Lome — Toqonun paytaxtı, ölkənin inzibati və sənaye mərkəzi, əsas portu. Şəhərdə neftayırma müəssisələri vardır. Əhalisi 750 min nəfərdir (2003-cü il), sıxlığı hər kvadrat kilometrə 2174 nəfərdir.
Şəhər XVIII əsrdə eve xalqı tərəfindən salınıb. 1882-ci ildə bey Biç kəndi Britaniyanın A. and F. Swanzy şirkətinin nümayəndələri əraziyə gəldikdən sonra əsas ticarət mərkəzinə çevrildi.
Almaniya ərazi paytaxtını Anexodan 1897-ci ildə Bey Biçə köçürür. Şəhər sürətlə inkişaf etməyə başlayır, 1914-cü ildə isə Fransa tərəfindən tutulur. 27 aprel 1960-cı ildə Lomedə Toqonun müstəqilliyi elan edilir.
İstinadlar
Afrika paytaxtları |
---|
Afrika paytaxtları | |
---|
Digər ərazilər | |
---|