Karmen Amaya

Karmen Amaya
Doğum tarixi 2 noyabr 1918(1918-11-02)[1][2][…]
Vəfat tarixi 19 noyabr 1963(1963-11-19)[1][3][…] (45 yaşında)
Fəaliyyəti müğənni, bailadora flamenca[d], aktrisa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karmen Amaya (isp. Carmen Amaya; d. 2 noyabr 1918[1][2][…]19 noyabr 1963[1][3][…]) — İspan rəqqasə, müğənni, film aktrisası, əfsanəvi flamenko rəqqasəsi.

Bioqrafiyası

Əslən qaraçı, gitaraçı Francisko Amayanın qızı (ləqəbi El Çino, Çinli). Altı yaşından bəri rəqs edir; atası ilə Barselonadakı "Yeddi qapı" restoranında çıxış edirdi. Onun istedadını ilk dəfə Kataloniya sənətşünası Sebastiyan Qaş görür. 1923-cü ildə Madriddə çıxış edir. 1929-cu ildə Parisdə debüt edir, Rakel Meler truppasındakı ifası böyük bir uğura səbəb olur.

1936-cı ildən bəri Portuqaliyada, ABŞ-da, Latın Amerikasında, Fransada, Böyük Britaniyada, Cənubi Afrikada yaşamış və ya səyahət etmişdir. O Arturo Toscanini və Leopold Stokovskidən yüksək qiymətləndirmələr almışdır. 1935-ci ildən bu yana "Tarantos ailəsi" filmindəki son film rolu ilə məşhur olan filmlərdə rol alır. 1944-cü ildə Prezident Ruzveltin və 1953-cü ildə Prezident Trumenin dəvəti ilə Ağ Evdə konsert vermişdir.

1947-ci ildə o İspaniyaya qayıdır. Ölkədə uğurla çıxış edir və ölümünə qədər xaricə qastrol səfərləri edir. Aktrisa 19 noyabr 1963-cü ildə vəfat edir. Barselonadakı Monjuik qəbiristanlığında dəfn edilmişdir.

Xatirəsi

1966-cı ildə Monjuic Parkında (indiki Juan Brossa Parkı) Karmen Amaya abidə qoyulmuşdur.

1959-cu ildə Karmen Amayanın şərəfinə məşhur heykəltaraş Rafael Solanikin Karmen Amaya fontanıl quraşdırıldı. Fontan Karmen Amayanın iştirakı ilə açılır. 1988-ci ildə Barselonanın bir İspan kəndində Karmen Amaya şərəfinə Tablao de Carmen abidəsi qoyulur. Abidə rəqqasın hələ gənc olarkən keçirilən Dünya Sərgisi zamanı İspaniya Kralı XIII Alfonso üçün flamenko rəqsini ifa etdiyi yerdə qurulmuşdur.

Ədəbiyyat

  • Hidalgo Gómez F. Carmen Amaya. Barcelona: Estudios P. M., 1995
  • Sevilla P. Queen of the gypsies: the life and legend of Carmen Amaya: flamenco in the theater age, 1910—1960. San Diego: Sevilla Press, 1999

Mənbə

  • Биография, фотографии Arxivləşdirilib 2008-02-02 at the Wayback Machine (isp.)
  • Видео на сайте flamenco-world.com
  • Кармен Амайя на сайте IMDB
  • "Carmen" (ispan). deflamenco.com. 2012-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-09.

İstinadlar

  1. 1 2 3 4 Carmen Amaya // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 datos.bne.es (isp.): El portal de datos bibliográficos de la Biblioteca Nacional de España. 2011.
  3. 1 2 Carme Amaya i Amaya // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!