Kadın (jurnal)

Kadın
Əməkdaşlar Ömər Seyfəddin, Baha Tofiq, Əbdülhaq Hamid Tərxan və s.
Dövrilik Həftəlik
Nəşriyyat Asır Matbaası
Təsisçi Osmanlı Qadınları Şəfqət Cəmiyyəti
İlk buraxılışı 26 oktyabr 1908 (1908-10-26)
Nəşrini dayandırıb 1909
Ölkə  Osmanlı imperiyası
Qərargah İstanbul
Dil türk dili

Kadın (azərb. Qadın‎) — Osmanlı dövründə yayımlanan, Anadolu türkcəsində olan ilk qadın jurnalı.

Tarix

1908–1909-cu illərdə Osmanlı imperiyasının Saloniki şəhərində (indiki Yunanıstan) yayımlanan jurnal ölkədəki qadınların təhsil vəziyyəti, onların ictimai həyatda fəaliyyəti və təşkilatı jurnalın gündəmindəki əsas mövzular idi. Jurnalın ilk nömrəsi 26 oktyabr 1908-ci ildə yayımlanmış, ilk 30 nömrəsinin imtiyaz sahibi Mustafa İbrahim, müdiri isə Aka Gündüz idi. "Asır Matbaası"nda nəşr olunan jurnal həftəlik olaraq bazar ertəsində nəşr olunurdu.[1]

Osmanlı Qadınları Şəfqət Cəmiyyətinin mətbuat orqanı olan[2] jurnal qızlar məktəblərinə ödənişsiz göndərilirdi. Abunəçilik həm mərkəzi, həm də qıraq vilayətlərə açıq idi, abunə haqqı isə abunəçinin nəşriyyata olan məsafəsinə görə müəyyən edilirdi. Dövrün Bab-ı Ali kitab mağazalarından biri olan "İkbal" və "Cemiyet" kitabxanaları jurnalın ilk mərhələlərində satıldığı yerlər idi. Orta hesabla hər nömrəsi 16 səhifə olan jurnalda reklamlar olurdu və şəkilli idi.[1]

Jurnalın redaksiya heyəti əsasən "Genç Kalemler" redaktorlarından ibarət idi. Əli Canip Yön, Ömər Seyfəddin, Mustafa Nermi, Akil Qoyuncu, Mehmet Cavid, Baha Tofiq, Əbdülhaq Hamid Tərxan, Mehmet Əmin Yurdaqul, Hüseyn Raqıp, Cəlal Sahir və Abdullah Cevdət kimi kişi yazıçılar jurnalın redaktorlarından olsalar da, Nigar xanım, Fatma Seniye, Müjqan bint-i Abdullah, Rəfiyyə Şükran Rafizə Hüsna, Sidiqə, Evliyazadə Naciyə kimi qadın yazıçılar da burada fəaliyyət göstərmişdir.[1]

İstinadlar

  1. 1 2 3 Xaqan, 2009. səh. 147–151
  2. Gülkızı, Ayşe. "26 Ekim 1908: 'Kadın' dergisi yayınlanmaya başladı". Çatlak Zemin (türk). 2016-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2021.

Mənbə

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!