Lilonqve (ing. Lilongwe) — Malavinin paytaxtı və ən böyük şəhəri. Ölkənin mərkəzi hissəsində, Lilonqve çayı üzərində yerləşir. Əhalisi 2014-cu ilin hesablamalarına görə 978 700 nəfərdir.
Tarixi
Şəhər 1902-ci ildə ingilislər tərəfindən Lilonqve çayının sahilində kiçik bir kənd kimi yaradılmış və XX əsrin əvvəllərində Britaniyanın kolonial inzibati mərkəzinə çevrilmişdir. 1975-ci ildə ölkənin paytaxtı Zomba şəhərindən Lilonqveyə köçürüldükdən sonra, şəhər inkişaf etməyə başladı və 2008-ci ildə əhali sayına görə ölkənin iqtisadi mərkəzi sayılan Blantayr şəhərini qabaqlayaraq, Malavinin ən böyük şəhərinə çevrildi.
Afrika paytaxtları |
---|
Afrika paytaxtları | |
---|
Digər ərazilər | |
---|
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://www.citypopulation.de/en/malawi/cities/.