"Leyli və Məcnun" — özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan üçüncü əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin "eyni adlı" poemasına nəzirə yazılmışdır.
Heyrət ül-əbrar Fərhad və Şirin Leyli və Məcnun Yeddi səyyar İsgəndərin səddi
Nəvai də əsəri Nizami kimi başlayır. Burada Qeysin doğulması, əzizliklə böyüdülməsi, məktəbə gedib Leylini görməsi və gənclərin sevişmələri təsvir olunur. Qeys məktəbi buraxıb hər gün Leylinin qəbiləsinə gedir. Tezliklə Qeys Məcnun adı ilə məşhurlaşır. Hadisədən Leylinin atası xəbərdar olur, Məcnunun atasına qasid göndərir:
Atası Məcnunu zəncirə vurur. Məcnun iztirab çəkir. Leyli gülşəndənqayıdanda İbn Salama rast gəlir. Atası Məcnunu Kəbəyə aparır. O, vəhşilərə qoşulur. Ova çıxmış Nofəlin qovduğu seydlər Məcnuna pənahlanır. Nofəl onunla söhbət edib başına gələnlərdən xəbərdar olur, Məcnun uğrunda Leyli qəbiləsi ilə vuruşur. Leyli qəbiləsi məğlub olduqda atası qızını öldürmək istəyir. Bu hadisəni yuxuda görən Məcnun Nofələ yalvarıb vuruşmanı dayandırır. Bundan sonra Məcnun Zeydə rast gəlir. Zeyd Leyli qəbiləsində yaşayan yoxsul bir adamdır. Nofəlin hücumundan sonra Leyli qəbiləsi qorxudan köçür. Zeyd avara qalır, səhrada Məəcnuna rast gəlib macəranı söyləyir. Məcnun atını, paltarını, qılınc, ox yay və qalxanını ona verir. Məcnun Leyli qəbiləsinin yurdunda qotur itə rast gəlib söhbət edir.
Zeyd Məcnunun sifarişini Leyliyə yetirir və ondan məktub gətirir, Məcnun cavab yazır. Məcnunu atası axtarıb səhrada tapır. Nofəl, Məcnunun qəbiləsilə dostluq edir, birlikdə Məcnunu axtarırlar. Nofəl öz qızını ona verib özünə oğul etmək istəyir. Lakin, Məcnun Leyli sorağındadır. O, Leyli qəbiləsinin çobanı ilə görüşür. Çoban onun halına acıyır və qoyun dərisində Leylinin evinə aparır. Leyli qəbilə qızları ilə sürü kənarına gəlir, Məcnun onu görüb ah çəkir və özündən gedir. Leyli hadisədən xəbərdar olur, o da özündən gedib onun yanında qalır, qızlar bunu görüb özlərini itirirlər. Bu zaman Məcnunun atası gəlib oğlunu aparır.
Məcnunu üzdən-gözdən salıb Nofəlin qızı ilə evləndirir, toy edirlər. Nofəl görür ki, qızı gəlib Məcnunun qarşısında oturur, ona öz sirrini söyləyib əhdə vəfalı olduğunu, başqasını sevdiyini danışır. Məcnun onun sadiq və vəfalı olmasını alqışlayır, baş alıb çəkilir. Nofəl qəzəblənib evinə dönür. Bu zaman qızın aşiqi gizləndiyi yerdən çıxıb öz məşuqəsilə görüşür. O, əlində xəncər saxlayıbmış ki, qızı, Məcnunu və özünü öldürsün. Səhər qızı evdə yalnız tapırlar. Nofəl gəlib öz qızını aparır. Leylini də İbn Salama verirlər. Toy olur, qız gəlin gedir. Lakin, İbn Salam ölür. Toy matəmə çevrilir. Bu zaman yanında özünü öldürmək üçün zəhər saxlamış Leyli bəladan qurtarır. Hər iki aşiqin toyu bir gecədə imiş. Leyli evdə adamların başını qarışıq görüb səhraya çıxır. O, gərdəkdən qaçan Məcnunla rastlaşır. Onlar görüşürlər:
Onlar sübhə qədər bir yerdə qalırlar, səhər isə ayrılırlar. Məcnun yenə səhraya çəkilir, onun ata-anası ayrılığa dözməyib ölürlər. Leyli xəstələnir, Məcnunun dərdi onu əldən salır. O, anasını çağırıb vəsiyyət edir. Dərdlərini söyləyir və Məcnunu vəziyyət edib ölür. Bu ölümdən xəbər tutan Məcnun, yataqdan qalxıb özünü etdirir və evdə sevgilisinin yanında ölür. Onları bir yerdə dəfn edirlər.
Nizaminin eyni adlı poemasının təsiri ilə "Leyli və Məcnun" mövzusunda məsnəvi yazmış Nəvai, poemanın başlanğıcında nət və minacatdan sonra söz sənətinin yüksəkliyindən danışır və söz gövhərinin mahir ustadı hesab etdiyi Nizami haqqında deyir:
Daha sonra Nəvai Nizamini təqlid[4] edən Dəhləvinin "Xəmsə" yazmasını qeyd edir. Öz müasiri Əbdürrəhman Camidən danışır.[4]
H. Araslının fikrincə "Nəvainin mövzunu daha orijinal inkişaf etdirməsi, onu bu temada yazan şairlərin hamısından ayırır. Şair, ona qədər olan əsərlərdə yalnız bir müharib kimi təsvir edilən Nofəl obrazını yeni planda verir. O, bu məyus eşqin inkişafını və nəticəsini aydın özbək dilində ifadə edib, xalqının ölməz mədəniyyət yadigarlarından birini yaratmışdır."[5]
Araslı, Həmid. Şərqdə Leyli və Məcnun əsərləri (“Nizami” (I kitab)). Bakı: Azərnəşr. 1940. 222.