Share to: share facebook share twitter share wa share telegram print page

Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk

"Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk"
كتاب جواهر النحو في لغات الترك
Müəllif Mahmud Qaşqari
Növ əlyazma

"Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk" (Türk dilinin qrammatika (sintaksis) cövhərləri kitabı) — Mahmud Kaşğarinin müəllifi olduğu əsərlərdən biri. Türk dili qrammatikası haqqında olan bu əsərin adı bizə məlum olsa da özü tapılmamışdır.

Türkiyənin dilçi alimlərindən Besim Atalay "Divanü Lüğat-it-Türk"ün birinci cildində bu kitabın varlığı ilə bağlı dəlili aşağıdakı şəkildə göstərir: "Mahmud Qaşqarlının "Kitabu cəvahirin-nəhv fi luğati-t-turk" adında bir kitabı da olmuşdur. Müəllif özü "Divan"da bu haqda məlumat verir. Bununla yanaşı bu kitab hələ tapılmamışdır."[1]

UNESCO tərəfindən "Mahmud Kaşğari ili" elan olunan 2008-ci ildə Avrasiya Yazıçılar Birliyi kitabın tapılması üçün təşəbbüs göstərsə də əsər tapılmamışdır.[2].

İstinadlar

  1. Atalay Besim. Divanu Lügati't-Türk. Ankara:"Türk Tarih Kurumu Yayınları. 2006
  2. Kayıp kitaba bin altın (türk.)

Həmçinin bax

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia

Kembali kehalaman sebelumnya