Kipr 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi olmaqla 1 idman növündə 1 idmançı ilə təmsil olunacaqdır.
Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il[1] reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər[2]. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər[2]. Nəticələrə əsasən Kipr «B» kateqoriyası üzrə 1 idmançı ilə təmsil olunacaqdır[3].