Konrad Gesner və ya Gessner (alm.Conrad Gesner, həmçinin Konrad Gesner, Konrad Gessner, Konrad Geßner, Conrad Gessner, Conrad Geßner, Conrad von Gesner, Conradus Gesnerus; 26 mart1516[2], Sürix, Qədim İsveçrə İttifaqı[3] – 13 dekabr1565[2], Sürix, Qədim İsveçrə İttifaqı[3]) — İsveçrə təbiətşünası, biblioqrafı, ensiklopediyaçısı. O, heyvanlar və bitkilər haqqında bəşəriyyətin topladığı məlumatları sistemləşdirməyə çalışan ilk alimlərdən biri olmuşdur. "Heyvanlar tarixi" zooloji ensiklopediyasının (I–V cildlər, 1551–1587) və daxilində latın, yunan və yəhudi mənbələrindən 15 min kitabın təsviri olan ilk universitet kitabxanası əsəri "Ümumi kitabxana"nın (I–III cildlər, 1545–1555) müəllifi.[4] 1537-ci ildən Lozannada professor, 1541-ci ildən Sürixdə həkim olan Gesner 1565-ci ildə vəbadan vəfat etmişdir.[5]
Сергеев М. Л. Конрад Гесснер (1516—1565) как библиограф // Acta linguistica Petropolitana. Труды Института лингвистических исследований. T. IV, 1. СПб.: Наука, 2008.С. 527—537.
Сергеев М. Л. Комментарий к рассмотрению галльских имен в «Митридате» (1555) Конрада Гесснера // Индоевропейское языкознание и классическая филология — XIV. Часть 2. СПб.: Наука, 2010. С. 292—304.
Конрад Гесснер из Цюриха // Вестник естественных наук, издаваемый Императорским московским обществом испытателей природы. — Т. 6. — № 1. — 1859. — Стлб. 1—23.