Jan Qaleazzo Sforza (it. Gian Galeazzo Maria Sforza; 20 iyun 1469, Abbiateqrasso[d], Milan əyaləti[1] – 21 oktyabr 1494, Paviya[1]) — VI Milan hersoqu.
Hələ 7 yaşında ikən atası Qaleazzo Mariya sui-qəsdlə öldürülmüş, azyaşlı Jan Qaleazzo öncə anası Savoyyalı Bonanın naibəliyi ilə taxt-taca sahibləndi. Ancaq çox keçmədən əmisi Lüdoviko Sforza hakimiyyəti təkbaşına ələ aldı. Jan Qaleazzo anası ilə birlikdə həbs edildi və şübhəli ölümünədək fərqli məkanlarda həbs tutuldu.