Kasablanka (ing. Casablanca) — 1942-ci ildə Warner Bros. şirkəti tərəfindən çəkilmiş klassik Hollivud filmidir. Filmin rejissoru Maykl Körtisdir. Maykl Körtis elə bu film sayəsində ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı qazanmışdır. Filmdə Hollivudun məşhur simaları Hamfri Boqart, İnqrid Berqman və Pol Henrayd iştirak etmişlər. Film İkinci dünya müharibəsi mövzusundadır və elə müharibə davam etdiyi dövrdə çəkilmişdir. Film dram və melodram janrındadır və AFİ (American Film Institute) tərəfindən 2002-ci ildə bütün zamanların ən yaxşı məhəbbət mövzusunda çəkilmiş filmi seçilmişdir.
Mövzu
Filmin mövzusu İkinci Dünya müharibəsinin ilk zamanlarından bəhs edir. Çex müqavimət təşkilatının lideri Viktor Lazlou Nasist həbs düşərgəsindən qaçaraq Kasablankaya gəlir. Onun məqsədi Lissabona, oradan da ABŞ-yə mühacirət etməkdir.
Viktorun bütün ümidləri Kasablankanın ən məşhur gecə klubunun sahibi olan Rikədir. Rik qaçış üçün Viktor Lazlouya lazım olan sənədlərə sahib tək insandır.
Rick isə bir zamanlar Viktorun həyat yoldaşı İlzanı sevmişdir və o, Viktorun tutulmasına və ya öldürülməsinə çalışır.
Filmin heyəti
- ↑ https://web.archive.org/web/20200614203602/https://www.bfi.org.uk/news-opinion/news-bfi/lists/10-great-films-about-brief-encounters.
- ↑ Freebase Data Dumps. Google.
- ↑ 1 2 IMDb (ing.). 1990.