Kənd Təsərrüfatı və Kommersiya Nazirliyi (農商務省, Noşomuşo?) – 1881–1925-ci illərdə Yaponiya hökumətinin tərkibində mövcud olmuş nazirlik.
Tarixi
Nazirlik 7 aprel 1881-ci ildə özəl sektorda kapitalın artımını təşviq etmək məqsədilə yaradılmışdır. Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi və İctimai Məsələlər Nazirliyinin kənd təsərrüfatı, kommersiya və sənaye ilə bağlı səlahiyyətləri bu nazirliyə verilmişdir. 1885-ci ildə kabinet sisteminin qəbul edilməsindən sonra nazirliyin poçt, teleqraf, dəmiryolu və dəniz yolu ilə bağlı inzibati səlahiyyətləri yenicə yaradılmış Rabitə Nazirliyinə ötürülmüşdür. Eyni zamanda İctimai Məsələlər Nazirliyinin mədənlər və zavodlarla bağlı inzibati səlahiyyətləri bu nazirliyə verilmişdir.
1904–1905-ci illərdə baş vermiş Rus-yapon müharibəsindən sonra Yaponiyada kommersiya və sənaye sahələrinin əhəmiyyəti artmış, xüsusilə, Tayşo dövründə kənd təsərrüfatının yaratdığı tələb səbəbilə nazirlik 1 aprel 1925-ci ildə ləğv olunaraq iki yerə bölünmüşdür: Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi; Kommersiya və Sənaye Nazirliyi.
İkinci Dünya müharibəsi
İkinci dünya müharibəsi zamanı nazirlik 1943-cü ildə yenidən yaradılmış, lakin 1945-ci ildə ləğv olunmuşdur.[2]
İstinadlar
Ədəbiyyat