Keniya qadın milli voleybol komandası — Keniyanın ən güclü voleybolçularının toplaşdığı milli komanda. Bütün digər ölkələrdəki kimi Keniyada da voleybola nəzarət edən qurum Keniya Voleybol Federasiyasıdır. Federasiya Afrika Voleybol Konfederasiyasının üzvüdür.
Keniya millisi Afrikanın ən güclü milli komandalarından sayılır. Milli komanda 8 dəfə Afrika çempionatının qalibi olmuşdur. Bütün Afrika ölkələri kimi onların da dünya çempionatında medalı yoxdur. Komanda 2 dəfə də Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Bütün bunlarla yanaşı 3 dəfə də Afrika Oyunlarının qızıl medallarına yiyələnmişdir.