Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (ing. The Little Mermaid: Ariel's Beginning) — 2008-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmi.
Cizgi filmində ilk seriyasından əvvəl baş verən hadisələr əsas yer tutur. Dəniz hakimi Kral Triton həyat yoldaşının vəfatından sonra musiqiyə qadağa qoymuşdur. Amma buna baxmayaraq onun qızı Ariel məlahətli səsi ilə atasını razı salmağa çalışacaqdır…