I Xuan Karlos de Burbon (isp. Juan Carlos I de Borbón y Borbón-Dos Sicilias; 5 yanvar 1938, Roma, İtaliya) — 22 noyabr 1975-ci ildən İspaniyanın kralı, 1978-ci il konstitusiyasına görə ispan dövlətinin rəhbəri və ölkənin hərbi qüvvələrinin ali baş komandanı. General-kapitan (1975). İspaniya diktatoru Fransisko Frankonun 1969-cu ildə Xuan Karlosu öz varisi elan etməsinə əsasən, onun ölümündən 2 gün sonra hakimiyyətə gəlmişdir.
Kral Xuan Karlos İspaniyanın diktaturadan parlamentli monarxiyaya keçid prosesini uğurla icra etmişdir.
14 may 1962-ci ildə Yunanıstan və Danimarka şahzadəsi Sofiya ilə ailə quran Xuan Karlosun 2 qızı, 1 oğlu və 8 nəvəsi var.
2 iyun 2014-cü ildə taxt-tacdan əl çəkdiyini bəyan etmişdir. Yerinə oğlu - Asturiya knyazı Felipe keçdi.[1]
Xarici keçidlər
İstinadlar