Lenta.ru — 1999-cu ildə Effektiv Siyasət Fondunun[rus.] köməyi ilə Anton Nosik tərəfindən təsis edilmiş rus onlayn xəbər saytıdır. comScore-un 2013-cü ilin aprelində apardığı araşdırmaya görə, Lenta.ru bütün dillərdə olan Avropa xəbər saytları arasında trafikə görə 5-ci yeri tutmuşdur.[3] 2014-cü ildə redaksiya heyətinə siyasi motivli müdaxilə səbəbindən nəşrin rəhbərliyində dəyişiklik oldu. Baş redaktor Qalina Timçenko və 39 işçi həmin ilin noyabrında yeni Meduza[rus.] layihəsinin əsasını qoyaraq nəşri tərk etdilər.[4][5]
İstinadlar