Krım Tatar Milli Məclisi (krımtat. Qırımtatar Milliy Meclisi, Къырымтатар Миллий Меджлиси, ukr. Меджлiс Кримськотатарського Народу) — Krım Tatar Qurultayının icra orqanı.
2014-cü ildə, Krımın Rusiya tərəfindən işğalından sonra, Məclis Ukrayna Ali Radasının tərəfindən Qurultayın iclaslarının arasında Krım tatar xalqının Ukrayna ərazisində ali təmsilçi orqanı kimi tanınıb.[1] 2016-ci ildə isə Ruisya Məclisi ekstrimist qrupların siyahısına salıb, qadağan etmiş.[2][3][4][5]
Tarixi
Krım Tatar Milli Məclisi 1991-ci ildə keçirilən II Krım Tatar Qurultayının qərarı ilə yaradılmış. Qurultayın iştrakçılardan 33 adam məclis üzvü seçilib. O cümlədə, Mustafa Əbdülcəmil Qırımoğlu Məclisin sədri, Refat Çubarov isə onun müavisi kimi seçilib. Məclisin ilk iclası həmin ilin iyulun 6-da baş tutub. Orada onun quruluşu müəyyən edilmişdir.[6]
1998-ci ilin ilin Ukrayna Radasına seçkilərində Məclis üzvləri öz namizədlikləri Rux partiyasının seçki siyahısında irəli sürürdülər.[7]
Quruluşu
Məclisinin yaradılmasından bəri, 22 il ərzində (1991-2013), qurumun sədri Mustafa Əbdülcəmil Qırımoğlu idi.[8] 2013-cü ildə bu vəzifəyə Refat Çubarov seçilmiş.[9] Sədrin müaviləri Ayder Acimambetov, Nariman Celəlov, Qırımlı Aslan Ömer və Ahtem Çiyqozdır.[10]
- Refat Çubarov
- Emirali Ablayev
- Emine Avamileva
- Ayder Acimambetov
- Diləver Akiyev
- Asan Aliyev
- Eskender Bariyev
- Qulnara Bekirova
- Teyfuk Qafarov
- Nariman Celəlov
- Remzi İlyasov
|
- Şevket Kaybullayev
- Enver Kurtiyev
- Bekir Mamutov
- Mustafa Mauşev
- Qırımlı Aslan Ömer
- Kadır Osmanov
- Refat Sayitablayev
- Dinara Seytqaiyeva
- Zaur Smirnov
- Ambecit Suleymanov
- Sadıh Tabah
|
- İlmi Umerov
- Ali Hamzin
- İbraim Çeqertma
- Ahtem Çiyqoz
- Riza Şevkiyev
- Abduraman Eqiz
- Qayana Yüksel
- Lemmar Yunusov
- Seydamet Yaqyayev
- Zeynur Yakubov
- Ruslan Yakubov
|
İstinadlar