tərəfindən gövdənin içindəki havanı titrəşdirərək içəridə şaquli olan can dirəyinə çatdırılır və bu dəliklərdən geri dönür.Violonçelin uzunluğu 124 sm, onun kamanının uzunluğu isə 73 smdir və viola kamanına nisbətən daha ağırdır. Texniki cəhətdən violonçel tamamilə mükəmməl alətdir. Onun simləri violino və viola simlərinə nisbətən xeyli qalındır. Buna görə də ifaçıdan böyük səy və qüvvə tələb edir.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!