Əslən Nişli olub, Hacı Hüseyn Paşanın bacısı oğludur. Dayısının kəndxudası olaraq xidmət etdikdən sonra 1758-ci ildə baş durnaçı, 1762-ci ilin mayında yeniçəri ağası oldu. 1 noyabr1763-cü ildə vəzir rütbəsiylə sədarət naibi, həmin ilin dekabrında isə kaptan-ı dərya təyin edildi. Bu vəzifədə ikən 1764-cü ilin mayında Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı. Nigahın ardından 1765-ci ilin fevralında Vidin, aprelində Anadolu və Bosniya, 1766-cı ilin martında Rumeli valisi oldu. 1769-cu ilin mayında Hotin sərdarı təyin edildi ancaq həmin ilin sentyabrında vəzirliyi geri alınaraq Şumnuya sürgün edildi. 1770-ci ildə vəzirliklə Hələb bəylərbəyi olsa da, bölgədə aldığı sərt tədbirlər səbəbilə, ertəsi il yeniçərilər tərəfindən qətlə yetirildi.
Mənbə
Sicill-i Osmani IV cild, səh. 8
İstinadlar
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!