Ldinka adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir.
Arxipelaqın şimal-qərbində, Aleksandra Torpağından 90 m cənub-şərqdə, Abrosimov və Ledyanoy burunları arasında yerləşir. Uzunsov formaya malikdir. Adanın uzunluğu 160 metr, eni isə 30–50 m-dir. Adada yüksəklik yoxdur. Bütünlüklə buzla örtülüdür.